Məhkəmə qərarları › İş №2(008)-6882/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6882/2022

12.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6882/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılmasını üzürlü hesab edilərək həmin müddətin uzadılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı yuxarıda qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Arvadı xx.xx.1961-ci il təvəllüdlü X5 06 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Həyatyoldaşının ölümündən sonra adına hər hansı daşınar və ya daşınmaz əmlak olmamışdır. Bu yaxınlarda işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən onlara dedikdən sonra məlum olmuşdur ki, yoldaşının vəfatına görə onun 3 aylıq əmək haqqı məbləğində vərəsəsinə ödənişin verilməsi nəzərdə tutulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 onun arvadıdır. Qeyd edir ki, həmin ödənişin alınması ilə bağlı ondan başqa heç kim mirasın qəbulu üçün müraciət etməmiş, heç kimə həmin miras əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Yuxarıda qeyd etdiyi özündən asılı olmayan üzürlü səbəblərə görə miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 6 aylıq müddəti ötürmüşdür. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək onun tərəfindən X4 mirasının qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılmasını üzürlü hesab edərək həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Mülki Prosesual Məcəllənin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümükün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həyat yoldaşının 3 aylıq əmək haqqının qalmasına dair məlumatı olmadığı, bu səbəbdəndə mirası qəbul etmək üçün müraciət etmədiyini bildirmişdir. Cavabdeh 4 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ- İİ 166226 seriyalı, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə süd vəzinin arxa qoltuqaltı hissəsinin bədxassəli yenitörəməsindən ölmüşdür. - 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin 779 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Bakıxanov qəsəbəsi, N.Nərimanov küçəsi, 19 saylı evin 61 nömrəli mənzilində qeydiyyatdadır. Mərhum arvadı X5 2003-cü ildən ölən günədək, yəni xx.xx.2021-ci ilədək həmin ünvanda birgə yaşamışlar. - AZ İ seriyalı, 802004 nömrəli Naxçıvan MR Ordubad Rayon Qeydiyyat Şöbəsinin ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə insultdan ölmüşdür. - AZ İ seriyalı, 330537 nömrəli Naxçıvan MR Ordubad Rayon Qeydiyyat Şöbəsinin ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə ateroskleroz çatışmazlığından, miokardal, işemiyamiokarit səbəbindən ölmüşdür. - Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının Vİ ЖГ seriyalı, 266573 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cababr oğlu ilə X5 xx.xx.1992-ci il tarixdə 58 nömrəli nikah akt qeydi ilə nikaha daxil olmuşlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin Vİ ЖГ seriyalı, 266573 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı X3 əri o cümlədən vərəsəsi olmuşdur. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra adına hər hansı daşınar və ya daşınmaz əmlak olmamışdır. Bu yaxınlarda iddiaçıya olmuşdur ki, yoldaşının vəfatına görə onun 3 aylıq əmək haqqı məbləğində vərəsəsinə ödənişin verilməsi nəzərdə tutulmuşdur. Hazırdı iddiaçı qeyd edilən müddəti üzürlü səbəbdən buraxdığını yəni yoldaşının miras əmlakının olmasından məlumatı olmadığının məhkəmədnin diqqətinə çatdıraraq, buraxılmış müddətin üzürlü hesab edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, İddiaçı X3 qanun üzrə vərəsəsidir. İddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, X3 vərəsəliyinin qəbul etməsi üçün İddiaçı tərəfindən buraxılmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış vərəsəliyin qəbul etməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək, uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar