Məhkəmə qərarları › İş №2(008)-7139/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7139/2025

20.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7139/2025 20.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən 1964-cü ilin iyun ayında "İlyas Tağı oğlu"nun adına tərtib edilmiş "Texniki İnventarizasiya pasport”unun Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 272 № li məktubunda hüquq sahibi kimi qeyd olunmuş “X15”na məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi 1879-cu ildə anadan olmuş və xx.xx.1960-ci ildə vəfat etmiş babası, X7 Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim küçəsi, döngə 4, ev 4 (kecmis Əzizbəyov küçəsi, döngə 4. ev 4) ünvanında miras əmlakı qalmışdır. Ərizəçi "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi üçün Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmiş və xx.xx.2025-ci ildə adına 272 № li vərəsəlik işi açılmışdır. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti" haqqında qanunun 22.2. maddəsinə uyğun olaraq Ərizəçi 27 may 2025ci ildə ƏMDX DƏDK və X14 1 saylı Bakı Ərazi İdarəsinə ********** nömrəli ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ax.M.Əbdülkərim (keçmiş Əzizbəyov küçəsi) küçəsi, 4-cü dalanda yerləşən 4 № li evin və torpaq sahəsinin mərhum X13 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Maraqlı tərəf sənədlər arasında mərhumun adında uyğunsuzluğun olduğunu, notariat ofisinin məktubunda mərhumun adının "X15” kimi qeyd edildiyi, Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən 1964-cü ilin iyun ayında “İlyas Tağı oğlu"nun adına tərtib edilmiş "Texniki İnventarizasiya pasport”da isə “İlyas Tağı oğlu" kimi qeyd edildiyini bildirmişdir. Bundan əlavə, ərizəyə əlavə edilmiş Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən 1964-cü ilin iyun ayında “İlyas Tağı oğlu”nun adına tərtib edilmiş "Texniki İnventarizasiya pasport”u maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində yerləşir və bu inzibati orqan həmin texniki pasportda düzəliş etmək səlahiyyətində deyildir. Maştağa qəsəbə sovetinin xx.xx.1960-cı il tarixli, 9817 № li arayışından görünür ki, ərizəçinin nənəsi, X6 Kəblə Tağı oğlunun himayəsində olmuş və Əzizbəyov küçəsi, döngə 4, ev 4 ünvanında yaşamışdır. Ərizəçi mərhum X10 və mərhumə Hökümə Rəcəbəli qızının doğma nəvəsi olması (qohumluq münasibətlərində olması) faktının müəyyən edilməsi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 513/2025 saylı qətnaməsi əsasında müəyyən olunmuşdur. Məhkəmə qətnaməsinin qət etdi hissəsində "X15” qeyd edildiyi səbəbindən Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 272 № li məktubunda da hüquq sahibi kimi "X15" qeyd olunmuşdur. Kərbəla şəhərində ziyarətdə olanlara kərbəlayi və ya kəbleyi deyirlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid iyun 1964-cü il tarixli pasportun surətindən görünür ki, ünvan 5-ün sahibi İlyas Tağı oğlu (ölmüşdür) və Hökümə Rəcəbəli qızıdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış Bakı şəhəri 17 saylı notariat ofisinin 272 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1960-cı il tarixdə vəfat etmiş babası XX.XX.XXXX-ci il təvəllüdlü X7 qalmış miras (Bakı şəh, Sabunçu ray, Maştağa qəs, Ax. M. Əbdülkərim küç dön 4 ev 4 yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X10 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş forma 37 arayışını, forma 1 arayışının və ya yeni çıxarışın və bu barədə müvafiq məlumatın Ərizəçi və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-cü il tarixli məktubdan görünür ki, onun ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların miras qoyan X13 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətinə baxılmış, müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, notariat ofisinin məktubunda mərhumun ad və soyadı “X15” kimi qeyd edilmiş, texniki pasportda isə “İlyas Tağı oğlu” kimi qeyd edilmişdir. Bundan başqa, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədlər (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) tərtib edilməli, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-513/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Ərizəçi mərhum X10 və mərhum Hökümə Rəcəbəli qızının doğma nəvəsi olması (qohumluq münsibətlərinin olması) faktının müəyyən edilməsi qət edilmişdir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, 8AZ-İ seriyalı, 086553 nömrəli ölüm haqqında akt qeydinə əsasən XX.XX.XXXX-ci il təvəllüdlü X15 xx.xx.1960-cı il tarixdə ölmüşdür. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuşdur. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuşdur, atası X4, X1r. - AЗ seriyalı 533555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1963-cü il tarixdə doğulmuşdur, atası X4, X2r. - İİ-ЖГ seriyalı, 417147 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1994-cü il tarixdə ölmüşdür. - AZ-İ seriyalı, 461532 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə ölmüşdür. - 12.11.2024-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri 17 sayı notariat ofisi tərəfindən vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. - Azərbaycan SSR İctimai Təminat Nazirliyinin 809 nömərli pensiya vəsiqəsinin surətindən görünür ki, X15 1879-cu il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarının:

6. bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.2. bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Lenin rayonu, Maştağa qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 4, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair “İlyas Tağı oğlu”nun adına olan iyun 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un “X15”na məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair “İlyas Tağı oğlu”nun adına olan iyun 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un “X15”na məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar