Məhkəmə qərarları › İş №2(008)-838/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-838/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-838/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 473 saylı bağa dair 1982-ci il tarixli müqavilə ölüm haqında şəhadətnamədə adı qeyd olunan xx.xx.2002-ci il tarixdə vəfat etmiş X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun atasıdır. O, 1936-cı ildə Bakı şəhərində doğulmuş, xx.xx.1956-cı ildə tarixində X12 ilə evlənmişdir. Birgə nikahdan Ərizəçi Məmmədağa qızı anadan olmuşdur. Atası və ərizəçi Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydiyyatda olmaqla yaşamışlar. X1 adına xx.xx.1982-ci il tarixli müqavilə ilə Sabunu rayonu, Nardaran qəsəbəsi ərazisində 473 saylı 0,25 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 17 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsə ünvanladığı məktubdan da göründüyü kimi o, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X2 vərəsəsidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Az-İ seriyalı 488718 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1965-cı ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası X8r. -xx.xx.1982-ci il tarixli 1244 saylı müqavilənin surətindən görünür ki, X9 Nardaran qəsəbəsində 0,25 ha 473 saylı bağ sahəsi ayrılmışdır. -xx.xx.2023-cü il tarixli DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. -Bakı şəhəri Sabunçu Rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 009212 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, arxiv fondunda mühafizə edilən sənədlərində 1936-cı ilə dair Bakı şəhəri, Oktyabr (Yasamal) rayonu, Əzizbəyov (Xəzər) rayonları Qeydiyyat Şöbələri üzrə doğum haqqında qeydiyyat kitablarında Məmmədov Məmməd (Məmməd Ağa) Ağa Kərim (Kərim) oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin atasının adı X6 olduğu halda səhvən Bakı şəhəri, Nardaran qəsəbəsi, 473 saylı bağ sahəsinə 1982-ci il tarixdə tərtib olunaraq təqdim edilmiş müqavilədə X5 göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, əxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin atası X3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 473 saylı bağ sahəsinə dair müqavilədə göstərilən “X13” “X6” ilə eyni şəxsdir və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 473 saylı bağ sahəsinə dair müqavilə X3 məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 473 saylı bağa dair 1982-ci il tarixli müqavilənin ölüm haqqında şəhadətnamədə adı qeyd olunan xx.xx.2002-c il tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar