Məhkəmə qərarları › İş №2(008)-7080/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7080/2025

21.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7080/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılmssı və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılmssı və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 24038, 25050, 25023 və 25019 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409103; ******* coğrafi koordinatlarda, Cavabdeh2 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 24038, 25050, 25023 və 25019 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409102; 4478047 coğrafi koordinatlarda, cavabdeh X1 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 24038, 24041, 25032 və 25046 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409181; 4478076 coğrafi koordinatlarda, Cavabdeh4 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 24038, 25046, 25041 və 25050 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409130; 4478062 coğrafi koordinatlarda, Cavabdeh5 tərəfindən ünvan 1, 2-ci mədən küçəsi ünvanında, 24128, 24019, 24011 və 24125 nömrəli neft-qaz quyularının mühafizə zonasında, 39T 409140; 4478134 coğrafi koordinatlarda yerləşən özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və ödənilmiş dövlət rüsumlarının cavabdehlərdən tutularaq “Azneft” İB-yə ödənilməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia tələbində iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. İddia ərizəsindən göründüyü kimi ayrı-ayrı cavabdehlər tərəfindən fərqli ünvanlarda yerləşən özbaşına tikililərin sökülməsi tələb olumuşdur. Bununla yanaşı, hər bir tələb üçün ayrılıqda dövlət rüsumu ödənilməli olduğu halda, iş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda, iddia ərizəsi Əli Qurbanov tərəfindən imzalansa da, ərizəyə onu səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, iddia ərizəsinin məzmununda yanlışlığa yol verilmiş və cavabdeh X2 tərəfindən qanunsuz tikinti işlərinin aparılması qeyd edilmişdir. İddiaçı bununla yanaşı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılmssı və zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbz № **********) iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar