Məhkəmə qərarları › İş №2(008)-8043/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8043/2025

16.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8043/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X3, iddiaçı X4 cavabdehlər Cavabdeh1, X5, X7, Cavabdeh4 və Cavabdeh5 Şəadət oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Azneft İstehsalat Birliyi cavabdehlər Cavabdeh1, X5, X7, Cavabdeh4 və Cavabdeh5 Şəadət oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə forma və məzumununa riayət edilmədən verilmişdir. Belə ki, MPM-in 149.2.2, 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, ərizənin məzmunu tərəflərin statusu ilə ziddiyət təşkil edir. Belə ki, iddia ərizəsinin xahiş etdim hissəsində cavabdeh X2 göstərilsə də, iddia ərizəsində cavabdeh X1 qeyd olunubdu. Eyni zamanda müəyyən olunur ki, iddiaçı eyni vaxtda bir-biri ilə əlaqəsi olmayan beş ayrı-ayrı şəxsə qarşı iddia qaldıraraq qanunsuz tikilinin sökülməsini xahiş etmişdir ki, bu hal iddia ərizəsinin məhkəmənin icraatına qəbulunu mümkünsüz edir. Digər tərəfdən, hazırkı iddianın xarakteri iş üzrə məhkəmə-tikinti ekspertizasının təyin edilməsini tələb edir. Belə vəziyyətdə eyni iş üzrə beş ayrı əraziyə ekspert baxışının təşkili olduqca çətin proses olmaqla işin baxılma müddətinin lümumsuz uzanmasına səbəb olacaqdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, hazırkı iddia hər bir cavabdehə qarşı ayrı-ayrılıqda qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehlərə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Yuxarıda göstərilən qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı, ərizədə qeyd edilən nöqsan aradan qaldırıldaqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X4 cavabdehlər Cavabdeh1, X5, X7, Cavabdeh4 və Cavabdeh5 Şəadət oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu Rayon məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar