Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7645/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq olunması tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçiı Feruz qızı Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən edilmişdir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçının dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi mülki işin materiallarına əlavə edilməmişdir. Eyni zamanda iddiaçı idda ərizəsində şəhid ailəsinin üzvü olduğunu bildirərək anasına məxsus şəhid ailə üzvü olmasını təsdiq edəcək sənədi məhkəməyə təqdim etmiş, lakin özünün şahid ailəsinin üzvü olmasını təsdiq edəcək sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesua Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan qanunvericilik aktı normasına əsasən, hesab edirəm ki, ərizə üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Bu səbəbdən də ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq olunması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7645/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7645/2024
07.11.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver