Məhkəmə qərarları › İş №2(008)-6786/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6786/2024

09.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6786/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi X3, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi X3 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi X8 Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/6-00552 saylı Barışıq Sazişinin təsdiq edilməsi və məhkəməyə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X8 ərizə onunla əsasladırmışdır ki, o, Maraqlı şəxs ilə 01 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Arasındakı ailə münasibətləri korlandığı üçün ayrılmaq qərarına gəlmiş və bununla bağlı Mediasiya Şurasına müracət etmişdir. Mediasiya sessiyasında cavabdehlə aralarında uşaqlarının saxlanması ilə bağlı xx.xx.2024-cü tarixli MŞB/6-00552 saylı barışıq sazişi bağlamış və nikahın pozulması ilə əlaqədar isə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda cavabdehlə aralarındakı nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-3871/2024 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan olmuş uşaqları onun yanında qalırlar. Barışıq Sazişinə əsasən uşaqların saxlanması üçün Maraqlı şəxs ona hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə hər ay 470 (dörd yüz yetmiş ) manat alimentin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh aralarında bağlanılmış Barışıq Sazişinin şərtlərinə əməl etməkdən yayınır və üzərinə götürdüyü aliment öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tərəflər arasında bağlanmış nikahın artıq məhkəmənin qətnaməsi ilə pozulduğunu bildirmiş, lakin maraqlı şəxsin barışığ sazişin alimentə dair olan hissəsi ilə bağlı ödənişlərin tam olmadığını, az miqdarda ödənişlər etdiyini bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs aprel ayından etibarən 855 manat və son günlərdə əlavə olaraq 200 manat olmaqla ödəniş etdiyini bildirmiş və bu ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2024-cü il tarixli, MŞB/6-00552 nömrəli barışıq sazişindən görünür ki, tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2007-ci il tarixdə, N°2641 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011 -ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsində qalmalarına etiraz etmir. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011 -ci il təvəllüdlü X7 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər biri üçün, hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat aliment miqdarını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2024-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011 -ci il təvəllüdlü X7 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər biri üçün, hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat aliment miqdarını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür.

Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçi X5 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar