Məhkəmə qərarları › İş №2(008)-737/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-737/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-737/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazilrliyi Bakı şəhəri 4 saylı Notariat Ofisi, Cavabdeh2 Bank olmayan Kredit Təşkilatına qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazilrliyi Bakı şəhəri 4 saylı Notariat Ofisi, Cavabdeh2 Bank olmayan Kredit Təşkilatına qarşı məhkəməyə iddia verərək Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış və reyestrdə “8İ-3671” nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ılə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1290 №-li kredit müqaviləsinə əsasən iddiaçıya illik 26 faizlə 36 ay müddətinə 6***0 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 BOKT ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1495 saylı, 0.12 ha torpaq sahəsi olan bağ sahəsi həmin kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuşdur. Tərəflərindən ödəniş cədvəlinə uyğun hər ay ödənişlər həyata keçirilmişdir. Pandemiyanın tüğyan etməsi və dünya ölkələri kimi respublikada da karantin rejiminin tətbiqi, iş yerlərinin bağlanması və əhalinin gəlirlərinin azalması, hətta, dayanması ilə nəticələndi. Bunun nəticəsində ödənişlərdə gecikmələr yarandı. Buna baxmayaraq, BOKT notariat orqanına müarciət edərək kredit və ipoteka müqavilələri üzrə icra qeydi verilməsini xahiş etmiş və notarius tərəfindən də xx.xx.2022-ci il tarixdə icra qeydi verilmişdir. Həmin icra qeydi icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir, icra sənədindən görünür ki, güya iddiaçının əsas borcu 50352.33 AZN, faiz borcu 29544.04 AZN, dəbbə pulu 498,27 AZN məbləğində, cəmi, 80.394,64 manat borcu vardır və tutulmalıdır. Bu tamamilə əsassız və qanunsuz bir qeyddir ki, notarius tərəfindən verilmişdir. Məbləğ olduqca şişirdilmiş, ödənişlər nəzərə alınmamışdır. Hazırda ödənişlərlə və borc məbləği ilə bağlı mübahisə olduğundan bu mübahisənin icra qeydi ilə həll edilməsi qanunverciliyin tələbinə ziddir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə reyestrdə “8İ-3671” nömrə ilə qeyd edilmiş icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- "PSG FİNANS" BOKT-un tələbi ilə ipoteka qoyan- İddiaçı qizindan və X1 məxsus ipoteka predmeti olan ünvan ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 1290 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 50352.33 AZN əsas borc, 29544.04 AZN faiz borcu , 498.27 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 80394.64 AZN təşkil edir). Həmin icra qeydi icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı həmin icra qeydinin ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildiriş aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutumanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər; 38.1-ci maddəsinə əsasən Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi notariusun icra qeyd əsasında həyata keçirilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR NK) müəyyən edir. Azərbaycan Rsepublikası Nazirlər Kabinetinin 02.09.2***-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması adlanan 1-ci bölməsinə əsasən:

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İcra qeydinə dair notariat işi cavabdeh notariat ofisindən istənilsə də, həmin notariat işi məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh BOKT iclaslarda iştirak etməmiş, icra qeydin qanuniliyinə dair məhkəməyə sənədlər təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər icra qeydinin əsaslılığı və qanuniliyi barədə məhkəməyə sübutlar təqdim etmədiyindən həmin icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazilrliyi Bakı şəhəri 4 saylı Notariat Ofisi, Cavabdeh2 Bank olmayan Kredit Təşkilatına qarşı məhkəməyə iddia verərək Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış və reyestrdə “8İ-3671” nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar