Məhkəmə qərarları › İş №2(008)-6695/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6695/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6695/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X23 qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X7 olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X7 olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi Soybat oğluna 0,10 ha hesabı ilə 0413 nömrəli həyətyanı torpaq sahəsi ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003cü il tarixli 28 nömrəli əmrdən çıxarışın və vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 1999cu il tarixli, 096 nömrəli sərəncamdan çıxarışın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan SSR, Əzizbəyov rayonu, Karmraşen kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinə əsasən ona fərdi mənzil tikintisi üçün 0.10 ha 0413 nömrəli həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin toıpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın alınması məqsədilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün sözügedən torpaq sahəsinin müvafiq arxiv arayışının və plan-cizgisinin ona verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 direktor-şöbə müdiri E.S.Ələkbərova 22 iyul 2024-cü il tarixli, 1-2-28/2-461/2024 nömrəli məktubla ərizəsinə cavab olaraq müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinə əsasən Ərizəçi Soybat oğluna fərdi mənzil tikintisi üçün 0.10 ha 2- 0413 nömrəli həyətyanı torpaq sahəsinin ayrıldığının müəyyən edildiyini bildirmiş, təqdim edilmiş sənədlərdə Ərizəçi qeyd olunduğundan sözügedən sənədlərin Ərizəçi Soybət oğluna məxsus olması faktının müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Sözügedən əmrdə və vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 1999-cu il tarixli, 096 nömrəli sərəncamdan çıxarışda onun ata adı “Söhbət” əvəzinə “Soybat” kimi qeyd olunmuşdur. Belə ki, ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsində, doğum haqqında və nikah haqqında şəhadətnamənin tərcümə və notarial qaydada təsdiq edilmiş surətində, həmçinin atasının nikah haqqında şəhadətnaməsinin tərcümə və notarial qaydada təsdiq edilmiş surətində və bacısının doğum haqqında şəhadətnaməsinin surətində, onun hərbi biletinin tərcümə və notarial qaydada təsdiq edilmiş surətində və orta məktəbi bitirməyi barədə şəhadətnamənin tərcümə və notarial qaydada təsdiq edilmiş surətində ərizəçinin ata adının “Söhbət” olduğu tam təsdiq olunur. Lakin ona məlum olmayan səbəblərdən yuxarıda qeyd etdiyi təşkilat tərəfindən sözügedən Əmrdə və sərəncamdan çıxarışda onun ata adı səhvən “Soybat” kimi qeyd olunmuşdur. Məhz bu səbəbdən də, ilkin hüquq müəyyənedici sənədlər əsasında o, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ala bilmir. Sənəddə olan yalnışlığın aradan qaldırılması isə yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında iştirak edən ərizəçinin etibarnamə üzrə nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X7 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilərək məhkəmə iclasına çağrılsalar da, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmrə əsasən Ərizəçi Soybat oğluna fərdi mənzil tikintisi üçün 0.10 ha 0413 nömrəli həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 1999-cu il tarixli, 096 nömrəli sərəncamdan çıxarışdan görünür ki, Ərizəçi Soybat oğluna həyatyanı torpaq sahəsi ayrılmışdır. Notariat qaydasında təsdiq edilmiş İ-ЗЖ seriyalı 104425 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan SSR, Əzizbəyov rayonu, Qarmraşen kəndində doğulmuşdur. Bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyat kitabında xx.xx.1972-ci il tarixində 1 nömrə ilə qeyd edilmişdir. X1, anası X2r. Notariat qaydasında təsdiq edilmiş İ-ЗЖ seriyalı 795110 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1965-ci ildə Ermənistan SSR, Əzizbəyov rayonu, Qarmraşen kəndində doğulmuşdur. Bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyat kitabında xx.xx.1965-ci il tarixində 20 nömrə ilə qeyd edilmişdir. X1, anası X2r. İş materiallarında olan İ-ЗЖ seriyalı 795094 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 yanvar 1960-cı ildə Ermənistan SSR, Əzizbəyov rayonu, Qarmraşen kəndində doğulmuşdur. X1, anası X2r. İş materiallarında olan İ-ЗЖ seriyalı 901050 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 yanvar 1966-cı ildə Ermənistan SSR, Əzizbəyov rayonu, Qarmraşen kəndində doğulmuşdur. X1, anası X2r. Notariat qaydasında təsdiq edilmiş İ-ЗЖ seriyalı 309589 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X10 arasında 1962-ci ildə nikah bağlanmışdır. Bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1962-ci il 6 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanılmasından sonra kişiyə Şahverdiyev, qadına Şahverdiyeva soyadı verilmişdir. Notariat qaydasında təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi 03 iyul 1990-cl il tarixdə Bakı şəhəri Lenin rayonu, Hərbi komissarlığı tərəfindən hərbi bilet verilmişdir. Notariat qaydasında təsdiq edilmiş Şəhadətnamənini surətindən görünür ki, Ərizəçi Əzizbəyov rayonu, Qarmraşen kənd orta məktəbini nümunəvi bitirdiyinə görə şəhadətnamə verilmişdir. İİ-AZ seriyalı 016443 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X16 arasında xx.xx.2002-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2002-ci ilin 9 ayının 24 günündə 698 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şahverdiyev, arvada Şahverdiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 22 iyul 2024-cü il tarixli 1-2- 28/2-461/2024 nömrəli sorğuya cavab məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olduğu halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinə əsasən Ərizəçi Soybat oğluna fərdi mənzil tikintisi üçün 0.20 ha hesabı ilə 2-0413 nömrəli həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdə Ərizəçi, arxivdə isə Ərizəçi Soybat oğlu qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində ata adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 14 oktyabr 2024-cü il tarixli 1- 2-28/2-625/2024 nömrəli sorğuya cavab məktubuna əsasən, sorğuda qeyd olunan ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-südçülük sovxozunun (X8) 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin X8 həmkarlar təşkilatının 17 may 2003-cü il tarixli 02 nömrəli Protokolunun və arxiv kitabında Ərizəçi Soybat oğlunun adı qeyd olunmuş səhifənin (10cu səhifədə 3-cü sətir) təsdiqlənmiş surətləri məhkməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən görünür ki, siyahıda adları (Ərizəçi Soybat oğlu) göstərilən Kənd Təsərrüfatı müəssisənin işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Plenum qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, “Ərizəçi” adı - vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışda və vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 1999-cu il tarixli, 096 nömrəli sərəncamdan çıxarışda səhvən “Ərizəçi Soybat oğlu” kimi göstərilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi Soybat oğluna 0,10 ha hesabı ilə 0413 nömrəli həyətyanı torpaq sahəsi ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışın və vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə 20 avqust 1999-cu il tarixli, 096 nömrəli sərəncamdan çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar