Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7396/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı İddiaçı, X1 iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X6 vərəsəliyini qəbul etməyi üçün, qanunla müəyyən edilmiş mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1959-cu il tarixində anadan olmuşdur. 30.04.1980-ci ildə tarixində 14.02.1959-cu il təvəllüdlü X8 ilə rəsmi qaydada ailə qurmuşdur. Həmin nikahdan 2 övladı anadan olmuşdur. X9 - 29.10.1983-cü il təvəllüdlü, X10-29.01.1980-ci il təvəllüdlü. Birgə nikah dövründə mərhum əri X8 ilə birlikdə ünvan 1 ünvanda mərhum əri rəhmətə gedənə qədər onlar bir ailə kimi həmin ünvanda yaşamışlar. Mərhum əri X8 onunla birgə nikah dövründə olarkən buraxılış ili 1987-ci il olan **-ME-*** qeydiyyat nömrə nişanlı VAZ 2107 markalı minik avtomobilini almışdır və 21.11.2017-ci ildə həmin avtomobilin qeydiyyat vəsiqəsini öz adına rəsmiləşdirmişdir. Halhazırda həmin avtomobil mərhum əri X6 adına qeydə alınmaqdadır. Mərhum əri X8 19.04.2019-cu ildə vəfat etmişdir və ərinin ölümündən sonra miras faktiki olaraq tərəfindən qəbul edilərək idarə olunur. O da öz növbəsində 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə ərizə ilə müraciət edərək, 19.04.2019-cu il tarixdə vəfat etmiş əri X5 miras qalmış əmlaka (buraxılış ili 1987-ci il olan **-ME-*** qeydiyyat nömrə nişanlİ VAZ 2107 markalı minik avtomobili) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş etmişdir. Lakin onlar ona imtina etmişlər. İmtinanın səbəbi kimi 4 saylı Bakı Cavabdehndə Notariat Ofisidə ona bildirdilər ki, o mirasın qəbulu üçün Notariusa müraciət edərkən, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Həmçinin Notariat ofisində ona bildirdilər ki, mərhum əri X5 miras qalmış əmlaka (buraxılış ili 1987-ci il olan **-ME-*** qeydiyyat nömrə nişanlı VAZ 2107 markalı minik avtomobili) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməyi izah edilmişdir. Mərhum əri X8 qaraciyər xəstəliyindən dünyasını dəyişmişdir. Həmin zaman o və uşaqları mərhum ərinin yoxluğundan stressə düşmüşdür. Uzun müddət depressiyadan əziyyət çəkmişlər. Bu səbəbdən də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Notariat ofisinə gec müraciət etmişlər. Bunu üzrlü səbəb kimi sayılmağını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisi, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X3 AZ-İİ 018101 seriyalı, 23 aprel 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19.04.2019-cu il tarixdə essensial birincili hipertenziya səbəbindən ölmüşdür. -Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin İİ-ЖГ seriyalı, 291116 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X11 30 aprel 1980-ci il tarixdə 260 nömrəli nikah aktla nikah bağlamışlar. -AD 049358 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ME *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 minik markalı avtomobilin sahibi X8 olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Cavabdeh Notariat Ofisinin 23 avqust 2021-ci il tarixli, 1464 nömrəli məktubdan görünür ki, 19.04.2019-cu il tarixdə vəfat etmiş X6 adına V-489/2021 saylı vərəsəlik işi açılmışdır. Mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi bildirilmiş, məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa həmin müddəti uzada biləcəklərini və bununla bağlı məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras əmlak olan ** ME *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 minik markalı avtomobilin sahibi X8 olmuşdur. Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin İİ-ЖГ seriyalı, 291116 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı X6 arvadı olmuşdur. Beləliklə,iddiaçı miras qoyanın qanun üzrə vərəsəsi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, İddiaçı X2 qanun üzrə vərəsəsidir. İddiaçı mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, X6 vərəsəliyinin qəbul etməsi üçün İddiaçı tərəfindən buraxılmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia tələbi təmin edilsin. X6 vərəsəliyinin qəbul etməsi üçün İddiaçı tərəfindən buraxılmış mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7396/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7396/2021
27.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver