Məhkəmə qərarları › İş №2(008)-8350/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8350/2023

25.12.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8350/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi "onunla Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "onunla Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Həmin nikahdan üç uşaqları – xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 doğulmuşdur. Sonradan münasibətləri pisləşdiyindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən, nikahları pozulmuş və uşaqlar Maraqlı şəxs yanında saxlanılmışlar. Nikah pozulduqdan sonra Maraqlı şəxs ona uşaqları ilə görüşməyə, ünsiyyət saxlamağa imkan vermədiyi üçün o, Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış, lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməkdən yayınır və o, uşaqları ilə görüşə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Hazırkı ərizə məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuş, məhkəmə iclası xx.xx.2023-cü ilə təyin edilmiş, lakin həmin tarixdə Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Müəyyən edilmişdir ki, o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-7477/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il saat 17.35-dən hesablanmışdır. Beləliklə, Ərizəçi təyin olunmuş vaxtda məhkəməyə gəlməməsinin səbəbi üzrlü olduğuna görə işin baxılması təxirə salınaraq təkrarən xx.xx.2023-cü ilə təyin edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat vermişdir. Maraqlı şəxs isə izahatında bildirmişdir ki, o, Ərizəçi uşaqlarla, barışıq sazişində göstərildiyi qaydada, yəni 2 ay ərzində hər həftənin bazar günü onun nəzarətində 3 saat ərzində görüşməsinə razıdır. Maraqlı şəxs məhkəməyə bu barədə yazılı ərizə də təqdim etmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, Maraqlı şəxs və Ərizəçi xx.xx.2011-ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində nikah bağlamış, nikahdan onların xx.xx.2012-ci ildə X7, xx.xx.2014-cü ildə X8, xx.xx.2015-ci ildə X9 adlı üç uşağı doğulmuşdur. Maraqlı şəxs Ərizəçi qarşı "xx.xx.2011-ci il tarixli nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqlarının onun himayəsində saxlanması, həmin uşaqların hər biri üçün 220 manat, cəmi 660 manat miqdarında alimentin hər ay cavabdehdən tutularaq ona ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(008)- 1726/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs və Ərizəçi arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 435 nömrəsi ilə qeyd edilmiş xx.xx.2011-ci il tarixli nikah pozulmuş, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 Maraqlı şəxs yanında qaldıqları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü ildən başlamaqla hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin Ərizəçi tutularaq Maraqlı şəxs verilməsi qət edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü ildə Bakı 8 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış, sazişdə Ərizəçi birinci tərəf, Maraqlı şəxs ikinci tərəf adlandırılmışdır. Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi müəyyən edilmişdir:

1. Tərəflər razılaşırlar ki, Ərizəçi xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə bu Saziş hər iki tərəf tərəfindən imzalandıqdan sonra 2 ay müddətində Maraqlı şəxs iştirakı ilə hər həftənin bazar (7-ci) günü ikinci tərəfə qabaqcadan məlumat verməklə və qarşılıqlı razılıq əsasında 3 saat müddətində ünsiyyətdə ola bilər.

2. Tərəflər razılaşırlar ki, 3 saat görüş müddəti atanın uşaqlarla görüşdüyü andan, ata görüş yerinə 30 dəqiqədən artıq gecikərsə, həmin 30 dəqiqədən sonrakı müddət görüş vaxtına hesablanacaq.

3. Tərəflər razılaşırlar ki, bu Sazişin 1-ci bəndində nəzərdə tutulan 2 ay müddət bitdikdən sonra uşaqların atalarına münasibəti və ünsiyyətdə olma istəkləri nəzərə alınaraq, tərəflərin qarşılıqlı razılığı ilə görüş müddəti artırıla bilər, görüş qaydaları dəyişdirilə bilər, sərbəst görüş müəyyən edilə bilər. Əks halda Ərizəçi bu Sazişə əsaslanaraq, mediasiyaya və ya birbaşa məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

4. Tərəflər razılaşırlar ki, bu Sazişin 3-cü bəndinin icrası ilə bağlı Ərizəçi mediasiyaya və ya birbaşa məhkəməyə müraciət etməli olduğu halda, başqa saziş və ya yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək atanın uşaqlarla həftədə bir dəfə - bazar günü 3 saat müddətində ünsiyyətdə olması haqqında razılaşma üzrə görüşlər davam etdiriləcək.

5. Tərəflər razılaşırlar ki, atanın uşaqlarla ünsiyyət hüququ həyata keçirilərkən, istənilən halda və vəziyyətdə uşaqların mənafeləri üstün tutulacaq, tərəflərin şəxsi münasibətləri uşaqların təlim, tərbiyə, təhsilinə, psixologiyasına mənfi təsir göstərməməlidir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayonu sektorunun 2201 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şuşa rayonundan məcburi köçkün Ərizəçi Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ünvanında müvəqqəti məskunlaşmışdır. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)-1726/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 435 nömrəsi ilə qeyd edilmiş xx.xx.2011-ci il tarixli nikah pozulmuş, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 Maraqlı şəxs yanında qaldıqları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü ildən başlamaqla hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin Ərizəçi tutularaq Maraqlı şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01660 nömrəli Barışıq sazişindən görünür ki, həmin saziş Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmışdır. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində deyilir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tərəfindən müəyyən edildi ki, işdə olan xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01660 nömrəli barışıq sazişi Ərizəçi və Maraqlı şəxs tərəfindən şəxsən imzalanmış, saziş qanuna zidd deyildir, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Deməli, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, Ərizəçi ərizəsi təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü ildə bağlanmış MŞB/8/2023-01660 nömrəli barışıq sazişi təsdiq olunmalıdır.

Nəticə hissəsi:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü ildə bağlanmış MŞB/8/2023-01660 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar