Məhkəmə qərarları › İş №2(008)-728/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-728/2024

22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-728/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, X20 qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs kimi göstərildiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, “Ləhiş ərazisindəki 793 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 17081 saylı müqavilənin anası “X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, X7 onun anasıdır. Anası xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. O, Bakı şəhəri 9 saylı notariat ofisində açılmış vərəsəlik işi üzrə X1 vərəsəsi kimi tanınmışdır. X8 ilə X5 və istismarı Birliyi arasında bağlanmış, “Ləhiş ərazisində 793 nömrəli bağın istifadəyə verilməsi haqqında” 17081 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,25 hektar ərazisi olan 793 nömrəli bağ sahəsi X1 istifadəsinə verilmişdir. Anasından miras qalan yuxarıda qeyd etdiyi bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, sözügedən bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin ona bildirilmişdir ki, “Ləhiş ərazisində 793 nömrəli bağın istifadəyə verilməsi haqqında” 17081 saylı, xx.xx.2005-ci il tarixli müqavilədə “istifadəçi”nin adı Aniyə kimi yazıldığı üçün, həmin müqavilə nəzərə alınmamış və imtina məktubunda hüquqmüəyyənedici sənədin təqdim edilməməsi kimi qiymətləndirilmişdir. O, sözügedən müqaviləyə nəzər saldıqda müəyyən etmişdir ki, həqiqətən də X7 ilə X5 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 17081 saylı müqavilədə istifadəçi kimi anasının adı səhvən “ANİYƏ” kimi yazılmışdır. Bu səbəbdən də sözügedən bağ sahəsini sənədləşdirə bilməmişdir. Mövcud yanlışlığın aradan qaldırılmasının başqa yolu olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində X16 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Anaları mərhum X7 olmuşdur. “Ləhiş ərazisindəki 793 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 17081 saylı müqavilədə anasının adı səhvən “X6” kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində X11 ifadə verərək bildirmişdir ki, ərizəçi onun dayısıdır. Ərizəçinin anası X4r. Mərhumun adı Anya olmuşdur. Ləhiş ərazisindəki 793 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 17081 saylı müqavilədə nənəsinin adı səhvən “X6” kimi qeyd edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında məcmu halında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixdə verilmiş AZE-İİ 259872 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xroniki koronar çatışmazlığı səbəbindən xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - xx.xx.1966-ci il tarixdə verilmiş AЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi anası X7, atası X9r. - xx.xx.1968-ci il tarixdə verilmiş AЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin qardaşı xx.xx.1968-ci il təvəllüdlü X10 anası X7, atası X12r. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının inkişaf Departamenti X5 və istismarı birliyinin “Ləhiş ərazisindəki 793 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 17081 saylı müqavilədən aydın olur ki, X2 Sabunçu rayonu Ləhiş ərazisində 0,25 ha torpaq sahəsi olan bağ sahəsi ayrılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsinin X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlə Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlannı hazırlanması təmin edilməlidir. Torpaq sahəsinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə şərait yaradılacağı, həmçinin hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının inkişaf Departamenti X5 və istismarı birliyinin “Ləhiş ərazisindəki 793 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 17081 saylı müqavilə, adı texniki yanlışlıqla “Aniyə” kimi qeyd edilmiş ərizəçinin anası X3 məxsusdur. Belə olan halda, ərizəçinin bağ sahəsinin sənədləşdirilməsi işinin aparılması hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, eyni zamanda, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının inkişaf Departamenti X5 və istismarı birliyinin “Ləhiş ərazisindəki 793 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 17081 saylı müqaviləsinin xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar