Məhkəmə qərarları › İş №2(008)-7931/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7931/2024

16.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7931/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək Maraqlı şəxs xx.xx.1954-cü il tarixdə Masallı raıonunda doğulmuş Maraqlı şəxs xx.xx.1989-cu il tarixdə doğulmuş İbrahimov (Nuriyev) Anar Telman oğlunun atası olması faktının müəyyən edilməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında MŞB/2/2024-00799 №-li, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs birgə ailə münasibətində yaşamış, xx.xx.1989-cu il tarixdə X15 adlı övladları doğulmuşdur. Uşağa atalıq verilmədiyindən, bu barədə məlumatı olmadığından iddiaçı uşağa doğum haqqında şəhadətnamə alarkən öz soyadını uşağın soyadı kimi qeyd etdirib. 2 saylı Mediasiya Təşkilatında uşaqların bioloji atası Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişi aşağıdakı kimi tərtib olunub: - X1 və Maraqlı şəxs atalığın müyyən olunması ilə bağlı razılığa gəldilər. - 1-ci tərəf X3 ilə Maraqlı şəxs etiraf edirlər ki, xx.xx.1985-ci il təvəllüdlü X12 və xx.xx.1989-cu il doğum tarixli X15 birgə nikah dövründə dünyaya gəlmiş övladlarıdır. - 2-ci tərəf Maraqlı şəxs özü təsdiq edir ki, onun birinci evliliyindən iki övladı xx.xx.1985-ci il təvəllüdlü X13 və xx.xx.1989-cu il təvəllüdlü X15 dünyaya gəlmiş və hər iki övladının bioloji atasdır bu səbəbdən uşaqların doğum haqqında şəhadətnaməsində soy adlarının İbrahimov yox Nuriyev kimi qeyd olunmasını və uşaqların atası olması faktının Məhkəmə tərəfindən təsdiqlənməsinə heç bir etirazı yoxdur. Hazırki vaxtadək barışıq sazişi üzrə öhdəliklər icra edilməmişdir. Odur ki, hazırda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin (dəqiqləşdirmə) məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, Maraqlı şəxs barışıq sazişinə riayət etmir, belə ki, o, ağır yataq xəstəsidir, Qeydiyyat Şöbəsinə getmək imkanı məhduddur. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək qeyd etdi ki, o, həqiqətən Anarın bioloji atasıdır, hərəkətləri məhdud olduğundan o, Qeydiyyat Şöbəsinə gedə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçin Ərizəçi xx.xx.1962-ci il tarixdə doğulmuşdur (AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Maraqlı şəxs xx.xx.1954-cü il tarixdə Masallı raıonunda doğulmuşdur. Masallı rayon Təklə kənd ərazi nümayəndəliyi tərəfindən xx.xx.1989-cu il tarixdə doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1989-cu il tarixdə Masallı rayon Təklə kənd doğulmuşdur, onun anası X2r, ata qrafası boşdur. X9 şəxsiyyət vəsiqəsini alarkən artıq «Nuriyev» soyadı ilə almışdır. Belə ki, xx.xx.1989-cu il tarixdə Masallı rayon Təklə kənd doğulmuş X10 xx.xx.2022-ci il tarixdə AA3872744 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. X15 4 saylı Bakı «ASAN xidmət» X8 müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixdə cavab məktubunda bildirmişdir ki, ona məxsus doğum haqqında akt qeydində soyadı “İbrahimov”, şəxsiyyət vəsiqənizdə soyadı “Nuriyev” qeyd edilmiş, qeyd olunan ziddiyyət aradan qaldırıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamənin verilməsinin təmin olunacağı bildirilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəicəsində MŞB/2/2024-00799 №-li, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən: - X1 və Maraqlı şəxs atalığın müyyən olunması ilə bağlı razılığa gəldilər. - 1-ci tərəf X3 ilə Maraqlı şəxs etiraf edirlər ki, xx.xx.1985-ci il təvəllüdlü X12 və xx.xx.1989-cu il doğum tarixli X15 birgə nikah dövründə dünyaya gəlmiş övladlarıdır. - 2-ci tərəf Maraqlı şəxs özü təsdiq edir ki, onun birinci evliliyindən iki övladı xx.xx.1985-ci il təvəllüdlü X13 və xx.xx.1989-cu il təvəllüdlü X15 dünyaya gəlmiş və hər iki övladının bioloji atasdır bu səbəbdən uşaqların doğum haqqında şəhadətnaməsində soy adlarının İbrahimov yox Nuriyev kimi qeyd olunmasını və uşaqların atası olması faktının Məhkəmə tərəfindən təsdiqlənməsinə heç bir etirazı yoxdur. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 86-cı maddəsinə görə, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamış, Maraqlı şəxs barışıq sazişinin onun tərəfindən icra edilməsinə dair məhkəməyə sübutlar göndərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində MŞB/8/2024- 01188 №-li xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir: xx.xx.1954-cü il tarixdə Masallı raıonunda doğulmuş Maraqlı şəxs xx.xx.1989-cu il tarixdə doğulmuş İbrahimov (Nuriyev) Anar Telman oğlunun atası olması faktının müəyyən edilmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mediasiya prosesinin nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/8/2024-01188 №-li xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: xx.xx.1954-cü il tarixdə Masallı raıonunda doğulmuş Maraqlı şəxs xx.xx.1989-cu il tarixdə doğulmuş İbrahimov (Nuriyev) Anar Telman oğlunun atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar