Məhkəmə qərarları › İş №2(008)-880/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-880/2025

20.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-880/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1983-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, Ərizəçi və X1 Respublikasında rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahdan 3 övladları dünyaya gəlmişdir; xx.xx.1976-cı il təvəllüdlü X8, xx.xx.1978-ci il təvəllüdlü X10, xx.xx.1983-cü il təvəllüdlü X5, xx.xx.1984-cü il təvəllüdlü X9. xx.xx.1983-cü il təvəllüdlü qızı Xəyalə İsmayılova anadangəlmə 1-ci dərəcəli əlildir. xx.xx.1983-cü il təvəllüdlü qızına özü baxır. Hal-hazırda 1-ci dərəcəli əlil xx.xx.1983-cü il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. xx.xx.1983-cü il təvəllüdlü X5 uzun illərdir ki, anadangəlmə “Paranoid Şizofreniya” xəstəliyindən əziyyət çəkir, xəstəliyi anadangəlmədir, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu xəstəliyindən əziyyət çəkir, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. 1-ci qrup əlildir. xx.xx.1983-cü il təvəllüdlü X2 bu xəstəliyi beyin ilə əlaqədardır və uşaqlıqdan özünü sərbəst idarə bilmir. Bu səbəbdən də özü öz yeməyini də yeyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Qızının kənar şəxslər qulluq və nəzarətinə ehtiyacı var. Bu səbəbdən də xəstə qızını tək qoyub hansısa bir işlə məşğul ola bilmir. xx.xx.1983-cü il təvəllüdlü X2 bütün tələbatını atası olaraq özü ödəyir. xx.xx.1983-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Vİ-ТИ 333052 nömrəli Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 1648 saylı rəyindən görünür ki, X3 “X11 Psixi Qüsur əlamətləri ilə” xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar – uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, SN Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətə çətin daxil olması, təfəkkürünün paroloqik və autik olması, ayrı-ayrı cəfəng məzmunlu sayıqlama fikirləri söyləməsi, eşitmə hallüsinasiyalarını qeyd etməsi, maraq dairəsinin məhdudluğu, emosional solğunluğu, iradə və motivasiyaların enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İş materiallarına əlavə edilmiş 68962081 nömrəli qəbzin surətindən görünür ki, ərizəçi tərəfindən 100,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar