Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7478/2024 14.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01786 saylı Barışıq Sazişinin alimentə aid olan hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, Maraqlı şəxs ilə Bakı 8 saylı Mediasiya Təşkilatında bağladıqları xx.xx.2024-cü il tarixli MŞB/8/2024-012786 saylı Barışıq Sazişinə əsasən Bu sazişi imzaladıqdan sonra Maraqlı şəxs ilə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsində xx.xx.2013-eti il tarixdə N 1571 qeydi ilə bağlanan nikahın barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razıdır. X1 imzaladıqdan sonra həyal yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cii il təvəllüdlü X6 onun (ananın) yanında qalmasına razıdır. X7 bu sazişi imzaladıqdan sonra həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixindən etibarən ona hər ayın 1-dən 10-dək 500 (beş yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. X1 imzaladıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan diinyay gələn övladları xx.xx.2023-cii il təvəllüdlü X10 ilə İkinci tərəf (atası) Maraqlı şəxs ilə (uşağın mənafei nəzərə alınmaqla) ayda 4 dəfə olmaqla hər həftənin 7-ci günləri (bazar günləri) 4 (dörd) saat olmaqla onun (ananın iştrakı ilə) ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. Maraqlı şəxs Birinci tərəfə məxsus olan cehiz əşyalarımın (yataq və qonaq mebel dəstləri, bir ədəd çıl-çıraq qab-qaeaq. şəxsi geyim əşyaları xalça və.s ) Bu saziş bağlandıqdan sonra 2 (iki) ay ərzində İkinci tərəfə məxsus olan ünvan 1 ünvanından (fərdi yaşayış evindən) götürəcəyinə (çıxaracağına) dair İkinci tərəfin ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ancaq Maraqlı şəxs sazişinin şərtlərinə əməl etməyərək, birincin ay 300, ikinci ay isə 500 manat ödəmişdir. Bu günə kimi qalıq borcunu ödəməmişdir və ödəmək istəməyərək müxtəlif bahənələr gətirir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, maraqlı şəxsin barışığ sazişin alimentə dair olan hissəsi ilə bağlı ödənişlərin tam olmadığını, birinci ay 300 manat, daha sonra yerdə qalan hisəllərini o biri aylarla birlikdə ödədiyini bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışığ sazişində nəzərdə tutulan aliment məbləğini birinci ay 300 manat ödədiyini, ikinci ay isə atasının yas mərasiminə görə yerdə qalan 200 manatı ödəmədiyini, lakin üçüncü ay isə borclu qaldığı 200 manatı ödədiyini, hazırda ərizəçiyə borcu olmadığını və alimenti ödəməkdən yayınmadığını məhkəməyə bildirdi. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01786 nömrəli barışıq sazişindən görünür ki, Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Qeydiyyat şöbəsində xx.xx.2013-cü ci il tarixdə N° 1571 qeydi ilə bağlanan nikahın (banşıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları 01,08.2023-cü ıl təvəllüdlü X6 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-dək 500 (beş yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X10 ilə ikinci tərəf (atası) Maraqlı şəxs ilə (uşağın mənafei nəzərə alınmaqla) ayda 4 dəfə olmaqla hər həftənin 7-ci günləri (bazar günüləri) 4 (dörd) saat olmaqla (onun ananın iştirakı ilə) ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. Birinci tərəf: X2 tərəf: Maraqlı şəxs ona Birinci tərəfə məxsus olan cehiz əşyalarının (yataq və qonaq mebel dəstləri, bir ədəd çıl-çıraq, qabqacaq, şəxsi qeyim əşyaları, xalça və s.) Bu saziş bağlandıqdan 2 (iki) ay ərzində ikinci tərəfə məxsus olan ünvan 2 ünvanından (fərdi yaşayış evindən) götürəcəyinə (çıxaracağına) dair İkinci tərəfin ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığım təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoidaşı Ərizəçi ilə Bakı şəhəri, Sabunçu rayonu, Qeydiyyat şöbəsində xx.xx.2013-cü ci il tarixdə N° 1571 qeydi ilə bağlana nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X6 Birinci tərəf X4 (ananın) yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı X8 ilə Birgə nikahdan dünyaya gələn övladları 01,08.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf X8na xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-aən 10-dək 500 (beş yüz) AZN məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı X8 ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X10 ilə ilə xx.xx.2024-cü il tarixdən etibarən uşağın mənafei nəzərə alınmaqla ayda 4 dəfə olmaqla hər həftənin 7-ci günləri (bazar günlər) 4 (dörd) saat olmaqla (ananın iştirakı ilə) ünsiyyətdə olmasına dair İkinci tərəf X4 (ananın) ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf: X8na məxsus olan ünvan 3 ünvanında (fərdi yaşayış evində) yerləşən cehiz əşyalarını Bu saziş bağlandıqdan sonra 2 (iki) ay i ərzində götürəcəyinə (çıxaracağına) dair Birinci tərəfə şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentə dair hissəsi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2024-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2024-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin alimentə dair icrasını vatlı-vaxtında tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi alimentin tutulması hissəsində aşağıdakı məzmunda təsdiq edilsin.
1. İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzalandıqdan sonra birinci tərəf həyat yoldaşı X8 ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf X8na xx.xx.2024cü il tarixdən etibarən hər ayın 1-dan 10-dək 500 (beş yüz) manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür.
Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli