Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(5-156)-30/2026 02.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı, xx.xx.1962-ci il təvəllüdlü X2 2017-ci ildə İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1962-ci il təvəllüdlü X6 2012-ci ildə Suriya Ərəb Respublikasına getmiş, daha sonra isə Suriyadan İraq Respublikasına keçmişdir. Ondan sonra Tehran Umayev Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. X3 2017-ci ilin İraq Respublikasının Təlafər şəhərində təyyarə bombardımanı nəticəsində öldürüldüyü bildirilmişdir. X8 həbsxanasında cəza çəkən X2 oğlu X3 arvadı X1 verdiyi məlumata görə qardaşı X10 şəhərində dəfn edilmişdir. Bakı şəhəri, Binəqodi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 2499/2018 saylı qətnaməsinə əsasən X2 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 2499/2018 saylı qətnaməsində də qeyd olunur ki, X2 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi məlum olmuşdur. “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan aydın olur ki, X6 xx.xx.2013-cü cü il tarixində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. Bildirir ki, faktiki olaraq yaşadığı Şabran şəhəri, Fikrət Əmirov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi, evin kommunal abunə kodları qardaşı X2 adınadır. Lakin onun ölümü haqqında şəhadətnamə olmadığına görə evin kommunallarını adına keçirə bilmir. Hesab edir ki, xx.xx.1962-ci il təvəllüdlü qardaşı X2 2017-ci ilin tarixində İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü X2 X.X.2017-ci ildə İraq Respublikasında vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, maraqlı şəxs X2 (doğum tarixi xx.xx.1962-ci il, doğulduğu yer Dəvəçi şəhəri) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İş materiallarında olan AZ seriyalı ******* saylı vəAZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 ilə X5 birgə münasibətlərindən xx.xx.1962-ci ildə Bayram, xx.xx.1968-ci ildə Xoşqədəm adlı uşaqları olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1962-ci il təvəllüdlü X6 X.X.2017-ci ildə İraq Respublikasında ölmüş elan edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X6 X.X.2017-ci ildə İraq Respublikasında ölmüş elan edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(5-156)-30/2026
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-156)-30/2026
02.03.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver