Məhkəmə qərarları › İş №2(008)-8219/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8219/2021

16.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8219/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçı X1 iştirakları ilə İddiaçı X1 Cavabdeh 4 saylı Bakı Cavabdeh1ndə notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, X3 qarşı vərəsəlik üzrə ötürülmüş müddətin bərpa olunması və vərəsə kimi tanınması tələbinə dair iddia ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X7 cavabdeh 4 saylı Cavabdeh1ndə notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.08.2019-cu il tarixdə ölmüş atası X4 qalmış miras əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab edərək, uzadılması və vərəsə kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 22.08.2019-cu il tarixdə ölmüş və onun mülkiyyyətində olan ünvan 1 ünvanında yerləşən 10 saylı evin 1 saylı mənzili miras qalmışdır. Atalıq müəyyən edilmədiyindən vaxtında notariat ofisinə müraciət edə bilməmişdir. Məhkəmənin 19.05.2021-ci il tarixli qətnaməsi və yeni açılmış doğum haqqında şəhadətnamə ilə mirasın qəbul edilməsi ilə notariat ofisinə müraciət etmiş, lakin müddət buraxıldığından məhkəmə müraciət etmək tövsiyyə edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, Cavabdeh2 məhkəməyə ərizə göndərərək, uşağının xəstəliyi ilə əlaqədar gələ bilməməsi barədə məlumat vermiş, digər cavabdehlər səbəbləri barədə məhkəyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı X7 xx.xx.1993-cü il tarixdə doğulmuşur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən 2(010-514/2021 №-li iş üzrə qəbul edilən 19.05.2021-ci il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilərək, onun atasının X9 olması faktı təsdiq edilmişdir. Həmin qətnamədən görünür ki, X9 22.08.2019-cu il tarixdə ölmüş, Cavabdeh2 və X8 ünvan 1 ünvanında yerləşən 10 saylı evin 1 saylı mənzili miras əmlak kimi qəbul etmişdilər. Adıçəkilən qətnamə icra olunmuş və 14.08.2021-ci il tarixdə iddiaçıya «Atalığın müəyyən edilməsi haqqında» və doğum haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrdə artıq iddiçının atasının X9 olduğu qeyd yedilmişdir. İddiaçı notariat ofisinə müraciət etmiş, lakin 18.08.2021-ci il tarixdə 4 saylı Cavabdeh1ndə notariat ofisinin notariusu Sidqi Həbibbəyli iddiaçıya məktub ünvanlayaraq, müddətin uzadılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hazırda iddiaçı 22.08.2019-cu il tarixdə ölmüş atası X4 qalmış miras əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab edərək, uzadılması və vərəsə kimi tanınmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunu və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.. 1243.1-ci maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-ci maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə hesab edir ki, iddiaçının atası ölən zaman onun doğum haqqında şəhadətnaməsində o, onun atası kimi göstərilmədiyindən və X5 onun atası olması faktı sonradan müəyyən edildiyindən, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. X7 tərəfindən 22.08.2019-cu il tarixdə ölmüş atası X4 qalmış miras əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılması üzrlü hesab edilərək, uzadılsın və o, vərəsə kimi tanınsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar