Məhkəmə qərarları › İş №2(008)-7035/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7035/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7035/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 624 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamının xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 624 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən, Alıyev X2 qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evi tikmək üşün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sənəddə soyadı “Alıyev” yazılması əvəzinə səhvən “Əliyev” yazılmışdı. Sözügedən sənəddə olan texniki səhvin aradan qaldırılması üçün ərizə ilə Suraxanı İcra Hakimiyyətinə müraciət etmiş, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd edilən hallarla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 624 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamında buraxılmış texniki səhv səbəbindən həmin sərəncamla istifadəsinə verilmiş 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina olunmuşdur. Buraxılmış texniki səhvin aradan qaldırılmasının başqa yolla mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia tələbini müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Suraxanı Rayonu İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5, ərizəçinin onun atasının əməsi oğlu olduğunu, onların nəsillərinin bir qismi Əliyev familiyasını daşıdığını bir qisminin isə babaları Alı kişinin adından Alıyev soyadı daşıdıqlarını bildirməklə, ərizəçinin soyadının "Alıyev", adı "Hikmət", ata adı "Hümbət", olduğunu, digər sənədlərdə də soyadının "Alıyev" olduğunu, sadəcə Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 624 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamında səhvən "Əliyev" kimi yazıldığını bildirdi. Məhkəmə, ərzəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 624 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Qaraçuxur qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evi tikmək üşün 300 kv.m torpaq sahəsi X3 ayrılmışdır. İş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 5-20/2-7-365- 091/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəçinin Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 624 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamında düzəliş edilməsinə köməklik göstərilməsi icra hakimiyyətinin səlahiyyətləri xaricində olması cavabı verilmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı 895426 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə doğulmuşdur, atası X6, anası X1r. İş materiallarında olan xx.xx.2005-ci il tarixdə Sabunçu RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə ASAN 4 tərəfindən verilmiş AZE 16162409 nömrəli şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan Sabunçu rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş 29/4/2 nömrəli vəsiqədə Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AC 731998 nömrəli sürücülük vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərindən görünür ki, “Ərizəçi”nun adı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 624 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamında səhvən “X4” kimi göstərilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Müllki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 624 nömrəli xx.xx.2000-ci il tarixli Sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim: Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar