Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7251/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Ərizəçinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi qeyd edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi qeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 5 yaşayış otağı, yaşayış sahəsi 176,5 kv m, köməkçi sahəsi 290,7 kv metrdən ibarət olan yaşayış evinin şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 №-li 29.01.1988-ci il tarixli qərarı əsasında verilmiş Qeydiyyat Vəsiqəsinin (reyestr kitabı 6246, inventari işi 87) və onun əsasında verilmiş texniki pasportun 76 ******* nömrəli pasportda göstərilən vətəndaş «Ərizəçi»na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən fərdi evin və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 4 saylı İdarəsinə müraciət etmişdir. Lakin, onun xahişin icxrasından imtina edilmişdir. İmtinanın səbəblərindən biri ondan ibart olmuşdur ki, sənədlərdə hüquq sahibinin soyad və ata adına münasibətdə uyğunsuzluq müəyyən edilmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X4 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi 28.04.1966-cı il tarixdə doğulmuşdur, Rusiya Federasiyasının vətəndaşıdır (Rusiya Federasiyası tərəfindən verilmiş 76 ******* nömrəli pasport). Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 5 yaşayış otağı, yaşayış sahəsi 176,5 kv m, köməkçi sahəsi 290,7 kv metrdən ibarət olan yaşayış evinin şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 №-li 29.0.1.1988-ci il tarixli qərarı əsasında vətəndaş X3 məxsus olması barədə Qeydiyyat Vəsiqəsi verilmişdir (reyestr kitabı 6246, inventari işi 87). Eyni zamandla adıçəkilən daşınmaz əmlaka həmin Qeydiyyat Vəsiqəsi əsasında texniki pasport verilmişdir. Texniki pasportda da mülkiyyətçinin adı X5 göstərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə Nümayəndələyi tərəfindən verilmiş 18.08.2021-ci il tarili, 791 №-li Arayışdan görünür ki, adıçəkilən evin sahibinin sənədlərdə adı X5 göstərilmiş, həqiqətdə isə Ərizəçidur. Ərizəçiyə məxsus nikah haqqında şəhadətnamədən də onun adının Ərizəçi olduğu görünür. Ərizəçi fərdi evin və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin onun xahişinin icrasından imtina edilmişdir. Səbəblərin biri də məhz sənədlərdəki adda uyğunsuzluğun olması göstərilmişdir. Hazırda ərizəçi adları çəkilən sənədlərin «Ərizəçi»na məxsus olması faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər; 6-cı bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir; 6.1-ci bəndi: Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər: 6.2-ci bəndi:Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndi: Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 5 yaşayış otağı, yaşayış sahəsi 176,5 kv m, köməkçi sahəsi 290,7 kv metrdən ibarət olan yaşayış evinin şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 №-li 29.01.1988-ci il tarixli qərarı əsasında verilmiş Qeydiyyat Vəsiqəsinin (reyestr kitabı 6246, inventari işi 87) və onun əsasında verilmiş texniki pasportun 76 ******* nömrəli pasportda göstərilən vətəndaş «Ərizəçi»na məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 5 yaşayış otağı, yaşayış sahəsi 176,5 kv m, köməkçi sahəsi 290,7 kv metrdən ibarət olan yaşayış evinin şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 №-li 29.01.1988-ci il tarixli qərarı əsasında verilmiş Qeydiyyat Vəsiqəsinin (reyestr kitabı 6246, inventari işi 87) və onun əsasında verilmiş texniki pasportun 76 ******* nömrəli pasportda göstərilən vətəndaş «Ərizəçi»na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7251/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7251/2021
19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver