Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8225/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Sədrəddinzadə Leyla Mobil qızının katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi ″mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi″ barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: l. İşin mahiyyəti: Ərizəçi məhkəməyə müraciət edərək, Mediasiya prosesinin nəticısində onun ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya təşkilatında MŞB/8/2024-00657 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edimləsi, xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 10-dan 15-nə qədər 400 (dörd yüz) manat aliment məbləğinin və 100 manat dövlət rüsumu məbləğinin Maraqlı şəxs tutularaq ona önədilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi, Maraqlı şəxs ilə 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə, 4210 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2022ci il təvllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Maraqlı şəxslə ailə münasibətləri pisləşdiyi üçün ailə münasibətlərinə son qoyulmuşdur. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-2084/2025 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ilə 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə, 4210 nömrəli akt ilə qeyd edilmiş nikah pozulmuşdur. Aralarında Bakı 8 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixli MŞB/8/2024/00657 nömrəli barışıq sazişi imzalanmışdır. Bu sazişə əsasən maraqlı şəxs uşaqların anasının himayəsində qalmasına etiraz etmir, hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. Lakin 1 il 8 ay keçməsinə baxmayaraq maraqlı şəxs barışıq sazişi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Bu hal iddiaçının maddi sıxıntılar yaşamasına səbəb olmuşdur. ll.Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, maraqlı şəxsin öhdəliklərini icra etməyidiyini, uşaqların atayla görüşünə maneəçilik törətmədiyini, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X5 əmək haqqının az olduğunu, alimenti ödədiyini, amma ərizəçinin istədiyi məbləği ödəyə bilmədiyini, uşaqların son 3 ildə 3-4 dəfə onla vaxt keçirdiyini, onlarla rahat əlaqə saxlaya bilmədiyini, uşaqların ona qarşı soyuq münasibətdə formalaşdığını, qarşı tərəfin maddi sıxıntısını azaltmaq üçün böyük qızının onunla qalmasını təklif etsə də, tələbə etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, ərizəni və barışıq sazişini nəzərdən keçirdərək hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. lll. İşin faktiki halları: İş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00657 nömrəli Barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 10-dan 15-nə qədər 400 (dörd yüz) manat aliment məbləğini ödəməyi, Ərizəçi isə Maraqlı şəxs ayda 4 dəfə olmaqla hər həftənin şənbə günü günorta saat 11:00-dan bazar günü axam 18:00-a dək görüş üçün şərait yaratmağı öhdəlik götürmüşdür. lV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə görə, ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmadığından təstiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. 50.2-ci maddəsinə görə, valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. V. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə, Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri təsdiq edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi Xələddin qızına geri qaytarılsın. Tərəflər barışıq sazişin şərtlərindən irəli gələn öhdəlikləri icra etməkdən imtina edərsə, həmin şərtlər məcburi qaydada icra etdirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-8225/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8225/2025
29.01.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver