Məhkəmə qərarları › İş №2(008)-7158/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7158/2024

15.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7158/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1, Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı tələbinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər 4 saylı Bakı Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisində xx.xx.2020-ci il tarixdə 4Ə-979 reyestr nömrəsi ilə mərhum atası X1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ. Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ. Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-97 reyestr nömrəsi ilə mərhum atası X1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bağışlama müqaviləsi əsasında Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Atasından miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ. Musayev küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə və Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2yə dair vərəsəlik hüququmun tanınması və həmin miras əmlaklara dair 1/2 hissəsinə vərəsəlik hüququmun tanınması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə forma və məzumununa riayət edilmədən verilmişdir. Belə ki, MPM-in 149.2.2, 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Lakin, iddiaçı cavabdeh qismində qeyd etmədiyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Bakı Şəhər 1 saylı Ərazi İdarəsinə qarşı tələb yönəltmişdir. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, ərizə MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar