Məhkəmə qərarları › İş №2(008)-881/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-881/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-881/2023 24.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçinin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Bakı Ərazi İdarəsinin maraqlı şəxs kimi göstərildiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər X5 İcraiyyə Komitəsi Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat Bürosu Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintinin reyestrindən 232, 4/İİİ-58 nömrəli kitabın 15067-ci səhifəsində qeyd olunan çıxarışın X3 məxsus olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X4 ərizəçinin nənəsidir. O, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 3, ev 56 ünvanında yaşamış, xx.xx.1973-cü il tarixdə isə ölmüşdür. Bakı şəhər X5 İcraiyyə Komitəsi Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat Bürosu Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintinin reyestrindən 232, 4/İİİ-58 nömrəli kitabın 15067-ci səhifəsində qeyd olunan çıxarışda X2 adı texniki olaraq səhvən “Cəbiyeva Xeyməxanım” kimi yazılmışdır. Bu səbəbdən də, həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmiş və sənədləşdirmənin həyata keçirilməsi mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X16 ərizəni müdafiə edərək, məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1946/2022 saylı qətnaməsindən görünür ki, X2 xx.xx.1973-cü tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. İş materiallarından məlum olur ki, X2 xx.xx.1973-cü tarixdə ölməsinə dair Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi atası X17, təvəllüd haqqında 79740 nömrəli şəhadətnamədən isə görünür ki, X13 anası X14r. İş materiallarında olan Bakı şəhəri 17 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklara dair vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi müraciət etmiş, X2 adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmiş, Ərizəçi sonuncunun vərəsəsi olması barədə idarəyə məlumat verilmiş və Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1544 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair çıxarışın verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi kartoçkasından və Bakı şəhər X5 İcraiyyə Komitəsi Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat Bürosu Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintinin reyestrindən 232, 4/İİİ-58 nömrəli kitabın 15067-ci səhifəsində qeyd olunmuş çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən evin mülkiyyətçisi X10 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, ünvan 3 ünvanda yerləşən (Zərdabi küçəsi, döngə 3, ev 56) fərdi yaşayış evinə dair 1961ci il tarixdə X6 adına tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur, təqdim edilən sənədlərdə uyğunsuzluq olduğundan sənəd surətlərinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İşin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, Bakı şəhər X5 İcraiyyə Komitəsi Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat Bürosu Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintinin reyestrindən 232, 4/İİİ-58 nömrəli kitabın 15067-ci səhifəsində qeyd olunmuş çıxarış X3 məxsusdur. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhər X5 İcraiyyə Komitəsi Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot- Müxəlləfat Bürosu Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintinin reyestrindən 232, 4/İİİ- 58 nömrəli kitabın 15067-ci səhifəsində qeyd olunmuş çıxarışın X3 məxsus olması faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapdığından və həmin daşınmaz əşya üzrə hüquqi hərəkətlərin aparılmasına subyektiv hüququnun müəyyən edilməsi hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, şəxs faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : Ərizə təmin edilsin. Bakı şəhər X5 İcraiyyə Komitəsi Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat Bürosu Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintinin reyestrindən 232, 4/İİİ-58 nömrəli kitabın 15067-ci səhifəsində qeyd olunmuş çıxarışın Ərizəçi nənəsi X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar