Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-830/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında (koordinatlar: 40.517041; 49.983986) fərdi yaşayış evinin ətrafında qanunsuz olaraq inşa edilmiş özbaşına tikililərin - daş hasarın və qapı yerinin bütövlükdə cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməsi, İddiaçı İB-nin balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 40 p/metr hissəsinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, məhkəmədə iddia qaldırılması üçün İddiaçı İB tərəfindən ödənilmiş 100.40 manat (bir yüz manat qırx qəpik) dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı İB-nə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq Sabunçu rayonu Maştağa qəsəbəsi H.Heybətov küçəsi ünvanında (koordinatlar: 40.517041; 49.983986) fərdi yaşayış evinin ətrafında ümumi yolun bir hissəsi qanunsuz zəbt edilərək özbaşına daş hasar inşa edilmiş və qapı quraşdırılmış, İddiaçı balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xəttinin 40 p/metr hissəsi və 1 ədəd G-4 tipli qaz sayğacı qanunsuz olaraq fərdi yaşayış evinin həyətyanı sahəsi daxilində qapalı şəraitə salmışdır. Aşkar olunmuş fakt İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlaşdırılmış, cavabdehin ünvanına yazılı xəbərdarlıq təqdim edilərək qaz xəttinin normal istismarına şərait yaradılması, bu məqsədlə də həmin ünvanda sonradan özbaşına tikilmiş tikililərin, daş hasar tikilisinin və qapı yerinin sökülməsi tələb edilmişdir. Belə ki, cavabdeh tərəfindən həmin ünvanda qanunsuz inşa edilmiş həmin tikililər qaz xəttinin İddiaçı İB əməkdaşları tərəfindən normal istismarını pozur, fiziki nəzarət üsulları ilə yoxlanılmasına mane olur, qaz xəttinin həmin hissəsinə texniki xidmət göstərilməsinin qarşısını alır və bu kimi texniki xidmət qaydalarının iddiaçı tərəfindən lazımi səviyyədə vaxtında görülə bilinməsinə cavabdeh tərəfindən süni maneənin yaradılmış olması gələcəkdə də qaz xəttinin vaxtından əvvəl zədələnməsinə (sıradan çıxmasına), habelə korroziyaya uğrayaraq fərdi yaşayış evinin həyətyanı sahəsinə təbii qazın dolmasına gətirib çıxarır. Qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin daxilində qapalı şəraitə salınmış müvafiq qaz xəttinə qarşı cavabdeh və ya digər şəxslər tərəfindən törədiləcək hər hansı bir ehtiyatsız davranış, həmçinin qaz xəttinin zədələnməsi nəticəsindən baş verə biləcək kiçik bir qaz sızması gələcəkdə həmin ünvanda və ətrafda cavabdehin ailəsi və ya digər sakinlər üçün arzuolunmaz hadisələrə, ölümlə nəticələnə biləcək partlayışa, yanğına və sair növ bədbəxt hadisələrə yol aça bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı hesab edir ki, sözügedən ünvanda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş həmin özbaşına tikili cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli və İddiaçı İB-nə məxsus qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılmalıdır. İddiaçınə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb edərək iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbində göstərilmiş ərazidə əlində sənəd olmasa da, 1962-ci ildə onların bağ evi olub. 1991-ci ildə icranın məhz tikintiyə qədər sənədi var idi. Qohumu ilə yan-yana idi, o da həmin ərazini ona verdi. Həmin ərazini özəlləşdirməli idi, həmçinin oradan qaz xətti keçirdi, qazın əməkdaşları deyəndə ki, məhz oradan qaz xətti çəkmək istəyirlər, başqa yerdən baha başa gəlir, savadsızlığından və ürəyi yumşaqlığından irəli gələrək razı olmuş, belə olacağını bilməmişdir. Bu qeyri-qanuni idisə, onun üçün qapı qoymazdılar, halbuki öz həyətində ona təzədən qapı qoydular. Onun indiyə qədər xəbəri olmamış, məhkəməyə çağırılanda məlumatı olmuşdur. Orada onun 35 illik ağacları olub, şərait qurmaq üçün çox əziyyət çəkmiş, indi həmin ərazini özəlləşdirə də bilmir, çünki oradan keçən qaz xətti çıxarılmalıdır. Onda yalnız icra hakimiyyətinin sənədidir, bir də ki notariusdan aldığı etibarnamədir. Hətta orada işıq dirəyi də var idi, onu çıxarıb aparmışdılar, amma qaz xətti barədə düşünəcəklərini dedilər, yaşıl darvaza və hasara gəldikdə isə onlar orada çoxdan - Balaəlinin vaxtından var. O, yaşaya-yaşaya orada qaz xətti çəkilib, o deşilsə, böyük təhlükə yaradacaqdır. İndiyə qədər mülkiyyətçi olan Balaəliyə və ya İddiaçı İB-yə qarşı iddia qaldırmamışdır. İddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qaz xəttinin mühafizə zonasının pozulması haqqında ZO nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Maştağa qəsəbəsi H.Heybətov küçəsi ünvanında (40.517041; 49.983986 koordinatlar) 108 mm-lik aşağı təzyiqli yerüstü qaz xəttinin 40 p/m hissəsi fərdi yaşayış evinin həyətyanı sahəsinin daxilinə salınmışdır. Aktda tikinti obyektinin sahibi Cavabdehdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdalığın surətindən görünür ki, qaz xəttinin mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunazidd olması barədə Cavabdeh yazılı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş BM seriyalı 000294 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Maştağa qəsəbəsində yerləşən 47 q nömrəli bağ (1 y.ot. 16.24 kv.m) Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.1992-ci il tarixli çıxarışın surətindən görünür ki, X1 Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq fərdi yaşayış evi tikintisi üçün 154 saylı sahədə 0.12 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 Bakı şəhəri Maştağa qəsəbəsi 154 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi, tikinti işləri aparmağı, ona ayrılmış torpaq sahəsini və üzərində tikilmiş tikililəri tam özəlləşdirməyi...və bu işlə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) bank xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin İddiaçı İB-nə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən yalnız tikintisinə icazə verilmiş obyektlərin və məlumatlandırma icraatı çərçivəsindən fərdi yaşayş evlərinin tikinti layihələrinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun inşa olunmasına dövlət nəzarəti təşkil edilir və həyata keçirilir. Bu zaman şəhərsalma və tikinti qanunvericiliyinə əsasən yerli icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü ərzində tikintisinə icazə verilmiş və ya barəsində məlumatlandırma icraatının tətbiq olunmuş obyektin tikintisi, habelə 1 iş günü müddətində qanunvericiliyin tələblərinə riayət edilmədən tikilən obyektlər barədə məlumatlar Agentliyə təqdim ediməlidir. Şəhərsalma nəzarəti qaydasında özbaşına tikilən obyektlərə dair tabeliyində olan ərazilərdə inzibati icraat müvafiq yerli icra hakimiyyəti orqanları bu sahədə dövlət nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bununla bağlı həmin ərazilərdə özbaşına aparılan tikinti quraşdırma işlərinə dair Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları”na uyğun tədbirlər yerinə yetirilməlidir. Qanunvericiliklə müəyyən olunmuş tələblər və onlara riayət edilməsi ilə bağlı müddətlər və müddəalar səlahiyyətli orqan tərəfindən hər hansı səbəbdən pozulduğu halda həmin obyektlərə dair tərəfimizdən qaydalarla müəyyən edilmiş tədbirlərin görülməsini mümkünsüz edir. Odur ki, qaldırdığınız məsələ ilə bağlı yerli icra hakimiyyəti orqanlarına müraciət etməyiniz tövsiyə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Sabunçu RİH-nə və İddiaçı İB-nə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin tələblərinə uyqun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunrmısı və sair ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir. Həmin Qaydaların 4-cü hissəsini rəhbər tutaraq, göstərilən ünvanlara yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və şəhərsalma qanunvericiliyinin müddəalarının tələblərinin pozulması hallarına yol verilməməsi məqsədilə yuxarıda qeyd olunan sənədlər tərəfimizdən Sizə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 06 06 2012-ci iıl tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi məqsədilə müraciətdə əksini tapmış xüsusatların aidiyyəti qurumlarla birgə araşdırılması və nəticəsi barədə İddiaçınə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatın təqdim edilməsi xahiş olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının: 1.1. Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.11. bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. 2.13. bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. İşin faktiki halları ilə müəyyən olundu ki, Maştağa qəsəbəsi H.Heybətov küçəsində, İddiaçı balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli yerüstü qaz xəttinin mühafizə zonasında qanunsuz olaraq Cavabdeh tərəfindən fərdi yaşayış evinin ətrafında tikililər inşa olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında (koordinatlar: 40.517041; 49.983986) fərdi yaşayış evinin ətrafında qanunsuz olaraq inşa edilmiş özbaşına tikililər - daş hasar və qapı yeri bütövlükdə cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli, İddiaçı İB-nin balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli yerüstü qaz xəttinin 40 p/metr hissəsinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında (koordinatlar: 40.517041; 49.983986) fərdi yaşayış evinin ətrafında qanunsuz olaraq inşa edilmiş özbaşına tikililər - daş hasar və qapı bütövlükdə cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün, İddiaçı İB-nin balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli yerüstü qaz xəttinin 40 p/metr hissəsinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılsın. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-830/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-830/2024
30.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver