Məhkəmə qərarları › İş №2(008)-8216/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8216/2023

11.12.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8216/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs olmaqla uşqaqla ünsiyyət tələbi üzrə barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs göstərilməklə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə X2 ilə Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında bağlanmış MSB/6-3 194 №-li, xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi: xx.xx.2020-ci il tarixdə doğulmuş X5 ilə hər ayın ilk şənbə günü saat 11:00dan bazar günü saat 15:00-dək, hər həftənin şənbə günü saat 11:00-dan axşam saat 19:00 dək, bazar günü saat 11:00-dan axşam saat 19:00 dək, doğum günü saat 11:00-dan axşam saat 19:00-a dək, hər yeni ilin ilk günü saat 11:00-dan 19:00-a dək, novruz bayramının ilk günü saat 11:00-dan 19:00-a dək, ad günü hər ilin 27 oktyabr tarixdə saat 11:00-dan axşam saat 19:00 dək, ramazan bayramı ilk günü saat 11:00-dan axşam saat 19:00 dək, qurban bayramı ilk günü saat 11:00-dan axşam saat 19:00 dək, 01 iyun uşaq bayramı günü saat 11:00-dan axşam saat 19:00 dək, sərbəst qaydada ünsiyyətdə olmağı barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmıdır ki, o, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə yaşadıqlər dövrdə xx.xx.2020-ci il tarixdə Əli dünyaya gəlmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-1957/2022 №-li qətnaməsi ilə atalıq hüququnun müəyyən olunması və övladı Əlinin yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 193 manat alimentin tutulması qət edilmişdir. Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında xx.xx.2020-ci il tarixdə doğulmuş X5 ilə ünsiyyətdə olmağı (görüşməyi) barədə Maraqlı şəxs ilə qarşılıqlı razılığa gələrək MSB/6-3194 saylı xx.xx.2022-ci il tarixli Barışıq sazişi bağlamışdılar. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhtəliyi icra etməməklə uşağı onunla görüşdürmür. Barışıq sazişinin 2.1.3cii bəndinə əsasən xx.xx.2020-ci il tarixdə doğulmuş X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan axşam saat 19:00 dək, bazar günü saat 11:00-dan axşam saat 19:00 dək, doğum günü saat 11:00-dan axşam 19:00-a dək, hər yeni ilin ilk günü saat 11:00-dan 19:00-a dək, novruz bayramının ilk günü saat 11:00-dan 19:00-a dək, ad günü hər ilin 27 oktyabr tarixdə saat 11:00-dan axşam saat 19:00 dək, ramazan bayramı ilk günü saat 1 1:0()-dan axşam saat 19:00 dək, qurban bayramı ilk günü saat 11:00-dan axşam saat 19:00 dək və 01 iyun uşaq bayramı günü saat 11:00-dan axşam saat 19:00 dək sərbəst qaydada ünsiyyətdə olmağı barədə cavabdeh razılıq vermişdir. Ərizəçi ərizə verərək verdiyi ərizənin geri qaytrılmasını xahiş etdi. Maraqlı şəxs işin mahiyyəti üzrə baxılmasını xahiş etmədi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, ərizəçi ********** №-li qəbzə əsasən xx.xx.2023-cü il tarixdə 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin olunsun. Ərizəçi ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** №-li xx.xx.2023-cü il tarixli qəbz əsasında ödənilmiş 50 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar