Məhkəmə qərarları › İş №2(008)-8681/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8681/2021

30.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8681/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin X10 atası olması faktının müəyyən edilməsi, cavabdehdən həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü ilin oktyabr ayında tanış olub qeyri-rəsmi ailə qurmuşdur. El adətinə, şəriət qanunlarına uyğun olaraq kəbin kəsdirmişlər. Cavabdeh onu ata-anasının yaşadığı evə gəlin aparmış, uzun müddət orada yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da, sonradan cavabdehin ona qarşı münasibəti dəyişmiş, hətta hamilə olmasını nəzərə almadan onu evdən qovmuşdur. 22.12.2014-cü il tarixdə Mənafova Məryəm anadan olmuşdur. Cavabdeh övladı ilə maraqlanmır. Onun heç bir xərcini ödəmir. Övladının tələbatlarını təkbaşına qarşılamaq onun üçün çox çətindir. Sabunçu Rayon Məhkəməsinin 22.06.2016-cı il tarixli, 2(008)-1716/2016 saylı qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh 22.12.2014-cü il təvəllüdlü X10 atası olması faktının müəyyən edilməsi, cavabdehdən X10 yetkinlik yaşına çatanadək saxlanması üçün 25.01.2016-cı il tarixdən başlayaraq, hər ay 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin qeyd olunan qiyabi qətnaməsindən icra mərhələsində xəbər tutduğunu, həmin qətnamənin surətinin ona rəsmən 20.10.2021-ci il tarixdə təqdim edildiyini bildirərək, qətnamənin ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(008)-8681/2021 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, qiyabi qətnamə ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, X14 doğulduğu gündən onun maddi ehtiyaclarını ailəsinin köməyi ilə çətinliklə qarşılamış, cavabdeh bu vaxtadək uşağın saxlanmasında iştirak etməmişdir. Uşağın tərbiyəsi ilə məşğul olduğundan, özü heç yerdə işləyə bilmir. Ona görə də, cavabdehin təklif etdiyi 100 manat aliment məbləği ilə qətiyyən razı deyil. O, qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında onun 22.12.2014-cü il təvəllüdlü X10 atası olduğunu etiraf etdi, lakin halhazırda təhsil alması, heç yerdə işləməməsi və başqa nikahlarından doğulmuş iki uşağa da aliment ödəməsi nəzərə alınaraq, X10 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 462155 saylı, 15.01.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 22.12.2014-cü il tarixdə doğulmuşdur. X4, anası İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.01.2015-ci il tarixli arayışdan görünür ki, X14 22.12.2014-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 15.01.2015-ci il tarixdə 52 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası İddiaçı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 2(025)-192/2010 saylı, 23.09.2010-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X7 arasında 13.06.2008-ci ildə bağlanmış nikahın pozulması, birgə nikahlarından 23.04.2009-cu il tarixdə anadan olmuş X8 anası X2 yanında qalması, Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin 2(008)-276/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X6 arasında 3 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində 15.03.2016-cı il tarixdə 841 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 02.12.2017-ci il təvəllüdlü X9 anası X1 yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Musiqi Akademiyası tərəfindən verilmiş 25.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh solo ifaçılıq fakultəsinin İİİ kurs tələbəsidir. İş materiallarına əlavə edilmiş ƏƏSMN Dayanıqlı və Operaiv Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 29.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X13” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, 22.12.2014-cü il tarixdə anadan olmuş X10 atasının Cavabdeh olması işin materialları, eləcə də cavabdehin etirafı ilə tam sübuta yetirilir. İddiaçınin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alın hər hansı hal müəyyən edilməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun saxlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbinin aliment hissəsi də təmin edilərək Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, uşağın mənafeyi, onun maddi ehtiyacları, iddiaçının heç yerdə işləməməsi, yetkinlik yaşına çatmayan uşağı saxlamağın hər iki valideynin öhdəliyi olması, uşaqlar üçün yaşayış minimumunun miqdarı nəzərə alınaraq, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 26.01.2016-cı il tarixdən etibarən tutulmalıdır. Şərh olunanlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 22.12.2014-cü il tarixdə anadan olmuş X10 atasının Cavabdeh olması müəyyən olunmalı və 26.01.2016-cı il tarixdən başlayaraq Cavabdeh 22.12.2014-cü il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22.12.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş X10 atasının Cavabdeh olması müəyyən edilsin. Cavabdeh 22.12.2014-cü il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Alimentin tutulması 26.01.2016-cı il tarixdən hesablansın. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar