Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8219/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi dövründə aralarında bağlanan Bakı 6 saylı Mediasiya təşkilatında MŞB/6-00459 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən birgə nikahdan dünyaya gələn xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10-dan 20-nə kimi ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində alimentin və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 372 akt qeyd ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan cavabdehin ailəyə olan münasibəti dəyişdiyindən münasibətləri pisləşmiş, ailə münasibətlərinə son qoymuşlar. Bildirir ki, mediasiya prosesi dövründə aralarında Bakı 6 saylı Mediasiya təşkilatında MŞB/6-00459 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən, tərəflər aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər, aralarında olan xx.xx.2010-cu il tarixli, 372 № akt qeyd ilə bağlanmış nikahı pozmağa razıdırlar. Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X3 anasının yanında saxlanmasına (himayəsində) qalmasına etiraz etmir. Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10-dan 20-nə kimi ümumilikdə 150 (bir yüz əlli) azn məbləğində aliment haqqını uşaqların anası Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Tərəflər razılığa gəlirlər ki, Ərizəçi birgə nikahdan dünyaya gələn xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X3 ataları Maraqlı şəxs ilə sərbəst, maneəsiz ünsiyyətinə (görüşünə) etiraz etmir. Bildirir ki, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 2(008)-4573/2025 saylı qətnaməsi ilə xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində 372 akt qeyd ilə bağlanan nikah pozulmuşdur. Diqqətə çatdırır ki, aralarında barışıq sazişinin bağlanmasının üzərindən 8 aydan artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən barışıq sazişi üzrə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Belə ki, birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10-dan 20-nə kimi ümumilikdə 150 (bir yüz əlli) azn alimenti ödənilməsinə dair öhdəlik Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Çox ağır maddi sıxıntılarla yaşayır. Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanılması üçün hazırki vaxtadək heç bir maddi dəstək olunmamışdır. Azyaşlı övladlarının bütün qayğıları, habelə maddi tələbatı onun tərəfindən ödənilmişdir. Maddi imkanı zəif olduğu üçün övladları maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkmişdir. Odur ki, hazırda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi, bildirdi ki, aralarında barışıq sazişi bağlanmış, lakin maraqlı şəxs hal-hazıradək sazişi icra etməmiş və aliment ödəməmişdir. Uşaqları ilə görüşsə də, onunla danışımır və sazişi icra etməkdən boyun qaçırır, nikah pozulmuşdur. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZ-İİİ seriyalı 806095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - AZ-İİ seriyalı 743269 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4573/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Nəsimi rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 372 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2010-cu il tarixli nikahın pozulması qət edilmişdir. - Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-00459 №-li barışıq sazişinə əsasən: 2.1 Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2010-cu il tarixdə, 372 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. 2.2 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları: xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları, birinci tərəf kimi çıxış edən Ərizəçi himayəsində qalmalarına etiraz etmir. 2.3 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları: xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 10-dan 20-nə kimi, ümumilikdə 150 (yüz əlli) AZN məbləğində aliment haqqını anaları, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. 2.4 Birinci tərəf kimi çıxış edən Ərizəçi birgə nikahdan doğulmuş övladları: xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 ataları, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs ilə sərbəst, maneəsiz ünsiyyətinə (görüşünə) etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında aliment tələbi üzrə xx.xx.2025-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü icra etməmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, barışıq sazişini, qanunvericiliyin tələblərini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-00459 №-li barışıq sazişinin aliment hissəsi aşağıdakı kimi təsdiq edilməlidir: 2.3 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları: xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 10-dan 20-nə kimi, ümumilikdə 150 (yüz əlli) AZN məbləğində aliment haqqını anaları, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq Ərizəçi ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-00459 №-li barışıq sazişinin aliment hissəsi aşağıdakı kimi təsdiq edilsin: İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladları: xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 10-dan 20-nə kimi, ümumilikdə 150 (yüz əlli) AZN məbləğində aliment haqqını anaları, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-8219/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8219/2025
26.12.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver