Məhkəmə qərarları › İş №2(008)-772/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-772/2022

06.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-772/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı qızının Cavabdehlər Cavabdeh1, Bakı şəhər 16 saylı Dövlət Notarit kontoru və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hissəvi etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, miras əmlakda paynı tanınması, yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışın verilməsi tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı qızı cavabdehlər Cavabdeh1, Bakı şəhər 16 saylı Dövlət Notarit kontoru və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən cavabdeh qismində cəlb edilmişdilər) iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının vərəsəlik hüququnun tanınması, 16 saylı Dövlət Notarit kontoru tərəfindən verilmiş 15.05.2004-cü il tarixli 2V-İ/96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin Cavabdeh1 aid hissədə etibarsız hesab edilməsi, onun adına verilmiş 22.05.2004-cü il tarixli Çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, həmin hissədə miras əmlak olan oğlu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının 1/3 payının tanınması, bu barədə yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 31.12.1997-ci il tarixdə ölmüş X6 vərəsəlik işində aydın olur ki, Cavabdeh1 və X4 digər vərəsə olan iddiaçını aldadaraq, güya heç bir vərəsəlik işi açılmayacaq və əmlak X6 adında qalacaq, onun adını gizlədərək və saxta arayışlar əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (sonradan – miras əmlak) yaşayış evinə bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini ƏLDƏ ETMİŞ VƏ BUNDAN SONRA ADLARİNA MÜVAFİQ OLARAQ Çıxarış almışdılar. X4 23.09.2021-ci il tarixdə ölmüşdür. Bu zaman iddiaçı məlumat əldə etmişdir ki, əmlak tam olaraq atasının adında olmayıb, paylı mülkiyyətlə digər cavabdehə məxsusdur. Bundan sonra iddiaçı X2 payına münasibətdə vərəsəlik işi açdırmışdır. Həmin hissədə pay hüququ tanınmışdır. Cavabdeh1 miras əmlakın 1/3 payına vərəsəlik hüququ vardı. İddiaçı atası öldüyü gündən həmin əmlakda yaşamış və xəstəliyi ilə əlaqədar son zamanlarda xarici blkəyə getmişdir. İddiaçı və cavabdehdən başqa digər vərəsə də olduğundan hər birinin 1/3 payı var. Cavabdeh1 tərəfindən iddia ərizəsinə etiraz daxil olmuşdur. Həmin etiraza əsasən iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı 2000-ci ildə Azərbaycan Respublikasını tərk etmiş, Rusiya Federasiyasının Stavropol vilayətinə köçmüş, həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Hesab edir ki, 1964-cü il tarixdə qəbul edilmiş Mülki Məcəllənin müddəalarına və Konstitusiya Məhkəməsinin Plenumunun 18.07.2014-cü il tarixli qərarına əsasən iddia rədd edilməlidir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iiddiaçnın nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, iddiaçı atasının olümündən xeyli əvvəl evlənib həmin evi tərk etmişdir. İddiaçı heç bir zaman həmin evdə qeydiyyatda olmamışdır. Lakin, iddiaçının atası öləndən sonra o, ailəsi ilə birlikdə həmin evə köçmüşdür, çünki, iddiaçının anası, mərhumun arvadı tək qalmağa qorxurdu. Və 2014-cü ildə iddiaçı Azərbaycan Respublikasını tərk etmişdir. Ataları öləndə iddiaçnın və cavabdehin anası Əsədova Qalina iddiaçını aldadaraq evi bütövlükdə öz adına keçirəcəyini demiş və iddiaçı buna razılıq vermişdir. Anasının ölümündən sonra bunun doğru olmadığı bilmişdir. 04.05.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid Zöhrab Əziz oğlu ifadə verərək qeyd etdi ki, o, iddiaçının qardaşıdır, hazırda mübahisəli evdə yaşayır və orada qeydiyyatdadır. O, tez-tez Rusiyaya gedib-gəlirdi, lakin anasının ölümünə 4-5 il qalmış daima Azərbaycanda yaşamışdır. Mənzilin bütün sənədləri anasında olub, sonuncu onları həmişə gizlədib. Şahid notariusa getmək istədikdə anası icazə verməyərək qeyd etmişdir ki, narahat olmaq üçün səbəb yoxdur, hamıya pay çatacaq, o da anasına inanaraq notariusa getməmişdir. Atası öləndən sonra bacısı onlara köçmüşdür. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, cavabdeh tərəfindən iddiaya verilən etirazı, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı, Cavabdeh1 və şahid Cavabdeh1 qardaş-bacıdılar, onların anaları X4 və ataları X7r. X9 31.12.1997-ci il tarixdə ölmüşdür (V -JQ seriyalı 291394 №-li ölüm haqqında şəhadətnamə). X6 adına mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 18.11.2000-ci il tarixdə (ölümündən sonra, 1958-1959-cu illərdə verilmiş hüquq müəyyənedici sənədlər əsasında) Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən 008487 №-li Qeydiyyat vəsiqəsi verilmişdir. 14.05.2004-cü il tarixdə Əsədova Qalina və Cavabdeh1 Bakı şəhər 16 saylı Dövlət Notarit kontoruna ərizə ilə müraciət edərək 31.12.1997-ci il tarixdə ölmüş X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdilər. Notariat işi qovluğunda olan Bakı şəhəri Sabunçu rayon İH başçısının Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 145 №-li, 15.05.2004-cü il tarixli Arayışa (forma 2) əsasən miras əmlakda yalnız Əsədova Qalina və Cavabdeh1 qeydiyyatda olmuşdular. Əsədova Qalina və Cavabdeh1 adına bərabər paylarla miras əmlaka dair 15.05.2004-cü il tarixdə 2V-İ/96 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Adıçəkilən vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında miras əmlak 22.05.2004-cü il tarixində Əsədova Qalina və Cavabdeh1 adına bərabər paylarla qeydiyyatdan keçmiş və hazırda onarın mülkiyyətindədir (FM seriyalı 025831 №-li 22.05.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsi ). Hazırda iddiaçı adları çəkilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin cavabdehə nisbətdə etibarsız hesab edilməsi, onun əsasında verilmiş Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi, özünün vərəsəlik hüququnun tanınmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunmalı olduğu qənaətinə gəlmişdir. Qeyd edildiyi kimi, X9 31.12.1997-ci il tarixdə ölmüşdür, odur ki, məhkəmə hesab edir ki, həmin vaxt qüvvədə olan 1964-cü ildə qəbul olunmuş Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsinə görə isə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Həmin Məcəllənin 556-cı maddəsinə əsasən qanun üzrə və vəsiyyət üzrə vərəsə, miras açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Lakin, məhkəmə müəyyən etmişdir ki, iddiaçı miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişdir. 18.07.2014-cü il tarixli, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin plenum qərarında faktiki sahibklik aşağıdakı kimi əsaslandırılmışdır: Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçı miras əmlaka faktiki sahiblik və ya faktiki idarə etməyini sübut edə bilməmişdir. Belə ki, hətta məhkəmə iddiaçının miras əmlaka atasının ölümündən sonra köçməsini real fakt kimi qəbul etsə belə, iddiaçı tərəfin izahatına əsasən iddiaçının o evə yalnız anası tək qalmasın deyə köçmüşdür, idarə və sahiblik etməyə deyil. İddiaçı atasının ölümündən sonra notariat kontoruna müraciət etməmişdir. Anası tərəfindən aldadıldığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edildiyi kimi, miras əmlak mülkiyyət hüququ üzrə iddiaçının atasının adına onun ölümündən bir neçə il sonra keçmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, X9 31.12.1997-ci il tarixdə ölən zaman iddiaçının anası tərəfindən əmlakı öz adına keçirtməsi barədə aldadıldığı ağlabatan deyil, çünki, qeyd edildiy kimi, miras əmlak o zaman mülkiyyət hüququ üzrə ölənin adında olmamışdır. Bundan başqa, iddiaçı bilməliydi ki, miras əmlakın bir nəfər vərəsənin adına keçməsi üçün digərlərin imtinası lazımdı. Lakin iddiaçı belə bir imtinanı rəsmiləşdirməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı hətta miras əmlaka atasının ölümündən sonra sahiblik və idarə etməyə başlamış olsa belə, hazırki iddianı qaldırmaq üçün iddia qaldırıldığı günə qədər sahiblik və idarə etmə davam etməliydir. İddiaçı isə hazırda başqa ölkənin vətəndaşıdır, Azərbaycan Respublikasını uzun illərdir tərk edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, notarius qanun üzrə vərəsəlik şəhadətnaməsini cavabdehə verərkən qanunu pozmamışdır, bu əsasdan iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı qızının iddiası rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar