Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-791/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs maraqlı şəxs2 qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadından maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs maraqlı şəxs2 qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.1978-ci il təvəllüdlü Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış anası X3 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi məzmunda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Əli Cəlilov) ərizəçi Ərizəçi ##.##.1978-ci il təvəllüdlü Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış anası X3 ölmüş elan edilməsi qət edilmişdir. Hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs1 apelyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (hakim Əli Cəlilov) maraqlı şəxs1 Qusar Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qusar Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən şikayət vermiş X4 qətnamənin onun maraqlarına toxunması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş və əsaslandırmamışdır. Həmin qərardaddan maraqlı şəxs maraqlı şəxs1 şikayət verərək Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi tərəfindən şikayətə qarşı yazılı etiraz ərizəsi təqdim edilərək qeyd edilmişdir ki, şikayətində maraqlı şəxs1 nümayəndəsi müddətin bərpa olunmasına dair vəsatətindəki arqumentlərini təkrarlamaqla kifayətlənmişdir. Seyidovun ərizəsi Zülfiyyə Əlimirzəyevanın ölüm faktının müəyyən edilməsinə dair deyil, onun ölmüş elan edilməsinə dair olmuşdur və məhkəmə məhz bu barədə qətnamə qəbul etmişdir. Bu səbəbdən Zülfiyyə Əlimirzəyevanın ölüm faktını sübut etmək heç bir halda tələb olunmur. Digər tərəfdən maraqlı şəxs1 və onun nümayəndəsi Zülfiyyə Əlimirzəyevanın ölmüş elan edilməsinə dair qətnamədən şikayət vermək hüquqlarını qətnamənin onların marağına toxunması ilə əlaqələndiriblər. Amma qətnamənin həmin şəxsin məhz hansı marağına toxunması, hansı hüququnu pozması şikayətdə göstərilməmişdir. X5 anası maraqlı şəxs1 Ərizəçi ərizəsi üzrə keçirilən məhkəmə iclasına dəvət olunmaması, məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmaması göstərilmiş və bu prosesin onun hüquq və mənafelərinə birbaşa toxunması qeyd edilmişdir. Halbuki, qanunvericilikdə barəsində ölmüş elan edilməyə dair ərizə verilən şəxsin sağ olan yaxın qohumlarının iclasda iştirakının təmin edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən Asiyət Balabəyova qətnamənin onun hansı hüquq və mənafelərinə birbaşa toxunduğunu əsaslandırmamışdır. Buna görə şikayətinin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edəsiniz. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qəraradı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi qərardadının əsaslandırıcı hissəsində Qusar Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin apellyasiya şikayəti vermiş X4 hüquq və vəzifələrinə toxunmadığı nəticəsinə gəlsə də qərardadın nəticə hissəsində buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi nəticəsinə gəlmişdir. Hərçənd ki, qəbul edilən qətnamə işdə iştirak etməyə cəlb edilməyən şəxsin hüquq və vəzifələrinə toxunmadığı halda verilmiş apellyasiya şikayətinin, o cümlədən buraxılmış prosessual müddətin bərpasına dair ərzənin geri qaytarılmasına dair qərardad qəbul edilir. Qəbul edilən qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxsin hüquq və vəzifələrinə toxunmaması halı onu apellyasiya şikayəti vermək hüququndan məhrum etdiyindən, apellyasiya şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılmasını da istisna etməkdədir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qəraradı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qəraradı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-791/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-791/2026
14.07.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver