Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-852/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, iaçı İddiaçı nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, pul vəsaitinin geri qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi, pul vəsaitinin geri qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 mart 2021-ci il tarixli müqavilə ləğv edilməsi, Cavabdeh İddiaçı tərəfindən ödənilmiş 43930 manat məbləğində pulun evin tikintisinə xərclənməmiş hissəsini təşkil edən 12127,02 (on iki min yüz iyirmi yeddi) manat 02 qəpik məbləğində pul vəsaitinin, fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyərini təşkil edən 7190,49 (yeddi min bir yüz doxsan) manat 49 qəpik pul vəsaitinin, Cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzini təşkil edən 5000 (beş min) manat məbləğində pul vəsaitinin, ümumilikdə 24317,51 (iyirmi dörd min üç yüz on yeddi) manat 51 qəpik pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 2021 -ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsi imzalanmışdır. Həmin podrat müqaviləsinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində Cavabdeh, İddiaçı mülkiyyətində olan ünvan ünvanında, yerləşən, sahəsi 0,058 ha olan torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi və təmir işləri (tikinti materialları ilə təmin etmək şərti ilə fərdi yaşayış evinin tam təmir edilməsi) görməyi öhdəsinə götürmüş, İddiaçı isə, bu işlərə görə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-cı bəndinin şərtlərinə əsasən, podratçı Cavabdeh tərəfindən Gelbağda Ağayevanın sifarişi əsasında tikilməsi razılaşdırılmış evin dəyəri, tam təmir edilərək sifarişçiyə təhvil verilməklə və tikinti materialları da daxil olmaqla 42850 (qırx iki min səkkiz yüz əlli) manat razılaşdırılmışdır. Həmçinin, müqavilənin 7.1-cı bəndinə əsasən müqavilənin müddəti 01 iyul 2021-ci il tarixədək müəyyən edilmişdir. Yəni, Cavabdeh müqavilə ilə razılaşdırılmış evi 01 iyul 2021-ci il tarixədək inşa edərək, tam təmirli formada İddiaçı təhvil verməli idi. Lakin İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilərək, müqavilədə də nəzərdə tutulduğundan artıq - 43930 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilə üzrə razılaşdırılmış müddətdən 2 ay keçməsinə baxmayaraq, o, hələ də evi tam inşa edərək, sifarişçiyə təhvil verməmişdir. Tərəfindən, "xxxx" MMC-yə müraciət olunmuş və mütəxəssız tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, müqavilə üzrə tikilməsi nəzərdə tutulmuş ünvan ünvanında yerləşən kürsülü 1 mərtəbəli fərdi yaşayış evinin inşasına çəkilmiş xərclərin həcmi və dəyəri (işçilik və material xərci daxıl olmaqla) 31262,98 (otuz bir min iki yüz altmış iki) manat 98 qəpik təşkil edir. Həmçinin, həmin rəylə müəyyən edilmişdir kı, ünvan ünvanında yerləşən kürsülü 1 mərtəbəli fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyəri 7190,49 (yeddi min yüz doxsan) manat 49 qəpik təşkil edir. Beləliklə, müəyyən olunur kı, İddiaçı tərəfindən Cavabdeh 12127,02 manat (43390-31262,98=12127,02) (on iki min yüz iyirmi yeddi) manat 02 qəpik məbləğində artıq ödəniş edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 mart 2021-ci il tarixli müqavilə ləğv edilməli, Cavabdeh İddiaçı tərəfindən ödənilmiş 43390 manat məbləğində pulun evin tikintisinə xərclənməmiş hissəsim təşkil edən 12127,02 (on iki min yüz iyirmi yeddi) manat 02 qəpik məbləğində pul, fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyərini təşkil edən 7190,49 (yeddi min yüz doxsan) manat 49 qəpik pul, həmçinin, Cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzini təşkil edən 5000 (beş min) manat məbləğində pul, ümumilikdə 24317,51 (iyirmi dörd min üç yüz on yeddi) manat 51 qəpik pul tutularaq, İddiaçı qızna ödənilməlidir. Pretenziya qaydasında Cavabdeh müraciət edilərək, müqavilənin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş və İddiaçı tərəfindən ödənilmiş 43390 manat məbləğində pulun evin tikintisinə xərclənməmiş hissəsini təşkil edən 12127,02 (on iki min yüz iyirmi yeddi) manat 02 qəpik məbləğində pul, fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyərmi təşkil edən 7190,49 (yeddi min yüz doxsan) manat 49 qəpik pul, ümumilikdə 19317,51 (on doqquz min üç yüz on yeddi) manat 51 qəpik pul vəsaitinin 5 (beş) iş günü ərzində qaytarılması tələb edilmişdir. Lakin Cavabdeh, pretenziya məktubuna heç bir reaksiya verməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindəyik. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin məbləği 42850 manat olsada, iddiaçı cavabdehə əlavə olaraqda təmir işlərinin görülməsi ilə əlaqədar 1200 manat məbləğində pul vermişdir. Məhz bu səbədən də iddia ərizəsidə 43930 manat məbləğində puldan evinin tikintisinə xərclənməmiş pulu tələb etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, podrat müqaviəsi 42850 manat bağlansa da, iddiaçı özüdə bildirdi ki, o həmin məbləğə evin təmirinə tam başa çatdıra bilməzdir, bu mümkünsüzdür. İddiaçıdan əlavə 1200 manat deyildə 1000 mnat məbləğində pul almışdır. Qeyd edilən pulu o evin örtük hissəsinə xərcləmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan ünvanında yerləşən sahəsi 0,058 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisi və təmir işlərini görməyi öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşür.Müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, görülən işlərə görə muzd haqqı tikinti matrialların, elktrik və santexnik xətlərin çəkilişi və digər xidmətlər daxil olmaqla 42850 manat təşkil edilməsinə razılaşdırılmışdır. Müqavilənin qüvvədə olma müddəti tərəflərin razılığı ilə xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsbəsi, 00580 ha olan 778 saylı torpaq sahəsinin mülkiyyətçi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 470 saylı xx.xx.2021-ci il tarixli Bakı şəhəri 50 saylı Notariat ofisinin məktubunun surətindən görünür ki, İddiaçı əvəzində X7 tərəfindən notariat qaydasında təsdiq edilmiş podrat müqaviləsi üzrə ödənilməli olan 10000 manat məbləğində pulun Laçın rayonu, Xaçınyalı kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün qəbul olunması xahiş etmişdir İş materiallarında olan 706 saylı xx.xx.2021-ci il tarixli Bakı şəhəri 50 saylı Notariat ofisinin məktubunun surətindən görünür ki, İddiaçı əvəzində X11 tərəfindən notariat qaydasında təsdiq edilmiş podrat müqaviləsi üzrə ödənilməli olan 10000 manat məbləğində pulun Laçın rayonu, Xaçınyalı kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün qəbul olunması xahiş etmişdir. İş materiallarında olan 1121 saylı xx.xx.2021-ci il tarixli Bakı şəhəri 50 saylı Notariat ofisinin məktubunun surətindən görünür ki, İddiaçı əvəzində X3 tərəfindən notariat qaydasında təsdiq edilmiş podrat müqaviləsi üzrə ödənilməli olan 10000 manat məbləğində pulun Laçın rayonu, Xaçınyalı kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün qəbul olunması xahiş etmişdir. İş materiallarında olan 1456 saylı xx.xx.2021-ci il tarixli Bakı şəhəri 50 saylı Notariat ofisinin məktubunun surətindən görünür ki, İddiaçı adından 30 saylı NO-də 7E-7346 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X3 tərəfindən notariat qaydasında təsdiq ediləcək podrat podrat müqaviləsi üzrə ödənilməli olan 6000 manat məbləğində pulun Laçın rayonu, Xaçınyalı kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün qəbul olunması xahiş etmişdir. İş materiallarında olan 1521 saylı xx.xx.2021-ci il tarixli Bakı şəhəri 50 saylı Notariat ofisinin məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 30 saylı NO-də verilmiş 7E-7346 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X3 tərəfindən notariat qaydasında təsdiq edilmiş podrat müqaviləsi üzrə ödənilməli olan 3930 manat məbləğində pulun Laçın rayonu, Xaçınyalı kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün qəbul olunması xahiş etmişdir. İş materiallarında olan 1627 saylı xx.xx.2021-ci il tarixli Bakı şəhəri 50 saylı Notariat ofisinin məktubunun surətindən görünür ki, xx.xx.2020-ji il tarixdə Bakı şəhəri 30 saylı NO-də verilmiş 7E-7346 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X3 tərəfindən notariat qaydasında təsdiq edilmiş podrat müqaviləsi üzrə ödənilməli olan 1000 manat məbləğində pulun Laçın rayonu, Xaçınyalı kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün qəbul olunması xahiş etmişdir. İş materiallarında olan 1672 saylı xx.xx.2021-ci il tarixli Bakı şəhəri 50 saylı Notariat ofisinin məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 30 saylı NO-də verilmiş 7E-7346 reyestr nömrəli etibarnamə əsasında çıxış edən X3 tərəfindən notariat qaydasında təsdiq edilmiş podrat müqaviləsi üzrə ödənilməli olan 3000 manat məbləğində pulun Laçın rayonu, Xaçınyalı kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün qəbul olunması xahiş etmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh pulun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021 tarixli ƏES/A saylı mütəxəssis rəyindən görünür ki, ünvan ünvanında yerləşən kürsülü 1 mərtəbəli fərdi yaşayış evinin inşasına çəkilmiş xərcin həcmi və dəyəri (işçilik və matrial xərci dail olmaqla) 31262.98 manat təşkil edir və həmin yaşayı evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyəri 7190.49 (yeddi min yüz doxsan manat qırx doqquz qəpik) təşkil edir. İş materiallarında olan X4 10/1816 saylı xx.xx.2022-ci il tarixli ekspertizanını rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan ünvanında yerləşən, sahəsi 0.058 ha torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir- tikinti işlərinin ümumi dəyəri təqribən 35051,6 manat məbləğində müəyyən edilmişdir, ünvan ünvanında yerləşən, sahəsi 0.058 ha torpaq sahəsinin üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin təmirinin bərpasına çəkiləcək xərcin dəyəri təqribən 7190.5 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı özəl kilinkalarda analizlər verməsi və buna dair ödənişlər edilməsinə dair qəbzlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə podrat müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsi bağlanaraq, cavabdeh 42850 manat müqabilində iddiaçıya məxsus torpaq sahəsində tam təmirli ev tikilməsinə dair öhdəlik götürmüşdür. İddiaçı podrat müqaviləsi üzrə üzərinə tam düşən öhdəliyi yəni 42850 manat pulu cavabdehə ödəmiş olsada, cavabdeh müqavilə üzrə öhdəliyi tam icra etməyərək, yəni evinin tikintisini tam başa çatdıra bilməmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, podrat müqaviləsi üzrə ödəmiş olduğu puldan xərclənməmiş pulu və bugündən sonrakı xərclənməli olan 7190.49 manat pulu, habelə müqavilədən kənar cavabdehə ödəmiş olduğu 1200 manat cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı podrat müqaviləsi üzrə ödənilmiş pulun xərclənməmiş hissəsini və bundan sonra evin tam təmirli olmasına çəkilməli olan xərci tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə podrat müqaviləsi üzrə ödənilmiş pulun xərclənməmiş hissəsini və bundan sonra evin tam təmirli olmasına çəkilməli olan xərcin miqdarına qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş olduğu rəy-yəni X4 10/1816 saylı xx.xx.2022-ci il tarixli ekspertizanını rəyi əsas götürülməli, belə ki, qeyd edilən rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindəki evin tikilməsi üçün çəkilmiş ümumi xərcin məbləği 35051.06 manat ödənilmiş pul pəbləğindən çıxılmalı-(42850-35051.6= 7798.4), evin tikintisə çəkilməmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa podrat müqaviləsindən görünür ki, cavabdeh 42850 manat məbləğində pula müqabilində evi tam təmirli şəkildə iddiaçıya verməsinə razılaşmış olduğu halda ekspertizanın rəyindəndə görünür ki, iddiaçı qeyd edilən evin təmirinə bundan sonra çəkilməli olan xərcin məbləği 7190.50 manat olduğundan iddia tələbi bu hissədə təmin edilərək cavabdehdən evin təmirinə çəkilməli olan 7190.49 manat pul iddiaçının xeyrinə tutlmalıdır. Məhkəmə iddia tələbinin cavabdehə podrat müqaviləsindən kənar ödənilmiş 1200 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən yalnız 1080 manat hissədə təmin edilməlidir. Beləki, mülki işin matriallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı podrat müqaviləsindən əlavə cavavbdehə 1080 manat pul ödəmişdir. Bundan başqa məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matraillarına əlavə edilmiş podrat müqaviləsindən görünür ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda qüvvədə olmayan müqavilənin ləğv edilməsi qaninvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir.Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavadeh Cavabdeh qarşı mənəvi ziyanın ödənilməsi tələbi hər hansı mötəbər sübutlar təsdiq olunmadığı üçün əsassızdır və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16068.89 (on altı min almış səkkiz manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-852/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-852/2022
13.10.2022 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver