Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7086/2025 27.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakının bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: l. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakının bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv. metr torpaq sahəsinin miras əmlakın dairəsinə daxil edilməsi, Kapital Bank” ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-2741 nömrəli məktubuna əsasən ******************** nömrəli kart hesabındakı 146.70 azn pul vəsaitinin və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv. metr torpaq sahəsinin birgə əmlak hesab edilərək,1/2 hissədə payının tanınması və qalan 1/2 hissənin miras əmlak kimi vərəsələr arasında 3 yerə bölünməsi, nəticədə ümumi payının 2/3 hissəsinə onun, Bağırova (Əliyeva) Gülnarə Fazil qızı və Babayeva (Əliyeva) Təranə Fazil qızının hər birinin isə 1/6 hissədə payının tanınması və həmin paylara dair müvafiq vərəsəlik hüququna dair şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olmuş, xx.xx.1976-cı ildə Azərbaycan Respublikası vətəndaşı mərhum X9 ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Birgə nikahdan Bağırova (Əliyeva) Gülnarə Fazil qızı və Babayeva (Əliyeva) Təranə Fazil qızı adlı iki övladları anadan olmuşdur. X9 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində “sol mədəcik çatışmazlığı” səbəbindən vəfat etmişdir. Mərhumun vəfatından sonra onun notariat kontoruna müraciəti əsasında xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələr – İddiaçı, Bağırova (Əliyeva) Gülnarə Fazil qızı və Babayeva (Əliyeva) Təranə Fazil qızının ərizələri əsasında hər birinə 1/3 hissə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlaka "xxxx" ASC-nin müvafiq məktubuna əsasən **********761621 nömrəli hesabda olan 146,70 manat pul vəsaiti daxil edilmişdir. X1 miras qalmış digər əmlak Bakı şəhəri, Xəzər rayonu (əvvəlki adı Əzizbəyov rayonu), Şağan qəsəbəsində yerləşən 3/46 nömrəli, 700 kv.m torpaq sahəsidir. Həmin torpaq sahəsi XDS İcrayə Komitəsinin xx.xx.1990-cı il tarixli, 9 nömrəli qərara əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Torpaq sahəsinə dair çıxarış olmadığından həmin əmlak mirasın kütləsinə daxil edilməmişdir. Lakin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-7119/2023 nömrəli qərarı ilə qeyd edilən torpaq sahəsinə yerləşmə sxemi tərtib edilməsi vəzifəsi Xəzər Rayon İcra Hakimiyyətinə vəzifə olaraq həvalə edilmişdir. Sözügedən torpaq sahəsi mərhum X9 ilə onun birgə nikah dövründə əldə edildiyindən, ər-arvadın ümumi (birgə) mülkiyyəti hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci və 227-ci maddələrinə əsasən, əmlakın 1/2 hissəsi sağ qalan həyat yoldaşı yəni İddiaçı məxsusdur. Qalan 1/2 hissə isə mərhumun birinci növbəli vərəsələri olan həyat yoldaşı və iki övladları arasında bərabər bölünməlidir. Beləliklə, torpaq sahəsinin 1/2 hissəsi (50%) İddiaçı şəxsi mülkü kimi müəyyən edilməli, qalan 1/2 hissə isə üç vərəsə arasında bərabər bölünərək hər birinə 1/6 hissədə mirasdan pay verilməlidir. Nəticədə onun ümumi payı 2/3, hər bir övladın payı isə 1/6 təşkil etməlidir. Yaranmış vəziyyətlə bağlı 5 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlərdən Cavabdeh2 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı “miras əmlakının bölüşdürülməsi” tələbinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı “miras əmlakının bölüşdürülməsi” tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsinin miras əmlakın tərkibinə daxil edilməsini, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 157000/2-2741 nömrəli məktubuna əsasən ******************** nömrəli hesabda olan 146,70 manat pul vəsaitinin və həmin torpaq sahəsinin birgə əmlak hesab edilməsini, nəticədə 2/3 hissədə onun, cavabdehlərin isə hər birinin 1/6 hissədə mirasdan pay hüququnun təmin olunmasını və paylara uyğun yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbləri ilə razı olmayaraq, ilkin əsas kimi göstərmişdir ki, miras əmlak mərhum atası X3 qalmış, İddiaçı özü etiraf edir ki, mərhumun vəfatından sonra Notariat kontorunda onun müraciəti əsasında xx.xx.2022-ci ildə vərəsəlik işi açılmış və xx.xx.2022-ci il tarixdə hər birinə 1/3 hissədə pay hüququ müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı həmin prosesdə şəxsən iştirak etmiş və sənədləşmə işlərini özü başlatmışdır. Əgər iddiaçı şəhadətnamələrin düzgün verilmədiyini hesab edirdisə, bu barədə dərhal məhkəməyə müraciət etməli olduğu halda, üç ildən artıq müddət keçdikdən sonra şəhadətnamələri mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya ondan imtina edilməsi ilə bağlı mübahisə maraqlı şəxsin bu barədə məlumatlı olduğu gündən iki ay müddətində açıla bilər. Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarına əsasən, bu müddət kəsici müddət hesab olunur və məhkəmə tərəfindən tərəflərin vəsatətindən asılı olmayaraq tətbiq edilməlidir. Yəni, İddiaçı 2022-ci ilin iyun ayında vərəsəlik şəhadətnaməsi ilə 1/3 hissədə pay aldığını bildiyi halda, iki aylıq müddət ərzində məhkəməyə müraciət etməmiş və beləliklə mübahisələndirmə hüququnu itirmişdir. Həmçinin,xx.xx.2022-ci il tarixdə yalnız pul vəsaiti ilə bağlı deyil, mərhum Fazil Əliyevdən miras qalmış NİSSAN X-TRAİL markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı da reyestrdə 2V-553 nömrə ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin əmlakda hər bir vərəsənin 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. İddiaçı həmin şəhadətnaməni mübahisələndirməmişdir. Digər bir əsas kimi torpaq sahəsi ilə bağlı etiraz edərək qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 3/46 nömrəli 700 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud deyildir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 107-ci bəndinə əsasən, miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius mülkiyyət hüququnu təsdiq edən sənəd tələb edir. Belə sənədlər olmadan daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. Sözügedən torpaq sahəsi XDS İcrayə Komitəsinin xx.xx.1990-cı il tarixli 9 nömrəli qərarı ilə mərhum Fazil Əliyevə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, nikahadək və ya əvəzsiz qaydada əldə edilmiş əmlak ər-arvadın ayrıca mülkiyyəti hesab olunduğundan, birgə nikah müddətində ədlə edilmiş əmlak olsa da ər-arvadın birgə əmlakı hesab edilə bilməz. ll. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərinin ölümündən sonra qızlarının ona qarşı saymamazlıq etdiyini, onu ana kimi görmədiklərini, onun xəstəxanada olduğu zaman heç kimin ona diqqət yetirmədiyini, ana kimi görmədiklərinə görə onların əmlakdan pay almalarının düzgün olmadığını bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 anasının sənəd işlərinin hamısını özünün etdiyini, anasına atasının ölümü ilə əlaqədar təqaüd almasına kömək etdiyini, notariat işçisinin onlara əmlakın bölünməsi qaydası barədə izahat vermədiyini, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsindəki əmlakın atasına ailənin birgə istifadəsi üçün verildiyini bildirdi. Cavabdeh2 Fazl qızı ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6cı maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. lll. İşin faktiki halları: İş materiallarında olan l-ЖГ seriyalı 416076 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə, İddiaçı xx.xx.1976-cı ildə nikaha daxil olmuşlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 vərəsələrinin İddiaçı, Cavabdeh2 və X5 olduğunu təsdiq etmişdir. Onların hər biri miras əmlakdan 1/3 hissədə pay almışlar. Şəhadətnaməyə əsasən verilən miras əmlak “Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-2741 nömrəli məktubuna əsasən 146,70 manat olan ******************** nömrəli kart hesabıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 vərəsələrinin İddiaçı, Cavabdeh2 və X5 olduğunu təsdiq etmişdir. Onların hər biri miras əmlakdan 1/3 hissədə pay almışlar. Şəhadətnaməyə əsasən verilən miras əmlak DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2014cü il traixli, AC044862 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NT30040238, mühərrikin nömrəsi 110610 və buraxılış ili 2001-ci il buraxılış tarixli Nissan X TRAİL minik markalı ** DO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2858 nömrəli İddiaçı 5 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin cavabından görünür ki, xx.xx.2022-ci il tarixində mərhumun vərəsələri İddiaçı, X5, Cavabdeh2 mirasın qəbul ediməsi ilə bağlı ərizələrinə əsasən, notariat ofisində vərəsəlik işi açılmışdır. Müvafiq ərizələrə uyğun olaraq, xx.xx.2022-ci il tarixində vərəsələr İddiaçı, X2, Cavabdeh2 hər birinə 1/3 hissə pay olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı notariat ofisinə birgə mülkiyyətə dair şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə müraciəti olmadığından, qanunvericiliyə müvafiq olaraq miras paylar vərəsələr arasında bərabər hissədə bölünmüşdür. Bu səbəbdən müraciətin təmin olunması tərəflərindən mümkün deyildir. Bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan X8 İcraiyyə Komitəsinin 12 iyun 1990-cı il tarixli, 9 nömrəli qərarından görünür ki, X6 Mərdəkan qəsəbəsində sahəsi 750 kv.m olan torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZll seriyalı, 233874 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 dekabr 2021-cü ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında xx.xx.2021-cü ildə 1609 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 7119/2023 nömrəli qərarına əsasən, X8 İcraiyyə Komitəsinin 12 iyun 1990-cı il tarixli, 9 nömrəli qərarı ilə Mərdəkan qəsəbəsində mərhum X6 ayrılmış sahəsi 750 kv.m olan torpaq sahəsinə dair yerləşmə sxeminin – cizginin (ayrıc aktının) İddiaçı verilməsi vəzifəsi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1412/2024 nömrəli qərarına əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7119/2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır. lV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2.Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır . Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.8-cü bəndinə əsasən, Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıbalınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar ilə verilmiş torpaqlar bu siyahıya aid edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv. metr torpaq sahəsi kimi qeyd etsə də, iş materiallarında olan (keçmiş Əzizbəyov rayon) X8 İcraiyyə Komitəsinin 12 iyun 1990-cı il tarixli, 9 nömrəli qərarından görünür ki, X6 Mərdəkan qəsəbəsində sahəsi 750 kv.m olan torpaq sahəsi verilmişdir. Yəni bu anlaşılmazlıq texniki səhv kimi iddia ərizəsində 700 kv.m kimi göstərilmişdir. Məhkəmə ilk olaraq iddianın təmin olunan hissəsi ilə bağlı qeyd edir ki, mərhum X9 xx.xx.2021-ci ildə vəfat etmiş, onun ölümündən sonra xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və xx.xx.2022-ci il tarixdə birinci növbəli vərəsələr – həyat yoldaşı İddiaçı və iki övladı Bağırova (Əliyeva) Gülnarə Fazil qızı və Cavabdeh2 hər birinə 1/3 hissədə pay hüququ müəyyən olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 12 iyun 1990-cı il tarixli, 9 nömrəli qərarla (keçmiş Əzizbəyov rayonu) X8 İcraiyyə Komitəsi tərəfindən mərhum X6 verilmiş Mərdəkan (iş materiallarında Şağan qəsəbəsi kimi göstərilmiş) ərazisində 750 kv.m torpaq sahəsi miras kütləsinə daxil edilməmişdir. Cavabdeh2 etiraz ərizəsində bu torpaq sahəsinin çıxarışı olmadığı üçün onun mirasın kütləsinə daxil edilməsinin qanunvericiliklə yol verilməz olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək rayon və şəhər xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər siyahısına daxildir. Bu səbəbdən xx.xx.1990-cı il tarixli 9 nömrəli qərar torpaq sahəsinin mərhuma ayrıldığını təsdiq edən hüquqi əsasdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan (iş materiallarında Şağan qəsəbəsi kimi göstərilmiş) ərazisində 750 kv.m torpaq sahəsi miras əmlak kimi qəbul edilərək, paylar müəyyən edilməlidir. Cavabdeh2 etiraz ərizəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ərazisində olan 750 kv.m torpaq sahəsinin nikah müddətində atası Fazil Əliyevə verilsə də, həmin əmlakın onun ayrıca mülkiyyət olduğunu və ər-arvadın birgə mülkiyəti hesab edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 4.8-ci bəndinə əsasən, birgə nikah dövründə xidməti və ya digər fəaliyyətə görə dövlət tərəfindən verilən əmlak da ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə əmlak bağışlama kimi qiymətləndirilə bilməz, çünki o, şəxsin uzunmüddətli fəaliyyəti və zəhməti qarşılığında təqdim olunur və ailə münasibətləri kontekstində əldə edilir. Bu hüquqi mövqe göstərir ki, dövlət orqanının qərarı ilə nikah dövründə verilmiş torpaq sahəsi də ümumi birgə mülkiyyət kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə yuxarıda istinad olunan Plenum qərarının 4.8-ci bəndinə əsaslanaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, 12 iyun 1990-cı il tarixli, 9 nömrəli qərarla X8 İcraiyyə Komitəsi tərəfindən mərhum X6 Mərdəkan ərazisində 750 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi mərhum Fazil Əliyevə verilən zaman o, İddiaçı ilə rəsmi nikahda olduğundan (nikah xx.xx.1976-cı ildə bağlanmışdır). torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak olaraq, ər-arvadın birgə mülkiyyəti hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7119/2023 nömrəli, qərarından görünür ki, (keçiş Əzizbəyov rayonu) X8 İcraiyyə Komitəsinin 12 iyun 1990-cı il tarixli, 9 nömrəli qərarı ilə Mərdəkan qəsəbəsində mərhum X6 ayrılmış sahəsi 750 kv.m olan torpaq sahəsinə dair yerləşmə sxeminin – cizginin (ayrıc aktının) İddiaçı verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası bu qərarı qüvvədə saxlamışdır. Bu hal iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun mövcudluğunu hüquqi baxımdan sübuta yetirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Qanunvericiliyin tələbindən göründüyü kimi (keçmiş Əzizbəyov rayonu) XDS İcrayə Komitəsinin xx.xx.1990-cı il tarixli, 9 nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 750 kv. metr torpaq sahəsi ər-arvadın nikah dövründə əldə olunmuş birgə əmlak hesab edilərək, həmin əmlakın 1/2 hissədə İddiaçı mülkiyyəti hesab edilməli, və mərhum Fazil Əliyevdən qalan 1/2 hissə miras əmlak hesab edilərək, onun vərəsələri olan İddiaçı, Cavabdeh1 (Əliyeva) və Cavabdeh2 (Əliyeva) arasında 3 yerə bölünməli, nəticədə İddiaçı ümumi payı 4/6, Bağırova (Əliyeva) Gülnarə Fazil qızı və Babayeva (Əliyeva) Təranə Fazil qızının hər birinin 1/6 hissədə mirasdan pay hüququ tanınmalıdır. İddianın təmin olunmayan hissəsi ilə bağlı məhkəmə hesab edir, İddiaçı xx.xx.2022-ci il tarixli vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etsə də, şəhadətnamənin ləğvi barədə tələbin əsaslandıra bilməmiş və bu barədə mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində iddiaçının özünün müraciəti əsasında qanun üzrə vərəsəlik şəhadətnaməsi üzrə miras əmlakından 1/3 hissədə pay hüququ müəyyən edilərək, vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Hazırda mirasın qəbul edildiyi tarixdən 3 ildən artıq müddətin keçdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, keçmiş Əzizbəyov rayonu X8 İcraiyyə Komitəsinin 12 iyun 1990-cı il tarixli, 9 nömrəli qərarına əsasən X6 Mərdəkan qəsəbəsində ayrılmış sahəsi 750 kv.m olan torpaq sahəsi onunla İddiaçı birgə mülkiyyəti hesab olunmaqla, torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququ tanınsın, torpaq sahəsinin X7 məxsus ½ hissəsi mirasın kütləsi hesab olunsun. Miras qalmış ½ hissə torpaq sahəsi üç vərəsə arasında bərabər bölünsün. Onun 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Bağırova (Əliyeva) Gülnarə Fazil qızının 1/6 hissəsinə Babayeva (Əliyeva) Təranə Fazil qızının vərəsəlik hüququ tanınsın. İddiaçı ½ hissədə pay hüququ olması nəzərə alınmaqla, 750 kv.m torpaq sahəsinin 4/6 hissəsinə onun, 1/6 hissəsinə Bağırova (Əliyeva) Gülnarə Fazil qızı və 1/6 hissəsinə Babayeva (Əliyeva) Təranə Fazil qızının mülkiyyət hüququ tanınsın. 50 (əlli) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-7086/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7086/2025
27.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver