Məhkəmə qərarları › İş №2(008)-7642/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7642/2024

16.11.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7642/2024 16.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında olan Bakı şəhəri 8 saylı Mediasiya təşkilatında bağlanmış MSB/8/2023-01593 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi maraqlı şəxslə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamışlar. Sazişin şərtləri birinci tərəf yetkinlik yaşına çatmayan uşağlarınn ananın yanında qalması və uşağlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmiş, ikinci tərəf (Maraqlı şəxs) onların birgə nikahlarından doğulmuş xx.xx.2009-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 birinci tərəfin Ərizəçi yanında qalmasına razılıq verir; birinci tərəf Ərizəçi bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs 1 ay müddətində birgə nikah dövründə əldə etikləri (daşınar əmlak) və ikinci tərəf Maraqlı şəxs mülkiyyətində olan **-HJ-*** dövlət qeydiyyat nişanlı HYUNDAİ 130 minik avtomobilinin minimum 18 min manata satılaraq əldə ediləcək pul məbləğinin 2/1 hissəsinin Ərizəçi ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır; birinci tərəf Ərizəçi bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs 3 ay müddətində birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evinin) Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahədə ünvanında 0.3 ha torpaq sagəsində inşa edilən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 154 kv.m olan, fərdi yaşayış evinin onun iştirakı ilə minimum 80 min manat qiymətinə satışını təşkil edərək (özgəninkiləşdirərək) bu satışdan əlavə olunacaq pul vəsaitin 2/1 hissəsini (satış günü) ona ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Lakin üzrsüz səbəblərdən barışıq sazişinin şərtləri icra edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, bildirdi ki, Maraqlı şəxs barışıq sazişinin heç bir şərtinə əməl etmir, ev və avtomobil maraqlı şəxsin mülkiyyətindədir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin tələblərindən görünür ki, birinci tərəf yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalması və uşaq yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabir pul məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmiş, ikinci tərəf (Maraqlı şəxs) onların birgə nikahlarından doğulmuş xx.xx.2009-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 birinci tərəfin Ərizəçi yanında qalmasına razılıq verir; ikinci tərəf uşağın saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-na qədər hər uşağa görə 220 manat olmaqla, ümumilkdə 440 manat məbləğində alimenti birinci tərəfə məxsus bank kartına ödəməyi öhdəsinə götürür; birinci tərəf Ərizəçi bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs 1 ay müddətində birgə nikah dövründə əldə etikləri (daşınar əmlak) və ikinci tərəf Maraqlı şəxs mülkiyyətində olan **-HJ-*** dövlət qeydiyyat nişanlı HYUNDAİ 130 Minik avtomobilinin minimum 18 min manata satılaraq əldə ediləcək pul məbləğinin 2/1 hissəsinin Ərizəçi ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır; birinci tərəf Ərizəçi bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs 3 ay müddətində birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evinin) Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahədə ünvanında 0.3 ha torpaq sagəsində inşa edilən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 154 kv.m olan, fərdi yaşayış evinin onun iştirakı ilə minimum 80 min manat qiymətinə satışını təşkil edərək (özgəninkiləşdirərək) bu satışdan əlavə olunacaq pul vəsaitin 2/1 hissəsini (satış günü) ona ödəyəcəyinə dair razılığa gəlmişlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmış, tərəflər üzərinə öhdəlik götürmüşlər. Lakin Maraqlı şəxs sazişin şərtlərinə əməl etməmiş, və barışıq sazişinin şərtləri icasız qalmışdır. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 305.1.17-cı maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri, tərəflərin izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyindən, məhkəmə qaydasında məcburi icra edilməsi üçün barışıq sazişinin şərtləri təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: ikinci tərəf (Maraqlı şəxs) onların birgə nikahlarından doğulmuş xx.xx.2009-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 birinci tərəfin Ərizəçi yanında qalmasına razılıq verir; ikinci tərəf uşağın saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-na qədər hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilkdə 440 (dörd yüz qırx) manat məbləğində alimenti birinci tərəfə məxsus bank kartına ödəməyi öhdəsinə götürür: birinci tərəf ikinci tərəfin xx.xx.2023-cü tarixdən etibarən hər ay 8 dəfə, hər həftənin şənbə və bazar günləri saat 10:00-dan axşam saat 18:00-a qədər (ananın iştirakı ilə) ikinci tərəfə Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına şərait yaradacağına dair öhdəlik götürür: birinci tərəf Ərizəçi bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs 1 ay müddətində birgə nikah dövründə əldə etikləri (daşınar əmlak) və ikinci tərəf Maraqlı şəxs mülkiyyətində olan **-HJ-*** dövlət qeydiyyat nişanlı HYUNDAİ 130 Minik avtomobilinin minimum 18 (on səkkiz) min manata satılaraq əldə ediləcək pul məbləğinin 2/1 hissəsinin Ərizəçi ödəyəcəyini öhdəsinə götürür: birinci tərəf Ərizəçi bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs 3 ay müddətində birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evinin) Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahədə ünvanında 0.3 ha torpaq sagəsində inşa edilən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 154 kv.m olan, fərdi yaşayış evinin onun iştirakı ilə minimum 80 min manat qiymətinə satışını təşkil edərək (özgəninkiləşdirərək) bu satışdan əlavə olunacaq pul vəsaitin 2/1 hissəsini (satış günü) ona ödəyəcəyini öhdəsinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar