Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-672/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil3, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X19, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 vərəsəsi X17 və onun nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs qismində müstəqil irəli tələb sürməyən şəxs X15 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X32, Bakı şəhəri 25 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X22 olmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mirasın qəbul edilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X32, Bakı şəhəri 25 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X22 olmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mirasın qəbul edilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-31 reyestr nömrəli (vərəsəlik işinin nömrəsi V24/2022) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142,60 kv metr olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh4 arasında Bakı şəhəri 25 saylı notariat ofisində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakla bağlı bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli 0,07637 ha torpaq sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 134,90 kv metr olan fərdi yaşayış evi və 0,0764 ha ölçüsü olan torpaq sahəsi ilə bağlı Cavabdeh4 adına xx.xx.2022ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanında yerləşən iddiaçıların babası X1 miras qalmış 142,6 kv.m sahəsi olan fərdi yaşayış evinin və 0,21017 ha torpaq sahəsinin miras əmlak kimi iddiaçılar X12 və İddiaçı2 tərəfindən qəbul edilmiş hesab edilməsi və qanunvericiliklə müəyyən edilmiş mirasın qəbul edilməsi müddətini gözləmədən və vərəsələr dairəsini müəyyən etmədən şəxsin vəfat etdiyi gündən 6 gün sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verdiyi üçün Bakı şəhəri 25 saylı notariat ofisinin notariusu X33 barədə xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, X11 xx.xx.1998-ci il tarixdə anaları X34 ilə toy edərək ailə həyatı qurmuş, lakin nikahlarını rəsmləşdirməmişlər. Anaları toy olduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30-a gəlin köçərək orada yaşamağa başlamışdır. Onlar birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. Həmin ünvanda xx.xx.1999-cu il təvəllüdlü Məhəmmədhüseyn İmran oğlu və xx.xx.2001-ci il təvəllüdlü X13 anadan olmuşlar. Valideynlərinin nikahları olmadığı üçün xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 aid xx.xx.2002ci il tarixdə atalığın müəyyən edilməsi, xx.xx.2001-ci il təvəllüdlü X9 aid xx.xx.2002-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən şəhadətnamələr verilmişdir. Onlar uzun illər bir ailə olaraq valideynləri ilə birlikdə birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Müəyyən illər keçdikdən sonra valideynləri arasında mübahisələr olduğundan, aralarında nikah olmadığına görə sadəcə olaraq nikah münasibətlərinə son qoymuşlar. Bir müddət keçdikdən sonra X11 xx.xx.2021ci il tarixdə avtoqəzaya düşmüş və aldığı xəsarətlərdən vəfat etmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ölüm haqqında şəhadətnamə də verilmişdir. Qısa müddət keçdikdən sonra babaları X10 xərçəng xəstəliyi səbəbindən xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə də verilmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, bu yaxınlıqda onlara məlum olmuşdur ki, babalarının vəfatından sonra nənələri, yəni Cavabdeh1 onların xəbəri olmadan mərhum əri X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, 30 saylı evi miras olaraq qəbul etmişdir. Baxmayaq ki, onlar atalarının vərəsələri olmuşlar və həmin sözügedən mübahisəli əmlakda payları vardır. Məhkəmənin diqqətinə çatdırırlar ki, MA İ\İ2 ******* seriya nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30, (yeni qaydalarla ünvan 1 vaxtı ilə mərhum X4 xüsusi mülkiyyətində olmuşdur. X4 vəfatından sonra arvadı Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30-a (yeni qaydalarla ünvan 1 dair miras əmlakı qəbul etmiş, xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum babaları X10 xx.xx.2022-ci ildə vəfat etmiş, xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarışı xx.xx.2022-ci il tarixdə almışdır. Bir sözlə, nənələri – iş üzrə cavabdeh Naira Qurqenovna 15 günə babalarından miras qalmış sözügedən miras əmlakı həm qəbul etmiş, həm də əmlaka dair çıxarışı almışdır. Onlar sözügedən mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3- cü Döngə, ev 30-da (yeni qaydalarla ünvan 1 anadan olmuşlar və fasiləsiz orada bugünə kimi yaşamışlar. Sabunçu RİHB-nin Bilgəh qəsəbəsi, İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il, N95-187-3/2 843/2023 və xx.xx.2023-cü il, N95-187-3/2 844/2023 nömrəli arayışları bunu bir daha sübut edir. Bu da o deməkdir ki, onlar miras qalmış əmlakı qəbul etmiş hesab olunurlar. Göründüyü kimi, Bakı şəhəri 25 saylı notariat ofisi onlar vərəsələr ola-ola Azərbaycan Respublikasının 1159-cu, 1243 və 1246-cı maddənin tələblərini kobudcasına pozmuşdur. Notariat ofisi qanunvericiliyin tələbini və qanunda nəzərdə tutulmuş müddəti gözləməli idi. Lakin açıq-aydın məlum olur ki, Bakı şəhəri 25 saylı notariat ofisinin marağı olduğundan, bu işləri operativ görmüşdür, bu da qanunvericiliyin, həm də vətəndaşın hüquqlarının kobudcasına pozulması deməkdir. Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü Döngə, ev 30-a (yeni qaydalarla ünvan 1 dair nənələri Cavabdeh1 ilə Cavabdeh4 arasında Bakı şəhəri 25 saylı notariat ofisində AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqısatqına dair müqaviləyə əsasən torpaq sahəsinin bir hissəsi Cavabdeh4 satılmışdır. Bununla da iddiaçılar hesab edirlər ki, iddia təmin edilməli, həmçinin Bakı şəhəri 25 saylı Notariat ofisi qanunvericiliyin tələblərini kobudcasına pozduğuna görə Bakı şəhəri 25 saylı Notariat Ofisinin rəhbərliyi barəsində xüsusi qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi X34 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçıların anasıdır. O, uşaqlarının payının ayrıldığını düşünmüş, daha sonra Cavabdeh4 evinin tikildiyini gördükdə məsələ ona aydın olmuşdur. O, əvvəllər torpağın satıldığını bilməmişdir. Bu hal ona 2022-ci ilin aprel ayında məlum olmuşdur. İddia qaldırmamağının səbəbi Naira Qurqenovnanın oğluna, ərinin 40 mərasimi çıxandan sonra hər kəsin payını verəcəyini deməsi olmuşdur. Daha sonra uşaqlarının payının satıldığını gördükdə, məlum olmuşdur ki, qarşı tərəf 6 günə vərəsəlik şəhadətnaməsi almışdır. Torpağın sahəsi 40 sotdan yuxarı olmuş, satılandan sonra 21 sot qalmışdır. Cavabdeh4 satılan hissədə onun uşaqlarının payı vardır. Miras əmlakda halhazırda o, uşaqları ilə və baldızı uşaqları ilə yaşayır. Evin iki otağı onların istifadəsindədir. Müəyyən səbəblərə görə rəsmi nikahları olmasa da, o, həmin evə gəlin köçmüş, uşaqları həmin evdə anadan olmuşlar. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırkı iş üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixli, AN-İ№ ******* seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 ünvanında yerləşən ümumi sahəsi 0, 21017 ha olan torpaq sahəsinin 0,07637 ha-dan ibarət hissəsini Cavabdeh4 satmışdır. Həmin müqaviləni xx.xx.2022-ci il tarixli, AR-İİ №525835 etibarnamə əsasında Cavabdeh1 nümayəndəsi X5 qismində imzalamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh X6 torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və həmin yaşayış evi torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli, №********** nömrəli vahid çıxarış verilmişdir. Cavabdeh4 yönəlmiş alqı-satqı müqaviləsi və çıxarışın ləğvi barədə iddianı tamamilə əsassız hesab edir. Belə ki, Cavabdeh4 hazırda mübahisələndirilən torpaq sahəsini notarial alqı-satqı müqaviləsi əsasında əldə etmiş və üzərində fərdi yaşayış evi inşa etməklə, həmin evə də mülkiyyət hüququ əldə etmişdir. Qeyd edilən torpaq sahəsinə münasibətdə hər hansı digər vərəsələrin olması barədə alıcı Cavabdeh4 heç nə məlum olmamış, cavabdeh həmin torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməzdən əvvəl bir neçə dəfə həmin torpaq sahəsinə satıcı Cavabdeh1 ilə birlikdə baxmış və satıcı tərəfindən belə vərəsələrin mövcudluğu barədə ona heçnə bildirilməmişdir və həmin alqı-satqıya münasibətdə o, vicdanlı alıcı olmuşdur. Göründüyü kimi, sözügedən torpaq sahəsini Cavabdeh4 dəyəri ödənilməklə əvəzli qaydada əldə etmiş və həmin sahəyə onun mülkiyyət hüququ qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq, nümayəndə və vəkil cavabdeh Lalə Bağırzadəyə yönəlmiş “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi” barədə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vərəsəsi X17 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia müddəti üzrsüz səbəblərdən buraxıldığı üçün tələbə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırırlar ki, onlar xx.xx.2022-ci il tarixində vəfat etmiş X7 nəvələridir, ataları xx.xx.2021-ci il tarixində vəfat etmiş X29r. Onlara bu yaxınlarda məlum olmuşdur ki, nənələri Cavabdeh1 onların xəbəri olmadan mərhum X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyli küçəsi, 3-cü döngədə yerləşən 30 saylı evi (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Əlbəndə Quliyev küçəsi, ev 136) vərəsəliyə qəbul etmişdir. Bu zaman onların mərhum atalarının vərəsələri olduqlarını və miras əmlakda paylarının olması nəzərə alınmamış, həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi xx.xx.2022-ci il tarixində Cavabdeh4 satmışdır. İddiaçıların iddia ərizəsində qeyd etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyli küçəsi, 3-cü döngədə yerləşən 30 saylı ev (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Əlbəndə Quliyev küçəsi, ev 136) və evin yerləşdiyi torpaq sahəsi mərhum X7 xüsusi mülkiyyətində olmuşdur. X14 xx.xx.2022-ci il tarixində vəfat etmişdir, onun ölümü ilə həmin əmlaka miras açılmışdır. İddiaçılar qeyd edilən faktları bilmişlər. Eyni zamanda, iddiaçılar mübahisəli torpaq sahəsinin bir hissəsinin X17 əmisi qızı X22 tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh4 satılmasını və həmin torpaq sahəsində sonuncu tərəfindən yaşayış evi tikildiyini bilmişlər. İddiaçılar hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etməklə alqı-satqı müqaviləsini qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada mübahisələndirməmiş, mübahisəli müqavilənin etibarsız sayılması barədə hər hansı tələb irəli sürməmiş və bununla da iddia müddətini üzrsüz səbəblərdən buraxmışlar. Belə ki, iddiaçılar mübahisəli torpaq sahəsinin bir hissəsinin X17 əmisi qızı X22 tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh4 satılmasını və həmin torpaq sahəsində sonuncu tərəfindən yaşayış evi tikildiyini bilmişlər. Lakin qanunla müəyyən edilmiş müddət ərzində həmin müqavilənin etibarsız sayılması barədə məhkəmədə iddia qaldırmamış, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti üzrsüz səbəblərdən buraxmış və müddətin bərpası barədə məhkəməyə müraciət etməmişlər. Göstərilənlərə əsasən nümayəndə və vəkil iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vərəsəsi X30 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, nümayəndə və vəkilinin izahatını təsdiq edir, bundan əlavə qeyd edir ki, evin ümumi sahəsi 142 kv.metr olmuş, onun 75 kv.metri qarşı tərəfdə, 65 kv.metri isə onlarda olmuşdur. Torpaq sahəsindən 12 sot atasının sağlığında satılmışdır. O, göstərilənlərə əsasən məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil irəli tələb sürməyən şəxs üçüncü şəxs qismində cəlb edilmiş X22 izahatında bildirdi ki, o, torpağın alqı-satqısını özü aparmış, ona etibarnaməni öz torpaq sahəsini özəlləşdirmək üçün mərhum əmisi X2 ikən vermişdi. Torpağın çıxarışı onun adına olmuşdur, torpağı satarkən pul yalnız ona çatmışdır, o puldan Naira Qurqenovnaya verməmişdir. İddiaçılar onun torpaq sahəsini satdığını, orada ev tikildiyini bilmişlər. Hal-hazırda orda ev var və orada Cavabdeh4 anası yaşayır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.1970-ci il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə X10 ilə Cavabdeh1 arasında 626 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. - xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2002-ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə doğulmuş İddiaçı1 atası X35, anası X24r. - xx.xx.2002-ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə doğulmuş İddiaçı2 atası X35, anası X24r. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142,60 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət növü olaraq X4 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv metr olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq X4 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli notarat qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X30 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 ölümdən sonra miras qalmış bütün əmlakdan imtina edir və gələcəkdə bununla bağlı məhkəmədə heç bir iddia qaldırmayacaqdır. - İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh1 olmuş və o, miras əmlakdan 1/1 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv metr olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsindən ibarətdir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, miras qoyan X4, qanun üzrə vərəsəsi Cavabdeh1, miras paydan imtina edən şəxs X17 olduğu xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv metr olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,210170 ha ölçüsü olan torpaq sahəsinə sərəncam verməyi və s. hüquqları X18 etibar etmişdir . - Cavabdeh1 (etibarnamə əsasında X22) və X37 arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış və Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 tam mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,210170 ha ölçüsü olan torpaq sahəsinin 0,07636 ha hissəsi 30.*** manat dəyərində X8, 0,1338 ha torpaq sahəsi satıcının öz mülkiyyətində qalır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən 0,0764 ha ölçüsü olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq X31 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 134,90 kv metr olan fərdi yaşayış evi və 0,0764 ha ölçüsü olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq X31 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçılar cavabdeh Naira Qurqenovnanın nəvələridir. İddiaçılar doğulduqları vaxtdan hal-hazıradək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 ünvanında yaşayırlar. X11 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Atalarının atası X10 isə,xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bununla bağlı xx.xx.2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Babalarının vəfatından sonra nənələri Cavabdeh1 onların xəbəri olmadan mərhum əri X1 miras qalmış evi yeganə vərəsə olaraq qəbul etmiş, bununla bağlı xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, müvafiq çıxarışı isə, xx.xx.2022-ci il tarixdə almışdır. Bundan sonra, Naira Qurqenovnanın adından etibarnamə əsasında Təranə Mirzəyeva miras əmlak sayılan torpaq sahəsinə dair Cavabdeh4 ilə xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın alqı-satqına dair müqaviləyə bağlayaraq, torpaq sahəsinin bir hissəsi Cavabdeh4 satmış, satışdan əldə edilmiş pul vəsaitinin hamısı özünə çatmışdır. İddiaçılar notariat ofisinin qanunvericiliyin tələblərini və qanunda nəzərdə tutulmuş müddəti gözləmədən, iş üzrə cavabdeh olan nənələri Naira Qurqenovnaya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, eyni zamanda onların da payının olmasına istinad edərək, torpaq sahəsinin bir hissəsinin iş üzrə digər Cavabdeh4 satılması ilə razılaşmayıb, aparılmış bütün hüquqi əməliyyatların etibarsız hesab olunmasını xahiş edirlər. İddiaçılar həmçinin miras əmlak olan evdə doğulmalarına və yaşamalarına istinad edərək, sözügedən əmlakın tərəflərindən miras əmlak kimi qəbul edilmiş hesab edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinin əsasən, qanun üzrə vərəsələr birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsələr ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1249-cu maddəsinə əsasən, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə, tədqiq edilən sübutları hərtərəfli ümumiləşdirərək, hesab edir ki, miras qoyan X4 qanun üzrə vərəsəsi yalnız arvadı Cavabdeh1 deyil, həmçinin vəfat etmiş oğlu İmran Mirzəyevin uşaqları İddiaçı1 və İddiaçı2dır. Onlar doğulduqları vaxtdan hazırkı vaxtadək miras əmlak olan evdə qeydiyyatda olmaqla və orada yaşamaqla, miras əmlakı qəbul etmiş sayılırlar və miras əmlakı qəbul etməkdən başqa şəxslərin xeyrinə imtina etməmişlər. Bu səbəbdən, iddia həmin hissələrdə əsaslı sayılaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv.m olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatı ləğv edilməli və sözügedən miras əmlak iddiaçılar X12 və İddiaçı2 tərəfindən qəbul edilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İşin məhkəmə iclasında araşdırılmış halları ilə Cavabdeh4 ünvan 2 ünvanında yerləşən torpaq sahəsini aldığı zaman torpaq sahəsinin miras əmlak olduğu, miras əmlaka dair başqa vərəsələrin olduğundan xəbərdar olması müəyyən edilmədi. Bu səbəbdən, o, aldığı torpaq sahəsinə dair vicdanlı əldə edən hesab olunmalıdır. İddiaçı həmin torpaq sahəsi ilə yanaşı, torpaq sahəsinin üzərində cavabdehin inşa etdiyi fərdi yaşayış evinə münasibətdə də çıxarışın ləğv edilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə iddia tələbinin həmin hissələrdə əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin xx.xx.2008-ci il tarixli Plenumunun Qərararında qeyd edilmişdir ki, məhkəmənin xüsusi qərardadı məhkəmə aktlarının elə bir növüdür ki, o işə (iddia və ya digər növ ərizələrə) baxılması zamanı müəyyən olunmuş hər hansı şəxs tərəfindən qanunçuluğun pozulmasına məhkəmənin reaksiya verməsinin prosessual vasitəsi kimi çıxış edir. Xüsusi qərardadın çıxarılması əsasən onunla izah olunur ki, məhkəmə baxışı zamanı məhkəmə aşkar olunmuş qanunazidd hərəkətlərin (hərəkətsizliyin) və hüquqi normaların pozulmasının etinasız şahidi qala bilməz. Beləliklə, yuxarıda qeyd olunduğu kimi, MPM iddia və ya digər növ ərizələrin verilməsi, onların məhkəmə icraatına qəbul edilməsi, işlərə baxılması, məhkəmə aktlarının çıxarılması, onlardan şikayət verilməsi və məhkəmə aktlarına yenidən baxılması ilə bağlı məhkəmələrin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının bütün hərəkətlərini prosessual baxımdan nizamlayır. Məhz bu prosessual hərəkətlərin məcmusu, habelə məhkəmə, tərəflər və ya mülki prosesin digər iştirakçılarının prosessual hüquq və vəzifələri mahiyyətcə mülki məhkəmə icraatını təşkil edir. Məhkəmə, qeyd olunan hallara uyğun olaraq, hazırkı qətnamə ilə Bakı şəhəri 25 saylı notariat ofisinin notariusu X20 barədə xüsusi qərardad qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməməsi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəldi ki, hazırkı iddia yuxarıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın təmin edilmiş hissələrinə münasibətdə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 vərəsəsi X21 aid edilməli və ondan tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-31 reyestr nömrəli (vərəsəlik işinin nömrəsi V24/2022) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-31 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142,60 kv.m olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi barədə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyat ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanında yerləşən iddiaçıların babası Mirzəyev X1 miras qalmış 142,6 kv.m sahəsi olan fərdi yaşayış evi və 0,21017 ha torpaq sahəsi miras əmlak kimi iddiaçılar X12 və İddiaçı2 tərəfindən qəbul edilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 vərəsəsi X16 tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-672/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-672/2024
25.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver