Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-872/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil Cabir oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinə qarşı, mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinə qarşı, mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** TV *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin alqı-satqı edilməsinə dair müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X18 xx.xx.2012-ci il tarixdə mülkiyyətində olan 10- TV-257 dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtomobilə dair Hadıyev X8 hüququnu etibarnamə əsasında ötürmüşdür. AZ-İ 537322 saylı “Ölüm haqqında” şəhadətnaməyə əsasən, X18 xx.xx.2012-ci il tarixdə ölmüşdür. X18 xx.xx.2012-ci il tarixdə öldüyündən X12 verdiyi xx.xx.2012-ci il tarixli etibarnamə hüquqi qüvvəsini itirmişdir. Cavabdeh X9 xx.xx.2023-cü il tarixdə alqı-satqı yolu ilə sözügedən nəqliyyat vasitəsini qanunsuz olaraq satmışdır. X4 10- TV-257 dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtomobilin alğı-satqı edilməsinə dair müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı iddia tələbinin dəqiqşlədirilməsi ilə bağlı ərizə ilə müraciət edərək ** TV *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin alqı-satqısına dair X11 ilə Cavabdeh3 arasında 09 oktyabr 2023-cü il və 10 oktyabr 2023-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız sayılması barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər X4 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Və eyni zamanda cavabdeh X5 vicdanlı alıcı olduğunu bildirərək iddia tələbinin X10 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qayadada məlumatlandırılmış digər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsi və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinin nümayəndəsinin və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli arayışın surətindən görünür ki, X28 ilə X35 xx.xx.1949-cu ildə nikaha daxil olmuşlar və bu barədə 137 nömrəli akt qeydi tərtib edilmişdir. Nikahdan sonra ərə Hadıyev arvada Hadıyeva soyadı verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 537322 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2012-ci il tarixdə xronik ürək çatışmamazlığından vəfat etmişdir. Bakı şəhəri Sabunçu Rayon Maştağa qəsəbəsi İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 320427 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.1999-cu il tarixdə ürək damar çatışmamazlığından vəfat etmişdir. Sabunçu rayon Maştağa qəsəbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası X15r. 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixində vəfat etmiş X13 vərəsəsi İddiaçı olduğu müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinin 11 fevral 2024-cü il tarixli 3-13-16/2-28961/2024 nömrəli məktuba əlavə edilmiş çıxarışdan görünür ki, ** TV *** dövlət nömrə nişanlı “VAZ” minik markalı avtomobil xx.xx.2006-cı il tarixdən X14 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinin 11 fevral 2024-cü il tarixli 3-13-16/2-28961/2024 nömrəli məktuba əlavə edilmiş çıxarışdan görünür ki, X23 xx.xx.2012-ci ildən -xx.xx.2042-ci ilədək etibarnamə ilə X12 nəqliyyat vaistəsini idarəetmə hüququ verən etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** TV *** dövlət nömrə nişanlı “VAZ” minik markalı avtomobili Hadıyev X16 Aydınəli Məmməd oğluna 4000 manata satmışdır. Elektron çəxarışdan görünür ki, Cavabdeh3 xx.xx.2023-ci ildən-xx.xx.2024-cü ilədək etibarnamə ilə Hadıyev X24 nəqliyyat vaistəsini idarəetmə hüququ verən etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** TV *** dövlət nömrə nişanlı “VAZ” minik markalı avtomobili Cavabdeh3 Hadıyev X24 4000 manata satmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinəəsasən bu Məcəllədə müəyyənləşdirilmişşərtləri pozmaqla bağlanmışəqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüşüçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki,”Vaz21074” minik markalı **-TV-*** nömrəli nəqliyyat vaistəsi xx.xx.2006-cı il tarixdə iddiaçının atası X14 mülkiyyətində olmuşdur. X1 nəqliyyat vaistəsinə dair oğlu cavabdehin atası X12 etibarnamə verilmişdir. İş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, X17 mülkiyyətində olan nəqliyyat vaistəsini xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır. Lakin işin hallarından müəyyən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanarkən satıcı olan X23 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Beləliklə məlum olur ki, X23 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanarkən satıcı artıq 10 ildən çox müddət ərzindən vəfat etmiş olduğunda, ölmüş şəxsin adından bağlnmış alqı-satqı müqaviləsi əhmiyyətsiz əqd olmaqla etibarsız hesab edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin Cavabdeh3 ilə Hadıyev X29 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matraillarına əlavə edilmiş sənədlərdən görünür ki, X23 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlandığ gün dərhal sonra Hadıyev X24 etibarnamə verilmiş və 5 gün sonra isə yenidən sözügedən avtomobil Hadıyev Seyid X7. Beləliklə məlum olur ki, həm ilk müqavilənin və sonraki müqavilənin bağlanması səbəbi X14 ölmündən sonra miras əmlakı kimi qalmış ** TV *** dövlət nömrə nişanlı “VAZ” minik markalı avtomobilin miras bölgüsündən yayındırılaraq cavabdeh Hadıyev X19 mülkiyyətinə keçirlməsi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh3 ilə Hadıyev X29 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ** TV *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin alqı-satqısına dair X18 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və Cavabdeh3 ilə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər X3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-872/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-872/2025
19.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver