Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-740/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Cavabdeh1 Notariat Kontoru tərəfindən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə verilmiş 16 fevral 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv olunması və Cavabdeh2 miras əmlakından məcburi payının miras əmlakının 1/14 hissəsi kimi müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı X2nun vəfatı ilə əlaqədar vəsiyyətnamə ilə 4 saylı Bakı Cavabdeh1 notariat kontoruna müraciət etmiş və bununla bağlı müvafiq vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işində X8 digər övladları olan Cavabdeh2 və Abbasova Züleyxa da mirasın qəbulu barədə ərizə ilə müraciət etmiş və miras əmlakından onlara çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Bununla bağlı iddiaçı tərəfindən 4 saylı Bakı Cavabdeh1 notariat kontoruna müraciət olunaraq onların hər ikisinin mirasa olan paylarının Mülki Məcəllənin 1193 və 1196-cı maddəsinə əsasən müəyyən olunması xahiş olunmuş və miras almağa çağırıla biləcək qanun üzrə vərəsələr barədə müvafiq sənədlər əlavə olunmaqla məlumat verilmişdir. Lakin, cavabdeh notarius tərəfindən bu nəzərə alınmayaraq müvafiq şəhadətnamə ilə Cavabdeh2 mirasdan məcburi payı miras əmlakmm 1/6 (altıda bir) hissəsi kimi müəyyən olunmuşdur. Belə məlum olmuşdur ki, cavabdeh bu cür payı hesablayarkən miras almağa çağrıla biləcək qanun üzrə vərəsələrin sayını nəzərə almamış, sadəcə miras üçün notariusa ərizə ilə müraciət edən vərəsələrin sayını nəzərə almaqla məcburi pay bölgüsü aparmışdır. Hesab edirik ki, cavabdeh notarius bu şəkildə şəhadətnamə verməklə qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Qanunvericiliyin sadalanan tələblərindən görünür ki, notarius mirasdan məcburi pay haqqı olan Cavabdeh2 bu payı hesablayarkən miras almağa çağırıla biləcək 7 (yeddi) vərəsənin hamısını nəzərə almalı olduğu halda bunu etməmiş və qanunvericiliyin sadalanan tələblərinə əsasən Cavabdeh2 mirasdan məcburi pay kimi 1/14 hissə müəyyən edilməli olduğu halda 1/6 hissə paya dair şəhadətnamə vermişdir. Nəticə etibarı ilə də onun qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. - 4 saylı Bakı Asan Xidmət X7 AZ-İ seriyalı, 945357 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 21.05.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür. İş materiallarında olan X4 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda tərtib edilmiş 09.10.2018-ci il tarixli mirasın qəbulu ərizəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X,Xaməmmədov küçəsi, ev 3 B, mənzil 27 yaşamış və 21.05.2018-ci il tarixdə vəfat etmiş X2ndan qalmış mirası əmlakı qəbul etdiyini qeyd etmişdir. - İddiaçı 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda tərtib edilmiş 27.06.2018-ci il tarixli mirasın qəbulu ərizəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X,Xaməmmədov küçəsi, ev 3 B, mənzil 27 yaşamış və 21.05.2018-ci il tarixdə vəfat etmiş X2ndan qalmış mirası əmlakı qəbul etdiyini qeyd etmişdir. - Cavabdeh2 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda tərtib edilmiş 12.09.2018-ci il tarixli mirasın qəbulu ərizəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X,Xaməmmədov küçəsi, ev 3 B, mənzil 27 21.05.2018-ci il tarixdə vəfat etmiş X2ndan qalmış mirası əmlakı qəbul etdiyini qeyd etmişdir. 31.08.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X16 ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı vəsiyyət etmişdir. 4 saylı Bakı Cavabdeh1ndə Notariat Ofisinin 05 yanvar 2021-ci il tarixli, 05 saylı məktubu ilə Vəkil xanım A.Nəsirlinin müraciətinə əsasən bildirilmişdir ki, İddiaçı atası X6 vəfatı ilə əlaqədar müraciət edən digər vərəsələrin mirasdan məcburi payın həcminin, qanun üzrə göstərilən vərəsələrin dairəsinə uyğun hesablanmaqla müəyyən olunması xahiş edilmişdir. Müvafiq vərəsəlik işinin hallarını nəzərə alaraq və mirasın qəbul olunmasına dair müraciətlərə uyğun olaraq miras bütövlükdə bölüşdürülməlidir. Vətəndaşlıq vəziyyəti aktları Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27.07.1957-ci il tarixdə Stepanakertdə doğulmuşdur. X2, anası X13. Vətəndaşlıq vəziyyəti aktları Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2ovna 21 avqust 1955-ci il tarixdə Stepanakertdə doğulmuşdur. X2, anası X13. Vətəndaşlıq vəziyyəti aktları Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1967-ci il tarixdə doğulmuşdur. X2, anası X13. Vətəndaşlıq vəziyyəti aktları Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 24 may 1961-ci il tarixdə doğulmuşdur. X2, anası X13. Vətəndaşlıq vəziyyəti aktları Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 21.12.1963-cü il tarixdə doğulmuşdur. X2, anası X13. Vətəndaşlıq vəziyyəti aktları Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 27.10.1959-cu il tarixdə doğulmuşdur. X2, anası X13. Vətəndaşlıq vəziyyəti aktları Qeydiyyat Şöbəsinin nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Roza Tumasovna ilə 22 iyul 1966 –cı il tarixdə nikaha daxil olmuşlar. 4 saylı Bakı “ASAN xidmət” X7 AZ-İ nömrəli, 829386 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X23 19.08.2016-cı il tarixdə ölmüşdür. 16.02.2021-ci il tarixli qanunu üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə X17 qanunu üzrə vərəsi kimi tanınaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3121/2019 nömrəli, 27.06.2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı 4 saylı Bakı Cavabdeh1 kontoruna, X11 və Cavabdeh2 hərəkətlərin qanunsuz hesab ollunması barədə iddi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1 və 1202.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə işin hallarından məlum olur ki, X16 ilə Beqyan Roza Tumasovnanın birgə nikahlarında 7 övladları olmuşdur. X16 ölümündən əvvəl öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilini bütövlükdə vəziyyətnamə əsasında övladı İddiaçı vəsiyyət etmiş, İddiaçı isə öz növbəsində miras əmlakının qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Bundan savayı miras qoyanın digər övladları olan X11 və Cavabdeh2 da miras əmlakının açıldığı yer üzrə notariat ofisinə müraciət edərək mərhum atalarından qalmış miras əmlaka məcburi pay hüquqlarını tələb etmiş, cavabdeh 4 asylı Bakı Asan xidmət mərkəzinin notariat konotru isə miras əmlakını qəbul etməkdə maraqlı olan vərsələrin müraciətlərini nəzərə alaraq ünvan 2 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə dair X19 qanuni üzrə vərəsəlik şəhdətnaməsi vermişdir. Hal-hazırda iddiaçı qeyd edilən şəhadətnamə ilə cavabdeh X12 mənzil üzrə verilən payın həcmini mübahisləndirərək qeyd edir ki, notariat kontoru yalnışlığla yalnız ona müraciət edən vərəsələrinin payının yarısına münasibətdə Cavabdeh2 pay hüququnun müəyyən edilmiş, miras qoyanının digər övladlarını nəzərə almamışdır. Məhkəmə iddiaçının irəli sürdüyü halları əsassız hesab edərək qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, miras qoyan vəfat etdiyi zaman onun birinci növbədən 7 vərəsəsi olmuşdur. Yalnız bu 7 verəsədən 3 vərəsə miras əmlakını almağda maraqlı olmuş, qanunvericiliyin tələblərinə uyğun olaraq öz maraqlarına doğru aktiv addımlar ataraq notariat kontoruna ərizə ilə müraciət etmişlər. Digər vərəsələr isə miras əmlakına dair hər hansı aktiv hərəkətlər etməmiş, o cümlədən əmlakı faktiki olaraq qəbul etməmişlər. Belə olan halda notariat orqan haqlı olaraq qanunla müəyyən edilmiş müddəti gözlədikdən sonra yalnız ona müraciət edən vərəsələrin dairəsini nəzərə alaraq miras əmlakına münasibətdə cavabdeh X10 haqlı olaraq 1/6 hissədə pay hüququna dair vərəsəlik şəhadətnaməsi vermişdir. Qeyd dilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı 4 saylı Bakı Cavabdeh1 Notariat Kontoru tərəfindən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilin 1/6 hissəsinə verilmiş 16 fevral 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv olunması və Cavabdeh2 miras əmlakından məcburi payının miras əmlakının 1/14 hissəsi kimi müəyyən olunması barədə iddia təlbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh1 Notariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-740/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-740/2022
25.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver