Məhkəmə qərarları › İş №2(008)-7818/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7818/2025

21.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7818/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci ildə verilmiş AZ-İİ seriyalı 526110 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən “X5” ilə Qazax rayon ZAQS bürosu tərəfindən verilmiş İ-ИЕ seriyalı 751728 nömrəli doğum haqqında şəhadətnamənin ana qarafasında göstərilən “X6”nın eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası 17 noyabr 1951-ci ildə Qazax rayonunda anadan olmuşdur. Anası X2. Anası xx.xx.2025-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra onlara qoyduğu vəsiyyəti notarius onları çağıraraq elan etmişdir. Vəsiətə əsasən anasının bankda müəyyən pulu mövcuddur. Həmin pulu ona, bacısına və qardaşına vəsiyyət etmişdir. Onlar həmin pulu bankdan götürə bilmirlər. Belə ki, nənəsinin ölüm haqqında şəhadətnaməsində adı səhvən X7 kimi qeyd edilmişdir. Əslində nənəsinin adı X2. Onlar Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə müraciət edərək nənəsinin adında hərif səhvinin duzəldilməsini xahiş etsək də, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi bunu etməyərək imtina etmişdir. Buna görə də yaranmış vəziyyətin hüquqi cəhətdən aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiyi yanlışlıq onun səhvindən olmayıb, müvafiq dövlət orqanı sənədləşdirməni apararkən diqqətsizliyə yol verib. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. 21 aprel 1989-cu il tarixli Vİ-SL seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1979-cu ildə Ermənistanın Yerevan şəhərində anadan olmuş, atası X12, anası X8r. Azərbaycan SSR Qazax rayonu Zaks şöbəsi tərəfindən verilmiş İ-ИЕ seriyalı 751728 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 17 noyabr 1951-ci ildə Qazax şəhərində doğulmuş, anası X3. Qazax Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 526110 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1988-ci ildə Qazax rayonunda şəkərli diabetdən ölmüşdür. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1741/2025 nömrəli arayışdan görünür ki, 17 noyabr 1951-ci ildə Qazax şəhərində doğulmuş X1 xx.xx.1989-cu il tarixdə dəyişdirilərək Orucova olmuşdur. 4 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfində 01 iyun 2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 508475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2025-ci ildə Bakı şəhərində durğunluq ürək çatışmamazlığından vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15- 1741/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 N°li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi qaydalarının müəyyən edən” Əsas müdəalara müvafiq qaydada əsaslar olmadığından Sizin nənənizin ölüm akt qeydinə dəyişiklik edilməsinin məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Müraciətinizə cavab olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyət üzrə müraciət etməlisiniz. Baki Şəhəri 16 Sayli Notariat Ofisinin 99 nömrəli 16 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri 16 saylı notariat ofisinə təqdim etdiyiniz sənədlərə əsasən ananız Orucova (Sarkatyan) Şuraya Əli qızının anasının adı doğum haqqında şəhadətnaməsində “AXŞEN”, lakin ölüm haqqında şəhadətnaməsində ananızın ana adı “AŞGEN” qeyd edilmişdir. Təqdim edtiyiniz hər iki sənədlərdə ananızın ana adının uyğun gəlməməsi səbəbindən sizə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyil. Məhkəməyə müraciə olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, Qazax rayon ZAQS bürosu tərəfindən verilmiş İ-ИЕ seriyalı 751728 nömrəli doğum haqqında şəhadətnamənin ana qarafasından görünür ki, ərizəçinin nənəsinin adı X2. Qazax Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci ildə verilmiş AZ-İİ seriyalı 526110 nömrəli ölüm haqqında şəhadətnamədə səhvən ərizçinin nənəsinin adı X5 kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax Rayon Qeydiyyat şöbəsində xx.xx.1989-cu il tarixdə akt qeydi ilə qeyd edilmiş xx.xx.1988-cı il tarixdə vəfat etmiş “X5” barəsində olum ölüm haqqında şəhadətnamənin Azərbaycan SSR Qazax Rayon ZAQS bürosu tərəfindən verilmiş İ-ИЕ seriyalı 751728 nömrəli doğum haqqında şəhadətnamənin ana qarafasında göstərilən “X6”-ya məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar