Məhkəmə qərarları › İş №2(008)-7265/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7265/2025

19.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7265/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi X4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 9 saylı Qəbələ Ərazi İdarəsini cəlb etdiyi “sənədin şəxsə məxsus olması faktının məyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 04 noyabr 2006-cı il tarixli JN1595 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və mərhum ailə üzvü X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx xxxxxxx 1985-ci il tarixdə Ermənistan SSR, Kalinin rayonu, Qızıl Şəfəq kəndində anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı "Ərizəçi1" kimi qeyd edilmişdir. Hazırda ünvan 1 ünvanında yaşayır. Ərizəçi2 Vali oğlu xx xxxxxx 1989-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı və ata adı "Ərizəçi2" kimi qeyd edilmişdir. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yaşayır. Ərizəçi3 xx xxxxx 1991-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəxsiyyət vəsiqəmdə və digər sənədlərimdə soyadı və adı "Ərizəçi3" kimi qeyd edilmişdir. Hazırda Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır. Ailə üzvü X13 10 yanvar 1960-cı il tarixdə Ermənistan SSR, Kalinin rayonu, Qızıl Şəfəq kəndində anadan olmuş, xx.xx.2025ci il tarixdə ölmüşdür. Oğuz şəhəri ərazisində yerləşən, ərizəçilərin və ailə üzvü X5 mülkiyyatinə verilmiş 0,75 hektar hayətyanı torpaq sahəsinə dair 04 noyabr 2006-cı il tarixli, JN-1595 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 Vali qızının soyadı, adı va ata adı "Ərizəçi1 Vali qızı" kimi qeyd edilməli olduğu halda səhvən "X11" kimi, Ərizəçi2 soyadı "Bəkirli" kimi qeyd edilməli olduğu halda səhvən "Bakirov" kimi, arizaçi Qafarova (Bağırova) Nigar Vali qızının soyadı "Bağırova" kimi qeyd edilməli olduğu halda səhvən "Bəkirova" kimi, ailə üzvü X1, adı və ata adı "X13" kimi qeyd edilməli olduğu halda səhvən "X2 qeyd edilmişdir. Ərizəçilər hazırda 04 noyabr 2006-cı il tarixli JN 1595 (kod. ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylı mülkiyyətində olan torpaq sahəsini öz adlarına rəsmiləşdirmək istəyi. Həmin sənəddəki soyad, ad və ya ata adlarımızda olan səhvlər müvafiq notariat və reyestr əməliyyalarının aparılmasına əngəl törədir. Bu səhvlərin düzəldilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlat Kadastı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Həmin təşkilatdan sənədin şəxsə məxsus olması faktlarına müvafiq məhkəmələr tarəfindən baxıldığı bildirilərək ərizənin icrasından imtina edilmişdir. Hazırkı vəziyyətdə 04 noyabr 2006-cı il tarixli JN-1595 (kod ********) nömrali torpağa mülkiyyət hüququna dair dövlət aktının ərizəçilərə məxsus olması faktı yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilə bilər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi X9 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştiakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1985-ci ildə Kalinin rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1989-cu ildə Kalinin rayonunda anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 840330 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X16 nikaha daxil olmuşlar. Ərə Qafarov, arvada Qafarova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ seriyalı 482338 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Torpağa Mülkiyyət hüququna dair JN-1595 nömrəli dövlət aktından görünür ki, X17, X12, X19, X10 Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2000-ci il traixli 02 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı Oğuz rayonunda yerləşən 0.75 ha torpaq sahəsi verilmişdir. Bakı Şəhəri 4 Saylı Bakl “ ASAN Xidmət” mərkəzinin Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxs 12 saylı Şəki ərazi idarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1960-cı ildə doğulmuş, xx.xx.2025-ci ildə ölmüş X6 adına vərəsəlik işi açılmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələbinə uyğun olaraq marhum X6 adına olan Oğuz rayonu ünvanında yerləşən torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verməyi xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxs 9 saylı Qəbələ Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, torpaq sahələrinə dair hüquqmüəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyatı alınması onun fəaliyyət istiqamətlərinə aid deyildir. Bu əsasdan hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və xx.xx.2025-ci il tarixdə vəfat etmiş ərizəçilərin atası X6 adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 04 noyabr 2006-cı il tarixli JN1595 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında onların adı X17, X12, X19, X3 qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçilərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X17, X12, X19, X7 adına qeyd edilmiş Oğuz rayonunla yerləşən 0.75 ha torpaqla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 04 noyabr 2006-cı il tarixli JN1595 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Qafarova (Bağırova) Nigar Vəli qızı və xx.xx.2025-ci il tarixdə vəfat etmiş X8 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar