Məhkəmə qərarları › İş №2(5-156)-147/2026

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-156)-147/2026

19.03.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(5-156)-147/2026 19.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1969-cu il təvəllüdlü X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Şabran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(031)-1233/2025 saylı qətnaməsi ilə, atası xx.xx.1969-cu il təvəllüdlü X3 01 noyabr 2016-cı ildən itkin düşmüş hesab edilmişdir. Şabran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(031)-1233/2025 saylı qətnaməsi xx.xx.2026-cı il tarixində qüvvəsini almışdır. O, maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı "itkin düşmə faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü X2 01 noyabr 2016-cı ildən itkin düşən hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X3 atasıdır. O, xx.xx.2016-cı il tarixdə evdən çıxmışdır, bir daha evə qayıtmamışdır. Həmin vaxtdan onun barəsində heç bir məlumat yoxdur. Polis şöbəsinə də bu barədə məlumat verilmiş və onun haqqında axtarış işi açılmışdır. Onun tapılması mümkün deyildir. Ona görg məcbur olaraq X2 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmədə araşdırılmış sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, xx.xx.1969-cu il təvəllüdlü X3, xx.xx.2016-cı il tarixdə Şabran rayonu Aygünlü kəndində yaşadığı evindən çıxaraq naməlum şəraitdə itkin düşmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şabran rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 13-107/2- 16827/2025 nömrəli arayışında göstərilmişdir ki, Şabran (Dəvəçi) rayonunda anadan olmuş, xx.xx.1969-cu il təvəllüdlü X3, xx.xx.2016-cı il tarixdə Şabran rayonu Aygünlü kəndində yaşadığı evindən çıxaraq naməlum şəraitdə itkin düşmüşdür. X3 barəsində xx.xx.2017-ci il tarixdə Şabran RPŞ-də "İtkin düşmüş" şəxs kimi 390080 №-li axtarış işi açılaraq müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir, xx.xx.1969-cu il təvəllüdlü X3 01 noyabr 2016-cı ildən itkin düşmüş hesab edilmişdir. Hal-hazırda atası xx.xx.1969-cu il təvəllüdlü X1 qalmış miras əmlakın qəbul edilməsi ilə əlaqədar onu məhkəmə qaydasında ölmüş elan edilməsi zərurəti yarandığına görə, məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.2, 312, 313 və 315.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü X3, xx.xx.2016-cı il tarixdə Şabran rayonu Aygünlü kəndində yaşadığı evindən çıxaraq naməlum şəraitdə itkin düşmüşdür. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(031)-1233/2025 saylı qətnaməsinə əsasən xx.xx.1969-cu il təvəllüdlü X3 01 noyabr 2016-cı ildən itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1969-cu il təvəllüdlü X3 01 noyabr 2016-cı ildə itkin düşdüyündən ölmüş elan edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X3 01 noyabr 2016-cı ildə itkin düşdüyündən ölmüş elan edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar