Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7654/2025 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Seyfəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Dadaşov Həmı̇ dağa İmamverdı̇ oğlunun maraqlı şəxs qismində Sabunçu Rayon Qeydı̇ yyat Şöbəsı̇ , Şı̇ xəlı̇ yeva Səkı̇ nəxanim İmamverdi ,ızıq̇ Maraqlı şəxs3̇ qızı cəlb olunmaqla şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İşin halları:
1. Ərizəçi Dadaşov Həmı̇ dağa İmamverdı̇ oğlunun maraqlı şəxs qismində Sabunçu Rayon Qeydı̇ yyat Şöbəsı̇ , Şı̇ xəlı̇ yeva Səkı̇ nəxanim İmamverdi qızı, Maraqlı şəxs3̇ qızı cəlb olunmaqla şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1932-ci il təvəllüdlü X2 ölmüş elan edilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi günün X2 ölüm günü sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1932-ci il təvəllüdlü X4 onun anası, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X5 isə onun anasıdır. Atası balıqçılıqla məşğul olurdu. 26 yanvar 1991-ci il tarixdə atası və iki balıqçı yoldaşı - Bayramov Hafiz və Məmmədov İsmayıl birlikdə qayıqla dənizdə balıq ovunda olarkən qəfil hava şəraitinin dəyişərək, küləyin yüksəlməsi səbəbindən onların olduğu qayıq aşaraq batmış, Bayramov Hafiz və Məmmədov İsmayıl üzərək, dənizdə quraşdırılmış dəmir konstruksiyalı qülləyə dırmanaraq xilas ola bilsələr də, lakin atası xilas ola bilməmiş, dəniz sularında bataraq ölmüşdür. Bu hadisədən sonra axtarışlar olsa da, lakin atasının cəsədini tapmaq mümkün olmamışdır. Hadisə barədə polisə və X14 Deputatları Sovetinin İcraiyyə Komitəsinə (indiki Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinə) məlumat verilmiş, X2 xx.xx.1991-ci il tarixdə dənizdə itkin düşməsi barədə Komitədə xx.xx.1991-ci il tarixli, 544 nömrəli akt tərtib edilmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 1 atam X3 məxsusdur. X1 varisi kimi tanınmağı və atasından miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməyi üçün ondan atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. X2 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, X4 məhkəmə qaydasında ölmüş elan edilməlidir. Proses iştirakçılarının izahatları və ifadələri:
3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İmamverdi onun qonşusu olub. O, gənc idi. Sonuncu dəfə dənizə getməmişdən əvvəl görürdü. Balıqçı idi. Qış ayında getdi, hava dəyişdi, 2 nəfər xilas oldu, İmamverdi isə öldü. Digərləri dəmirdən tutaraq xilas olub, amma bu isə ölmüşdür.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, sonuncu dəfə 26 yaşımda İmamverdini dəniz qırağında görmüşdür. Atasıgillə birlikdə getmişdilər. Hadisə nəticəsində ölüb, atası sağ çıxdı, İsmayıl da sağ çıxdı, İmamverdi isə ölmüşdür. Atası deyirdi ki, qəflətən külək başladı və İmamverdi dənizdə boğuldu.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, atası ona demişdir ki, bərk külək nəticəsində qəza olub. Atası sağ qalmışdır. 2 nəfər xilas olub, biri də ölmüşdür, o da İmamverdi idi. Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
9. -Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş 3-16-5/8-1525/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 1991-ci ilə aid ölüm akt qeydi aşkar edilməmişdir.
10. -AZB seriyalı, 136218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Dadaşov Həmı̇ dağa İmamverdı̇ oğlu xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və atası Dadaşov İmamverdı̇ Əlidadaş oğludur.
11. -İİ-JQ seriyalı, 504298 saylı pasportdan görünür ki, Dadaşov İmamverdı̇ Əlidadaş oğlu xx.xx.1932-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
12. -Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 1 X3 məxsusdur.
13. -AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin 313-5/2-3080/26 saylı, xx.xx.2026-ci il tarixli məktubundan görünür ki, xx.xx.1932-ci il təvəllüdlü X2 ölümü ilə bağlı araşdırma aparılması, həmçinin barəsində itkin düşmüş şəxs qismində axtarış işinin açılması halları aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
15. Maddə 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.
16. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
17. Maddə 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
19. Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
20. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmənin mövqeyi:
21. Məhkəmə araşdırılması zamanı müəyyən edilmiş faktiki hallara iddia tələbinin qanuni əsası baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.1932-ci il təvəllüdlü X4 xx.xx.1991-ci il tarixində baş vermiş bədbəxt hadisə nəticəsində dənizdə ölmüşdür. Məhkəmə bu nəticəyə gələrkən iş materiallarında olan sübutlara və şahid ifadələrinə əsaslanmışdır.
23. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını MM-nin 41.1-ci maddəsi təşkil edir.
24. Həmin maddəyə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
25. İş materiallarına əsasən məhkəmə bu qənaətə gəlir ki, baş vermiş bədbəxt hadisə nəticəsində X2 həlak olduğunu güman etməyə kifayət qədər əsas mövcuddur və həmin hadisənin baş verməsindən 34 il keçmişdir.
26. Odur ki, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1932-cü il təvəllüdlü X4 qətnamə qanuni qüvvəyə mindiyi andan ölmüş elan edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1932-ci il təvəllüdlü X4 qətnamə qanuni qüvvəyə mindiyi gündən ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X13