Məhkəmə qərarları › İş №2(008)-89/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-89/2024

05.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-89/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühaifzə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “SOKAR-ın İddiaçı istismarında olan Sabunçu- Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 0,9-cu km-də kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 15 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “SOKAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 0,9-cu km-də kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 15 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi aşkar edilmişdir. Məhkəmə Sabunçu rayon İcra Hakimiyyətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə qarovul rəisi X5, atıcılar X9 və X8 15-16 №-li postların ərazisində (Sabunçu rayonu, şəhər şossesi Elşən Mehdiyev küçəsi) X12 200 mm-lik yerüstü neft kəmərinin 0.9-cu km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 15 metr aralı məsafədə, vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən olan yaşayış evinin dam örtüyünün bir hissəsinin qəzalı vəziyyətdə olduğu üçün ev sahibi tərəfindən sökülməsi aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikıntı-quraşdrrma işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilərək görülən iş hal-hazırda dayandırıldı və əlavə işlərin aparılmaması üçün yazılı şəklidə xəbərdarlıq təqdim edilərək icazə alması üçün SQCAR-a müraciət etməsi nəzərinə çatdırılmış olan ünvana xx.xx.2021-ci il tarixdə sözügedən ünvana təkrar baxış keçirilən zaman edilən xəbərdarlığa məhəl qoyulmayaraq tikilinin üzərinə taxta atmaların vurulması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti quraşdırma işlərinin qanuna zidd olduğu ev sahibinə təkrar olaraq izah edilərək əlavə işlərin aparılmaması şifahi şəkildə xəbərdarlıq edilərək faktla bağlı DİN-nin 102-xidmstinə məlumat verilmişdir. xx.xx.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci ış növbəsində Saat 11:00-da sözügedən ünvana təkrar baxış keçirilən zaman dam örtüyünün vurularaq tamalanması aşkar edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tədim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/397 №-li ekspert rəyinə əsasən vahid elektron kadastr baza materiallarına əsasən göstərilən ərazi bütövlükdə neft kəmərinin mühafizəsində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında”Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsindəəldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (TM-nin 110-111-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddia olunan torpaq sahəsi “SOKAR-ın İddiaçı istismarındadır, həmin torpaq sahəsinə və orada inşa edilmiş tikiliyə cavabdehin hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq “SOKAR-ın İddiaçı xeyrinə ödənilməlidir. 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçındən tutulsun. Belə ki, həmin Məcəllənin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “SOKAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 0,9-cu km-də kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 15 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq “SOKAR-ın İddiaçı bank hesabına ödənilsin. 50 manat ekspertizanın dəyəri iddiaçı “SOKAR-ın İddiaçındən tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar