Məhkəmə qərarları › İş №2(008)-7528/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7528/2024

06.11.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7528/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, Mediyasiya prosesinin nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış MŞB/8/2024-01168 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişini təsdiq barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə, 28 nömrəli akt qeydi ilə Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X2 dünyaya gəlmişdir. Tərəflər bir müddət mehriban yaşalar da, sonradan münasibətləri pisləşmişdir. Mediasiya prosesi dövründə aralarında xx.xx.2024-cü il tarixli Barışıq Sazişi imzalanmışdır. Həmin Sazişə əsasən, Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu Qeydiyyat şöbəsində bağlanan 28 nömrəli qeyd aktı ilə bağlanan nikahın pozulmasına razıdırlar. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X1 onun (ananın) yanında (himayəsində) qalmasına razıdır. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 30-dək 100 (yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə və bu vəsaiti Ərizəçi məxsus bank kartına ödəniləcəyi ilə razıdır. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X2 ilə uşağın mənafei nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla hər həftənin şənbə günü səhər 10:00-dan bazar günü axşam saat 18:00-a dək (gecəni qalmaq şərti ilə) (ananın iştirakı olmadan) Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradacığına dair öhdəlik götürür. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X1 ölkə hüdudlarından kənara çıxması, xarici pasport alınması (xarici səfərlər etməsi) üçün 10 gün müddətində (ASAN Xidmət mərkəzində, Notariat və DİN orqanında) rəsmi qaydada razılıq ərizəsi verəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Maraqlı şəxs qarşı digər tələbinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, Maraqlı şəxs tərəfindən aralarında bağlanmış barışıq sazişinin şərtlərinə əməl olunmadığından, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 297645 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında 19 fevral 2019-cu il tarixdə nikah bağlanmış və 28 nömrə akt qeydi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı Asan Xidmət X3 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Mediasiya Şurasının təqdim etdiyi barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbi ilə bağlı barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsi əsasında, bu Məcəllənin 17.2.-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması üçün məhkəməyə müraciət olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında 07 iyun 2024cü il tarixdə bağlanmış barışıq sazişi qismən təsdiq olunmalıdır. Belə ki, barışıq sazişində qoyulmuş şərtlərdən biri kimi ərizəçinin nikahın pozulması tələbinə münasibət bildirərək qeyd edir ki, nikah məhkəmə qaydasında pozulduğundan, yəni nikahın pozulması Mediasiya prosesinin predmeti olmadığından ərizə bu hissədə təmin oluna bilməz. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasnda bağlınmış MŞB/8/2024-01168 nömrəli, 07 iyun 2024cü il tarixli Barışıq sazişi aşağıdaki məzmunda təsdiq edilsin. -Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X1 ananın yanında (himayəsində) qalmasına razıdır. -Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 30-dək 100 (yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə və bu vəsaiti Ərizəçi məxsus bank kartına ödəniləcəyi ilə razıdır. -Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X2 ilə uşağın mənafei nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla hər həftənin şənbə günü səhər 10:00-dan bazar günü axşam saat 18:00-a dək (gecəni qalmaq şərti ilə) (ananın iştirakı olmadan) Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradacığına dair öhdəlik götürür. -Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X1 ölkə hüdudlarından kənara çıxması, xarici pasport alınması (xarici səfərlər etməsi) üçün 10 gün müddətində (ASAN Xidmət mərkəzində, Notariat və DİN orqanında) rəsmi qaydada razılıq ərizəsi verəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. -Tərəflər qarşılıqlı razılığa gəldilər ki, Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Maraqlı şəxs qarşı digər tələbinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar