Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-774/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDi: İddiaçı Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İlqar oğlu ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi, habelə həmin müqavilə əsasında Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2006-cı ildə ailə qurmuş, nikahları xx.xx.2007-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu VVAQ şöbəsində qeydiyyata alınmışdır. Cavabdeh1 ilə birgə nikahda olduqları dövrdə Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi əldə edilmişdir. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Əmak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 29 iyun 2011-ci il tarixində ******* nömrəli çıxarışla Cavabdeh1 adına qeydiyyata alınmış, torpaq sahəsinə olan hüquq rəsmiləşdirilmişdir. Cavabdeh1 8 oktyabr 2010-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin 0.01 ha torpaq sahəsinə dair sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipotekaya qoymaq, pulunu almaq, buna dair müqavilə imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətlər etmək hüquqlarını etibarnamə əsasında 50 il müddətinə X2 həvalə etmişdir. Bununla bağlı iddiaçı Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda ərizə yazmış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0.01 ha hissəsinin satılmasına etiraz etməmişdir. 3 noyabr 2011-ci il tarixində Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsinin 0,03 ha hissəsi barədə alqı-satqı müqaviləsi bağlamaq üçün Bakı şəhəri 15 saylı Notariat kontoruna getmiş, ərizə yazaraq heç kimlə rəsmi nikahda olmadığını bildirmişdir. Notariat orqanında isə bu hal araşdırılmamış, həmin tarixdə Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinin 0,03 hektar hissəsini Cavabdeh3, 0.03 ha sahəsini isə Cavabdeh4 iddiaçının razılığı olmadan rəsmi müqavilə ilə satmışdır. İddianın qeyd edilən torpaq sahəsinin Cavabdeh3 satılmasından 2021-ci ilin dekabrında məlumatı olmuşdur. Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsinin 0.03 ha hissəsini xx.xx.2018-ci il ildə Bakı şəhəri notariat kontorunda rəsmi alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satmış, bu əsasla da, Cavabdeh2 xx.xx.2018-ci il tarixində AR ƏMDK yanında DƏDRX-dən ******* nömrəli çıxarış almışdır. Rəsmiləşdirilmə prosesi zamanı iddiaçının qeyd olunan torpaq sahəsinə dair hüquqları nəzərə alınmamış, heç bir məlumatı və icazəsi olmamasına baxmayaraq torpaq sahəsinə olan mülkiyyət hüquqlarından məhrum olmuşdur. Sonradan iddiaçının nümayəndəsi Vəkil ərizəsinə əsasən Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 da iş üzrə cavabdeh qismində işə cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini etiraz edərək, 3 sot torpağı aldığını və bu zaman iddiaçının razılıq ərizəsinin olduğunu, və iddiaçının özünün də notariusda alqı-satqıda olduğunu bildirdi. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sabunçu Rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 307199 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Azərbaycan Respublikası Əmak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın surətindən görünür ki, Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi 29 iyun 2011-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmış, torpaq sahəsinə olan hüquq rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası Əmak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın surətindən görünür ki, Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsi 19 aprel 2018-ci il tarixində Cavabdeh2 adına qeydiyyata alınmış, torpaq sahəsinə olan hüquq rəsmiləşdirilmişdir. - AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinin 0,03 hektar hissəsini Cavabdeh3, 0.03 ha sahəsini isə Cavabdeh4 mülkiyyətinə vermiş, 0.06 ha isə öz mülkiyyətində qalmışdır. - AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsini alıcı Cavabdeh2 mülkiyyətinə verir. -İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə 15 saylı dövlət notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, o, həyat yoldaşı X1 məxsus olan Bakı şəhəri, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.03 ha sahəsinin satılmasına etiraz etməmişdir. -İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə 15 saylı dövlət notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, o, həyat yoldaşı X1 məxsus olan Bakı şəhəri, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.01 ha sahəsinin satılmasına etiraz etməmişdir. -Cavabdeh1 Bakı şəhər 15 saylı Notariat Kontoruna yazdığı xx.xx.2011-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh1 bu günə kimi heç kimlə nikahda olmadığı və hazırda da subay olduğu, bununla bağlı məsuliyyəti öz üzərinə götürməsi barədə ərizəsi olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 2006-cı ildən indiyədək rəsmi nikahdadırlar. Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinin 0,03 hektar hissəsini Cavabdeh3, 0.03 ha sahəsini isə Cavabdeh4 mülkiyyətinə vermiş, 0.06 ha isə öz mülkiyyətində qalmışdır. Sonradan Cavabdeh3 Bakı səhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,03 hektar torpaq sahəsini Cavabdeh2 mülkiyyətinə vermişdir. Cavabdeh1 ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında torpağa dair alqı-satqı müqaviləsi 2011-ci ildə bağlanıb. İddiaçının mübahisəli torpaq sahəsinin 0.03 ha və 0.01 ha sahəsinin satılmasına dair 2010 və 2011-ci illərdə ayrı-ayrılıqda yazılmış icazə ərizələri var. Bu işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı iddiaçının qeyd olunan alqı-satqı müqavilələrinin bağlanması barədə razılığının və ümumiyyətlə məlumatının olubolmamasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Bu norma ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” söləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı səxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmıs əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmisdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi əqdlər barədə ona məlum olduğu vaxtdan etibarən mülki qanunvericiliyin tələblərinə əsasən onların 1 il müddətində mübahisələndirmək hüququndan tam üzürsüz səbəblərdən istifadə etməmişdir. İddiaçının torpağın satılmasından 11 il sonra məhkəməyə müraciət etməsinə dair dəlilləri ondan ibarətdir ki, o, belə bir torpağın varlığından və satılmasından xəbərsiz olmuşdur. Lakin, bu dəlil iddia ərizəsində iddiaçının özü tərəfindən yazılanları təkzib edir. Belə ki, iddia ərizəsindən və iş materiallarından da məlum olur ki, iddiaçı qeyd olunan torpaq sahəsi barədə məlumatlı olmuş, hətta onun bir hissəsinin satılmasına razılıq əizəsini notariusda təsdiq etdirmişdir. Həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə «mövcud mülki qanunvericiliyə əsasən, mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-nin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.» Mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinin dəlillərinə münasibətdə qeyd edir ki, AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməmlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi barəsində iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-774/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-774/2023
19.01.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver