Məhkəmə qərarları › İş №2(008)-721/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-721/2023

27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-721/2023 27.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı "atalığın müəyyən edilməsi və aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı "atalığın müəyyən edilməsi və aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci ildə Əliyev Uğur anadan olmuş, Cavabdeh atası olması müəyyən olunması, cavadehdən xx.xx.2022-ci ildə anadan olmuş Əliyev Uğurun saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat tutularaq alimenti yetkinlik yaşına çatanadək ona verilməsi və övladının üç yaşına çatanadək 150 (yüz əlli) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehyla qeyri-rəsmi olaraq 2021-ci ilin may ayından birgə münasibəti olmuş, onların birgə münasibətindən xx.xx.2022-ci ci il tarixdə Əliyev Uğur anadan olmuşdu. Övladı anadan olandan cavabdeh onun bütün xərclərini çəkəcəyini öz üzərinə götürəcəyini bildirsə də, ancaq verdiyi sözləri əməl etməmiş övladının qayğısına bir valideyn olaraq qalmamışdı. Cavabdeh uşağın atasıdı hesab edir ki, atalıq faktı müəyyən olunmalıdı və övladının böyüyüb boya başa çatana kimi onun alimentini cavabdeh ödəməlidi. Cavabdehin gələn gəliri yüksəkdi çünki, ona hər zaman bildirirdi ki, aylıq gəliri çox yüksəkdi hesab edir ki, övladının saxlanılması üçün hər ay 250 (ikiyüz əlli) manat aliment ödəyə bilər və övladının üç yaşına çatanadək hər ay 150 (yüz əlli manat) manat baxıb pulu ödəyə biləcəyinə inanır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülkiişə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi tqismən əmin olunmalıdır. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən AZ-İ seriyalı, 729797 nömrəli doğum haqqında şəgadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X1, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüququ şəxs tərəfindən 630/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert məlumatından görünür ki, anası İddiaçı olan X7 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-ci maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Həmin Məcəllənin 170-ci maddəsinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X5 faktiki münasibətlərindən xx.xx.2022-ci il tarixdə bir oğlan uşağı doğulmuşdur. Doğum haqqında şəhadətnamə alan zaman cavabdeh qeydiyyat şöbəsinə iddiaçı ilə birlikdə ərizə vermədiyindən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il təvəllüdlü oğlan uşağının atasının X8 olmasını müəyyən edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2022-ci ildə doğulmuş oğlan uşağının atası olması müəyyən edilməli, xx.xx.2022-ci ildə doğulmuş oğlan uşağın soyadını “Yusibov”, ata qrafasında “X12” oğlu qeyd edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-cü il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin faktiki nikahlarından doğulmuş xx.xx.2022-ci il təvvəlüdlü oğlan uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək 193 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatanadək saxlanması üçün onun xeyrinə 150 manat aliment tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 85.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.1.1-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 150 manat məbləğində əlavə aliment tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh rəsmi şəkildə ailəli olmadığında iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci ildə doğmuş olduğu X3 atası xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh olması müəyyən edilsin. 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İ 729797 nömrəli doğum haqqında şəhadətnamədə uşağın soyadı “Yusibov”, ata adı “İlham” ata qrafasında “X12” oğlu kimi qeyd edilsin. İddiaçı xx.xx.2022-ci ildə doğmuş olduğu X3 (X10) yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 xx.xx.2022-ci il tarixdən 01.01.203-cü il tarixədək hər ay 193 (bir yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar