Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-848/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı “X1 LTD” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə iddiaçı “X1 LTD” Şirkətinin “Əlavə qətnamənin çıxarılması barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 LTD” Şirkəti Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı flialının 4 saylı neftqaz çıxarma sexinin, 39T 410746.62 m B- 4476800.28 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin özbaşına tikili sayılaraq sökülməsi, filialın istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-848/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin 39T 410746.62 m B- 4476800.28 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində tikilmiş tikili özbaşına tikili sayılmaqla həmin Cavabdeh hesabına sökülməsi, həmin ərazi “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni istifadəsinə qaytarılması və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sonradan iddiaçının nümayəndəsi Çodarov Rəşad ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə keçirilmiş ekspertiza xərcinin cavabdehdən tutulması barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 LTD” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair Sabunçu Rayon Məhkəməsində iddia qaldırılmışdır. Həmin iddia ərizəsi xx.xx.2023cü ildə tam təmin edilmişdir. İş üzrə ekspertiza keçirilmişdir və qətnamədə ekspertiza xərclərinin tutulması qeyd edilməmişdir. Buna görə də, iddiaçının nümayəndəsi hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcinin cavabdehdən tutulması barədə əlavə qətnamə qəbul edilməlidir. İşdə iştirak edən tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquq Torpaq məsələləri və ekspertiza mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli 228 saylı məktubundan görünür ki, 4107xx.xx-4476800.28 kordinatlar üzrə mübahisə predmeti olan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan Balaxanı Əməliyyat şirkətinə aid torpaq sahələrinin hüdudları daxilindədir. Qətnamənin məzmunundan görünür ki, iddia tələbində xahiş edilsə də, məhkəmə tərəfindən ekspertiza xərcinin tutulması məsələsinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mütəxəssis rəyinin verilməsinə çəkilən 300 manat Cavabdeh alınaraq iddiaçı “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı fialına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 229 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mütəxəssis rəyinin verilməsinə çəkilən 300 manat Cavabdeh alınaraq iddiaçı “X1 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-848/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(008)-848/2023
15.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver