Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-707/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X17, İddiaçı vəkili və nümayəndəsi X18, Üçüncü şəxs X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontoruna qarşı X9 və X6 cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ¼ tələbini 11000 manata dair müəyyən edərək yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 16 saylı Notariat Ofisinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontoruna qarşı X9 və X6 cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş 11.000 (on bir min) manat birdəfəlik ödəmənin verilməsinə dair Bakı şəhəri 16 saylı Dövlət Notariat ofisinin notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin fərmanla müəyyən edilmiş oğlu X1 şəhid olmasına görə verilən 11000 manat birdəfəlik ödəməyə dair onun payının müəyyən edilməsi, həmin fərmanla müəyyən edilmiş 11000 manat birdəfəlik ödəmənin vərəsələr arasında bərabər bölünməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 400 manat xidmət haqqının və məhkəməyə ödədiyi 10 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə 1-ci iddia tələbinin qalmasını, 2-ci və 3-cü tələbini birləşdirərək onun ¼ tələbini 11000 manata dair müəyyən edərək yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 16 saylı Notariat Ofisinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.1967-ci il təvəllüdlü X7 xx.xx.1994-cü ildə Füzuli bölgəsində erməni işğalçı qüvvələrinə qarşı gedən vuruşmada şəhid olaraq vəfat etmişdir. Oğlu Nərimanın birinci növbəli vərəsələri anası İddiaçı, arvadı Allahverdiyeva (Babayeva) Nubarcan Telman qızı, övladları X9 və X6 olmuşdur. Oğlu Nərimanın şəhid olmasına görə o və arvadı X16 şəhid ailəsi kimi tanınmışlar və şəhid ailələri üçün müəyyən olunmuş müavinətin yarısı ona, yarısıda arvadı Cavabdeh1 ödənilir. Oğlu Nəriman şəhid olduqdan sonra ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 42 saylı evin 20 saylı mənzilini o, nəvələrinə görə qəbul etməmiş, hazırda arvadı iş üzrə Cavabdeh1 qəbul etmiş və ona Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018ci il 19 aprel tarixli Fərmanından sonra Cavabdeh1 onun xəbəri olmadan Bakı şəhəri 16 saylı Dövlət Notariat ofisinə müraciət etmiş və notarius heç bir araşdırma aparmadan, digər vərəsələrin axtarışını həyata keçirmədən xx.xx.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsaslanaraq oğlu Nərimanın şəhid olmasına görə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı ilə müəyyən edilmiş 11000 manat birdəfəlik ödəməni X12 ödənilməsi barədə Əmək və X19 Nazirliyinə elektron məlumat göndərmişdir. Nəticədə Cavabdeh1 11000 manat birdəfəlik ödəməni bankdan almışdır. Məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsində üçüncü şəxsin adı Mir Təvəkkül göstərilsə də, şəxsiyyət vəsiqəsində Təvəkkül kimi qeyd olunmuşdur. Odur ki, üçüncü şəxsin adı Təvəkkül kimi oxunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz verərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı qeyd olunan iddianı qaldırmağa mənəvi haqqı yoxdur. Belə ki, iddiaçının oğlu və onun həyat yoldaşı olmuş X7 şəhid olmuşdur. Onun 1990 və 1992-ci il təvəllüdlü iki övladını körpə yaşlarından təkbaşına böyüdüb tərbiyə etmiş, onun şəhid oğlunun iki oğul yadigarının bütün əziyyət və çətinliklərini çəkərək böyüdüb boya-başa çatdırmışdır. İddiaçı şəhid övladının uşaqlarına əlavə köməklik göstərmək əvəzinə, ödənilmiş müavinətdən pay tələb edir. Əgər ödənilmiş birdəfəlik müavinətin vərəsələr arasında paylara bölünməsindən söhbət gedirsə, həmin iddia tələbini onun övladlarının əvəzinə iddiaçının tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, həmin iddia nə qanun baxımından, nə də ki, mənəviyyat baxımından təmin edilə bilməz. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Bakı şəhəri 16 saylı Dövlət Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh1 və üçüncü şəxs X6 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin və üçüncü şəxs X2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X21 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. İddiaçı 1937-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur (xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası DİN ASAN 1 tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti). X7 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur, atası X5, anası İddiaçıdır (xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İİ-SL seriyalı 274784 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti). Beləlklə, İddiaçı X1 anasıdır. Cavabdeh1 Allahverdiyev Nərimanın arvadı, Təvəkkül və Atatürk onların uşaqlarıdır. Belə ki, Cavabdeh1 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulmuşdur (xx.xx.2017-ci il tarixdə Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 16508681 nömrəli şəxsiyyət vəsiqəsinin surəti). X7 ilə X16 xx.xx.1990-cı ildə nikahlarını bağlamışlar, arvad ərinin soyadını (Allahverdiyeva) seçmişdir. (Bakı şəhəri keçmiş Lenin rayon VVAQ Şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı 290380 №-li xx.xx.1990-cı il tarixli Nigahın bağlanması haqqında Şəhadətnamənin təsdiq olunmuş surəti). X7 ilə Cavabdeh1 birgə nikahdan xx.xx.1990-cu il təvəllüdlü Təvəkkül adlı və xx.xx.1992-ci il təvəllüdlü Atatürk adlı uşaqları doğulmuşdur (xx.xx.2017-ci il tarixdə Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 16508698 nömrəli və Azərbaycan Respublikası DİN ASAN 4 tərəfindən verilmiş AZE seriyalı 17517476 nömrəli şəxsiyyət vəsiqələrinin surəti). X7 xx.xx.1994-cü ildə 27 yaşında ölmüşdür, bu barədə xx.xx.1994-cü ildə ölüm haqqında akt qeydləri kitabında 126 nömrə ilə qeyd edilmişdir. Füzuli bölgəsində Aşağı Seyidəhmədli kəndi uğrunda gedən vuruşmalarda həlak olmuşdur (xx.xx.1994-cü il tarixdə Sabunçu rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İİ-JQ № 417479 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surəti). Cavabdeh1 xx.xx.1994-cü ildə ölmüş X1 vərəsəsi tanınmışdır. (Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surəti). Hazırda iddiaçı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ¼ tələbini 11000 manata dair müəyyən edərək yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 16 saylı notariat ofisinin üzərinə qoyulmasını istəyir. Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının 1ci bəndində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Fərmanın 2-ci bəndində isə vurğulanır ki, birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və X19 Nazirliyi tərəfindən verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və X19 Nazirliyi tərəfindən vəkil X4 cavab olaraq ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, yuxarıda qeyd olunan fərmna uyğun olaraq Bakı şəhəri 16 saylı Dövlət Notariat Ofisinin vərəsəlik haqqında arayşı əsasında şəhid X1 vərəsəsi Cavabdeh1 birdəfəlik ödəmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-1 -ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Beləlklə, göründüyü kimi, iddiaçı oğlunun ölümündən sonra onun miras əmlakını qəbul etməmiş və bununla da o, mirasdan imtina etmiş sayılmışdır. Bu əsasdan məhkəmə hesab edir ki, iddiaçı bu gün hazırki tələbi irəli sürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia rədd olunsun. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-707/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-707/2020
30.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver