Məhkəmə qərarları › İş №2(008)-7104/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7104/2025

27.10.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7104/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 Seyfəddin oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X6, Ərizəçi X4 Maraqlı şəxs qeyd edilməklə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X4 mediyasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00156 saylı barışıq sazişinin təsdiq olunması barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxslə rəsmi nikaha daxil olmuş və bu nikahlarından ikisi azyaşlı, birisi 18 yaşına çatmış olmaqla, 3 uşaqları anadan olmuşdur. Maraqlı şəxslə hal-hazırda nikahda olsalar da, aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır və barışıq sazişinin tələblərinə görə xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay qazancının 50 faizini ödəməlidir. Lakin maraqlı şəxs barışıq sazişinin tələblərinə əməl etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İİ seriyalı, 991875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci ildə doğulmuşdur və atası Maraqlı şəxs, anası isə X2. -İİ-BD seriyalı, 780860 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-ci ildə doğulmuşdur və atası Maraqlı şəxs, anası isə X2. - İİ-BD seriyalı, 780860 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2007-ci ildə doğulmuşdur və atası Maraqlı şəxs, anası isə X2. -Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00156 saylı barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlər barəsində razılığa gəlmişlər.

1. Birinci tərəf İkinci tərəfə xx.xx.2024-cu ildən başlayaraq, övladları xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək, hər ayın 13-nə qədər, aldığı əmək haqqının yarısı həddində aliment ödəməyi öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıbazaldılması üçün məhdudiyyət yaratmır.

2. Birinci tərəf aliment ödənişini İkinci tərəfə nağd qaydada və ya onun kart hesabına köçürmə yolu ilə ödəyəcək

3. Birinci tərəf əmək haqqının məbləği barədə İkinci tərəfə saziş imzalandığı tarixdən başlayaraq, hər 3 aydan bir məlumat verəcək. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cu maddəsinə görə, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cu maddəsinə görə, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda göstərilən hüquq normalarından da göründüyü kimi, barışıq sazişinin təsdiq edilməsindən yanlız aşağıdakı alternativ hallardan birinin mövcudluğu halında imtina edilməlidir. mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda Barışıq sazişi qanuna zidd olduqda Barışıq sazişinin könüllü icrasından boyun qaçırıldıqda. Göstərilən bu hallar alternativ xarakter daşımaqla, həmin bu hallardan birinin mövcudluğu barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsas qismində çıxış edir. İş materiallarında olan barışıq sazişindən görünür ki, barışıq sazişi qanunauyğun olmaqla, tərtibi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir və barışıq sazişi üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur, habelə iş materiallarından maraqlı şəxsin barışıq sazişini könüllü icra etdiyini müəyyənləşdirmək mümkün olmur əksini sübut etmək vəzifəsi daşıyan maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, barışıq sazişi təsdiq edilməli və barışıq sazişi məcburi icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Mediyasiya prosesinin nəticəsində X4 ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli MŞB/11/2024-00156 saylı nömrəli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ayın 13-nə qədər, aldığı əmək haqqının yarısı həddində aliment tutularaq X3 ödənilsin Maraqlı şəxs aliment ödənişini X3 nağd qaydada və ya onun kart hesabına köçürmə yolu ilə ödəsin. Maraqlı şəxs əmək haqqının məbləği barədə X3 saziş imzalandığı tarixdən başlayaraq, hər 3 aydan bir məlumat versin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar