Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-706/2025 31.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi, mirasda məcburi payın müəyyən edilməsi” tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi, mirasda məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisində xx.xx.2020-ci il tarixdə 4Ə-979 reyestr nömrəsi ilə mərhum atası X10 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-97 reyestr nömrəsi ilə mərhum atası X10 ilə Cavabdeh2 arasında Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-ə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi və atası X4 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair 1/2 hissəsinə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, ərizə təqdim edərək, 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisində xx.xx.2020-ci il tarixdə 4Ə-979 reyestr nömrəsi ilə mərhum atası X10 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-97 reyestr nömrəsi ilə mərhum atası X10 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-ə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi və atası X4 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə və Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2, Əmircan qəsəbəsi Z.Tağıyev küçəsi 3-ə dair (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Malik Mustafayev 10A) mirasda məcburi payının müəyyən edilməsi, həmin əmlakın 1/2 hissəsinə (mirasda məcburi paya) çıxarışın verilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X10 onun atasıdır. Sözügedən əmlaklar atasının xüsusi mülkiyyətində olmuşdur. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atası öldükdən sonra miras qalmış əmlakları faktiki olaraq qəbul etmişdir. Ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evində qeydiyatda olmaqla yaşayır. 2-ci qrup əlildir. Yaxın vaxtlarda ona məlum olmuşdur ki, atası sağlığında həmin əmlakları xx.xx.2022-ci il tarixdə Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsindən xəbəri olmamışdır, aldadılmışdır, notariat ofisində adından yazılan ərizədəki imza ona məxsus deyil. Mülki Məcəllənin 1200cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir. Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu müvafiq qanunvericilik normalarını təhlil edərək qeyd edir ki, qüvvədə olan Mülki Məcəllənin 667.1-ci maddəsində mülkiyyətçinin öz əmlakına dair sərəncam vermək hüququnun vərəsəlik hüququ ilə məhdudlaşdırıldığı göstərilsə də, bu hüququn hansı həcmdə və qaydada məhdudlaşdırılması və vərəsələrin həmin əmlaka hansı həcmdə hüquqlarının olması nəzərdə tutulmamışdır. Müvafiq qaydaların təkmilləşdirilməsi gələcəkdə mülkiyyətçinin və əşyanın bağışlandığı şəxsin öz hüquqlarını təminat altına ala bilməsinə, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, eləcə də vərəsəlik hüquq münasibətləri həyata keçirilərkən müvafiq vərəsələrin hüquqlarının aydın şəkildə tənzimlənməsinə xidmət etmiş olar. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vər əsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir; - Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Cavabdeh2 etirazının dəlilləri bundan ibarətdir ki, mülki iş materiallarına əlavə edilmiş İddiaçı məxsus doğum haqqında şəhadətnamənin ata qrafasında “X5”, doğum tarixinin isə xx.xx.1990-cı il olduğu qeyd edilmişdir. Lakin Cavabdeh2 ilə X10 2000-ci ildə ilk evlilikdən boşandıqdan sonra rəsmi nikah münasibətlərinə daxil olmuşlar. İddiaçı mərhum Səməd Mərdanovun oğlu olmadığından, mirasdan pay tələb etmək hüququ yoxdur. Ona görə də, iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, etirazın məzmununa uyğun izahat verib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddələrinə əsasən, işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. - xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən X10 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 3 (Yeni qaydalarla: ünvan 1 ümumi sahəsi 29.9 kv.m olan qeyri-yaşayış sahəsini arvadı Cavabdeh2 hədiyyə etmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, 06A4/973 nömrəli arayışından məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 07Q/C nömrəli reyestr kitabının 924 nömrəli vərəqində X6 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya FM №029021 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsindəki 5 otaq, yaşayış sahəsi 84,7, ümumi sahəsi 146.4 olan 12 saylı fərdi yaşayış evi xx.xx.2004-cü ildə X6 adına 30/924 qeydə alma nömrəsi ilə 07 saylı reyestr kitabında 924 səhifə ilə tam mülkiyyəti üzrə qeydə alınmışdır. - xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən X10 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi ümumi sahəsi 146.4 kv.m olan 12 saylı fərdi yaşayış evini arvadı Cavabdeh2 hədiyyə etmişdir. - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından məlum olur ki, ünvan 2 saylı fərdi yaşayış evində X6 arvadı Cavabdeh2, oğlu İddiaçı, gəlini X11, nəvəsi X14 qeydiyyatdadırlar. - Nikahın bağlanması haqqında AZ-İ 073862 seriya nömrəli şəhadətnamədən görünür ki, X10 və X2 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Mərdanova soyadı verilmışdır. - Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriya 412120 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - XV-ЖГ 368087 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X7 atası X5, anası X3r. - AZ-İİ 368087 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı atası X5, anası X1r. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırkı iş üzrə mübahisə predmeti olan Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olmuşdur. O, həmin əmlakları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən, arvadı Cavabdeh2 hədiyyə etmişdir. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək, sözügedən bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və atası X4 miras qalmış qeyd olunan əmlaklara dair mirasda məcburi payının müəyyən edilməsi və həmin əmlakların 1/2 hissəsinə (mirasda məcburi paya) çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia tələbinin bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası qrafasında onun atasının X5 olduğu qeyd edilmişdir. Başqa sözlə, X6 İddiaçı atası olması iş materialları ilə sübuta yetirilmir. Belə olan halda, İddiaçı, X10 ilə arvadı Cavabdeh2 arasında bağlanmış bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. İddia tələbinin digər – sözügedən əmlaklara dair mirasda məcburi payının müəyyən edilməsi və həmin əmlakların 1/2 hissəsinə (mirasda məcburi paya) çıxarışın verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Göründüyü kimi, X6 övladı olması təsdiqini tapmadığından, eləcə də, vərəsəlik işi açılmadığından və vərəsə kimi tanınmadığından, İddiaçı mirasda məcburi payının müəyyən edilməsi və müvafiq çıxarışın verilməsi barədə iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının subyektiv hüququnun olmaması əsası ilə hazırkı iddia bütün tələblər üzrə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İddianın rədd edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi, mirasda məcburi payın müəyyən edilməsi” barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-706/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-706/2025
31.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver