Məhkəmə qərarları › İş №2(008)-7456/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7456/2025

09.12.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7456/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı xx.xx.2025-ci il tarixdə mediasiya qaydasında bağlanılmış “Barışıq Sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-cu il tarixli, MSB/2-00765/2025 nömrəli barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsini və tələbin məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsasladırmışdır ki, Mediasiya Şurasının Bakı 2 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixində Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Qeyd etmək istənilir ki, Maraqlı şəxs ilə aralarındakı nigah Binəqədi rayon məhkəməsinin 2-(001)-2794/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Belə ki, həmin sazişin 2-ci bəndinə əsasən, xx.xx.2025-ci il tarixindən Maraqlı şəxs Binəqədi rayon icra şöbəsinə Binəqədi rayon məhkəməsinin 2-(001)-2794/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin məcburi icrasının dayandırılması (yəni alimentin dayandırılması) barədə ərizə ilə müraciət edəcəyi barədə öhdəlik götürmüşdür. Ərizəçi isə həmin tarixdən etibarən hər ay 350 manat sabit pul məbləğində aliment ödənişini Maraqlı şəxs adına olan bank hesabına ödəməyi öhdəliyinə götürmüşdür. Hazırki tarixə qədər barışıq sazişi icra olunmamışdır. Maraqlı şəxs dəfələrlə öhdəliyi yerinə yetirməsi üçün xəbərdarlıqlar edilsə də, sözügedən icra sənədinin icrasının dayandırılması barədə Binəqədi rayon icra şöbəsinə ərizə təqdim edilməmişdir. Bu barədə isə həmin icra şöbəsindən xx.xx.2025-ci il tarixli, 25193/2025-14-51 nömrəli məktub alınmışdır. Buna görə də, barışıq sazişinin məcburi icrası üçün qətnamənin çıxarılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək məhkəmənin keçirilməsi qaydalarını pozduğuna görə məhkəmə iclasından çıxarılaraq cərimə edilmişdir. Məhkəmə mülki işə daha sonra Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında 2 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MSB/2-00765/2025 nömrəli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs arasında birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı aşağıdakı qaydada razılığa gəldilər:

2. Maraqlı şəxs xx.xx.2011-ci il doğum təvəllüdlü X1 üçün X5 har ay qazancının və ya başqa gəlirlərinin % (dörddə bir) hissəsindən tutularaq ona ödənilən aliment pulunun dayandınıması üçün Binəqədi rayon Məhkəməsinin 2-(001)-2794/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin məcburi icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş icra vərəqəsinin, xx.xx.2025-ci il tarixdən dayandınıması üçün ərizə ilə müraciət edəcəyinə söz verir və öhdəlik götürür.

3. Bundan başqa Ərizəçi xx.xx.2011-ci il doğum təvəllüdlü X2 yetginlik yaşına çatanadək saxlanılması üçün har ay 350 (üç yüz əlli) manat aliment pulunu Maraqlı şəxs adına olan Bank hesabına xx.xx.2025-ci il tarixdən aliment ödənişinin ödənilməsi ilə bağlı öhdəlik götürür.

4. Ərizəçi birgə nikah dövründə əldə olunmuş daşınar əmlak olan "Kia Sorento" markalı, 2010-cu il buraxışlı, ağ mirvari rəngli, Ban nömrəsi KNAKW815BBA152737, **- GE-*** dövlət qeydiyyat nişanlı avtomobildən ona çatan % (ikidə bir) hissəsindən, tamşəkildə imtina eidir və gələcəkdə Maraqlı şəxs adına daşınmaz əmlaklardan ona çatası paydan iddia ve tələbləri olmuyacağnı qəbul edir.

5. Toraf Əliyeva X4 Sazişinin 2-ci bəndində qeyd olunmuş alimentin dayandınıması üçün xx.xx.2025-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinə ərizə ilə müraciət edəcəyi təqdirdə Əliyev X3 Sazişinin 3-cü bəndində qeyd olunan aliment ödənişini xx.xx.2025-ci il tarixden 350 manat olmaqla ödəniş edəcək və eyni zamanda Banşıq Sazişinin 3-cü bəndində imtina etdiyi daşınar və daşınmaz əmlaklarla bağlı götürdüyü öhdəliy qüvvədə olacaqdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2025-ci il traixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək borclu Ərizəçi əmək haqqısından alimentin tutulması prosesi davam etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin 2-ci bəndi təsdiq olunmalıdır. Belə ki, saziş bağlandığı andan tərəflər üçün məcburi qüvvəyə malik olur. Sadəcə tərəflərdən biri olan Maraqlı şəxs sazişin icrasından yayındığından ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 2 saylı Mediyasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MSB/2-00765/2025 nömrəli Barışıq sazişinin “2.Maraqlı şəxs xx.xx.2011-ci il doğum təvəllüdlü X1 üçün Ərizəçi har ay qazancının və ya başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsindən tutularaq ona ödənilən aliment pulunun dayandırılması üçün Binəqədi rayon Məhkəməsinin 2-(001)-2794/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin məcburi icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş icra vərəqəsinin, xx.xx.2025-ci il tarixdən dayandırılması üçün ərizə ilə müraciət edəcəyinə söz verir və öhdəlik götürür.” məzmunda verilmiş 2-ci bəndi təsdiq edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar