Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-788/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilməklə X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 01.08.1995-ci il təvəllüdlü X9 qızının psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01.08.1995-ci il təvəllüdlü X9 qızı onun qızıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in 17.07.2013-cü il tarixli müayinə qərarına əsasən ona uşaqlıqdan 1-ci qrup müddətsiz əlillik verilib. TSEK-nın müayinə aktında göstərilir ki, daima kənar şəxsin köməyinə ehtiyacı vardır. Qızı nitq pozuntusu ilə imbesillik dərəcəsi ilə ağıl zəifliyi psixi xəstəliyinin nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətini və davranışını tərk etmir. Ona görə də onu nəzarətsiz qoymaq mümkün deyildir və onun üzərində daimi nəzarət olmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəblu edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X6 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon İHB-nın Ramana qəsəbə nümayəndəliyi tərəfindən 10.08.1995-ci il tarixdə verilmiş XİX-JQ seriya 277554 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 qızı 01.08.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X7 və anası Ərizəçidır. İş materiallarında olan epikrizdən görünür ki, X9 qızına nitq pozuntusu ilə imbesillik dərəcəsi ilə ağıl zəifliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının ******* nömrəli SER TSE- 01 seriyalı arayışına əsasən X9 qızı 17.07.2013-cü il tarixli müayinə aktına əsasən kənar şəxsin qulluğuna ehtiyacı olmaqla ümumi xəstəlik səbəbindən ona müddətsiz olaraq 1 qrup əlillik dərəcəsi təyin olunmuşdur. Sabunçu rayon məhkəməsinin 18.11.2020-cu il tarixli qərardadına əsasən 01.08.1995-ci il təvəllüdlü X9 qızının psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 tərəfindən verilmiş 15.03.2021-ci il tarixli 554 №-li rəyindən görünür ki, X9 qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 01.08.1995-ci il təvəllüdlü X9 qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar mövcuddur.. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01.08.1995-ci il təvəllüdlü X9 qızının psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01.08.1995-ci il təvəllüdlü X9 qızının psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə 01.08.1995-ci il təvəllüdlü X9 qızının üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-788/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-788/2021
20.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver