Məhkəmə qərarları › İş №2(008)-7726/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7726/2023

13.11.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7726/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Qulamov Ərizəçi Süsən Rəhman qızı maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış MŞB/8/2023-01068 saylı xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”nin məcburi icrası üçün həmin Sazişin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023- 01068 saylı xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”nə əsasən Maraqlı şəxs ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ona məxsus olan cehiz əşyalarını xx.xx.2023-cü il tarixədək götürməsinə öhdəlik götürmüşdür. Ancaq Maraqlı şəxs bu günə kimi sazişin heç bir şərtlərini yerinə yetirilməmiş və cehiz əşyalarını ona məxsus ünvan 1 ünvanından götürməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ona məxsus olan cehiz əşyalarını xx.xx.2023-cü il tarixədək götürməsinə dair razılığa gəlsələr də, həmin əşyaları aparmağa imkanı və şəraiti olmadığından götürə bilmədiyini, barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilibedilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməli, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən hazırkı ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01068 №-li barışıq sazişinə əsasən:

1. Birinci tərəf Ərizəçi İkinci tərəf (sabiq həyat yoldaşı) Maraqlı şəxs məxsus olan cehiz əşyalarının bu saziş bağlandıqdan sonra xx.xx.2023-cü il tarixədək İkinci tərəfin ona məxsus olan ünvan 2 ünvanından (fərdi yaşayış evindən) götürəcəyinə (çıxaracağına) dair götürdüyü öhdəliklə razıdır.

2. Birinci tərəf Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda Birinci tərəf aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.

1. İkinci tərəf Maraqlı şəxs Birinci tərəf (sabiq həyat yoldaşı) Ərizəçi məxsus olan ünvan 2 ünvanında (fərdi yaşayış evində) yerləşən və özünə məxsus olan cehiz əşyalarını bu saziş bağlandıqdan sonra xx.xx.2023-cü il tarixədək tam götürəcəyinə (çıxaracağına) dair öz üzərinə öhdəlik götürür.

2. İkinci tərəf Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Bu sazişin 1-ci bəndində əks edilən və öz üzərinə götürdüyü öhdəliklərini pozduqda Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (bu sazişi təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01068 №-li barışıq sazişi qanuna zidd olduğundan, onun təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi məxsus olan ünvan 2 ünvanında (fərdi yaşayış evində) yerləşən və özünə məxsus olan cehiz əşyalarının saziş bağlandıqdan sonra xx.xx.2023-cü il tarixədək tam götürüləcəyinə (çıxaracağına) dair öhdəlik götürülsə də, sazişdə götürüləcək (çıxarılacaq) əşyaların adları, sayı göstərilməmişdir ki, bu da sazişin şərtlərinin qeyri-müəyyən olduğunu əks etdirməklə yanaşı, gələcəkdə hazırkı qətnamənin icrasını mümkünsüz edən haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hazırkı şərtlər əsasında barışıq sazişinin təsdiq edilməsi qanuna zidd olduğundan, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi rədd edilməli, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01068 №-li barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Ərizə rədd edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01068 №-li barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar