Məhkəmə qərarları › İş №2(008)-7517/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-7517/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7517/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh oğluna qarşı vurulmuş maddi ziyanın reqress qaydada tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı iddia qaldıraraq vurulmuş ziyanın əvəzi kimi 33800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 33830 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 07.08.2017-ci il tarixli hökmü ilə Cavabdeh oğlu AR Cinayət Məcəlləsinin 178.2.1-ci və 177.2.4-cü maddələri il təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İddiaçının tanşı Vagif Əliyev iddiaçının vasitəsilə cavabdehə oğlunun işi əlaqədar 43800 manat pul vermişdir. Lakin cavabdeh etibardan sui-istifadə edərək həmin pulu mənimsəmişdir. İddiaçı məcburən həmin məbləği Vagif Əliyevə ödəmişdir. Bundan sonra o, cavabdehdən pulun bir hissəsini ala bilmiş, lakin 33800 manat ona qaytarılmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh isə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlə iş materiallarına əlavə edilmişdir. X4 16.12.2019-cu il tarixdə Abşeron RPİ-yə müraciət edərək, oğlunun məsələsi ilə əlaqədar bağt qonşusu Ələkbərlə söhbət edərək həlli üçün Zəfər adlı şəxsin tanışı Cavabdeh 43800 manat verməsi, lakin işinin həll edilmədiyi və pulun ona geri qaytarılmadığı barədə məlumat vermimşdir. Lakin, sonradan ona dəymiş ziyanın tam ödənildiyi barədə ərizə təqdim etmişdir (sinayət işinin başlanılmasının rəddd edilməsi barədə Nizami RPİ İŞ-nin müstəntiqi Məmmədağa Əhmədovun 30.06.2020-ci qərarı). X4 notarial qaydada imzasının təsdiq etdirdiyi ərizədə Cavabdeh, X1 və İddiaçı ona olan 43800 manat borcunun üçünün əvəzindən İddiaçı tərəfindən tam şəkildə ödənildiyini bildirmişdir. Hazırda iddiaçı həmin məbləğin 33800 manatının reqres qaydada cavabdehdən tutulmasını isitəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni olduğu qənaətnə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə müəyyən etmişir ki, iddiaçının cavabdehin borcunu ödəmişdir və onun reqres qaydada həmin tələbetmə hüququ yaranmışır. Cavabdeh məhkəməyə gəlməmiş, iddia tələbinin təkzibinə dair etiraz təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş ziyanın əvəzi kimi 33800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 33830 manat məbləğində pul cavabdehdən iddiaçnın xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Cavabdeh oğlundan vurulmuş ziyanın əvəzi kimi 33800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 33830 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar